AZƏRBAYCAN QHT-LƏRİ FRANSA TƏCRÜBƏSİNDƏN YARARLANACAQLAR
Respublikamızda QHT-lərin fəaliyyəti, onların hökumət qurumları ilə münasibətləri, qanunvericilik bazasına dair fikir mübadiləsinin aparıldığı görüşdə A.Quliyev bildirmişdir ki, qeyri-hökumət təşkilatlarına dair qanunvericilik bazasının təkmilləşdirilməsi üçün iş aparılır. O, yeni qanunların hazırlanmasında beynəlxalq təcrübədən istifadə ediləcəyini diqqətə çatdırmışdır.
S.Qioqeni ölkəsində QHT-lərlə bağlı qanunvericiliyə dair məlumat vermişdir.
Görüşdə Azərbaycan və Fransa QHT-lərinin görüşlərinin təşkili, eləcə də Fransa təcrübəsindən yararlanmaq məqsədi ilə Azərbaycan qeyri-hökumət təşkilatları nümayəndələrinin bu ölkəyə səfərinin təşkilinə dair razılıq əldə edilmişdir.