Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan regionlararası geosiyasətin obyektinə deyil, subyektinə çevrilib - ŞƏRH

Azərbaycan regionlararası geosiyasətin obyektinə deyil, subyektinə çevrilib -  ŞƏRH

Bakı, 13 oktyabr, AZƏRTAC

Son günlərdə Prezident İlham Əliyevin beynəlxalq səfərləri və çıxışları regional sərhədləri aşmış Azərbaycan diplomatiyasının qlobal miqyasda da nüfuzlu aktora çevrildiyini açıq şəkildə nümayiş etdirir. Xüsusilə üç fərqli coğrafiyada – Avropa, Türk dünyası və Mərkəzi Asiyada keçirilən mühüm tədbirlərdə iştirak etmək həm strateji, həm də siyasi baxımdan yeni mərhələlərin konturlarını müəyyənləşdirməkdə önəmlidir. Azərbaycan bu proseslərdə danılmaz rol oynayır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev söyləyib.

O bildirib ki, Avropa Siyasi Birliyi Sammitində Prezident İlham Əliyevin iştirakı Qərb mərkəzli siyasi formatlarda Azərbaycanın aktiv oyunçu statusunu möhkəmləndirdi. “Qeyd etmək lazımdır ki, bu platformalar artıq klassik diplomatiya arenası olmaqdan çıxıb, Avropanın təhlükəsizlik arxitekturasının formalaşdığı əsas masaya çevrilib. Azərbaycan isə bu masada yalnız enerji daşıyıcısı və tranzit ölkə kimi deyil, eyni zamanda, sülh və sabitlik təşəbbüslərinin təşviqçisi kimi çıxış edir. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi bir daha göstərdi ki, Bakı üçün Avropa ilə münasibətlərin əsasında qarşılıqlı maraqlar və praqmatik reallıqlar dayanır. Bu, həm də Azərbaycanın uzun illər ərzində formalaşdırdığı real siyasət fəlsəfəsinin nəticəsidir. Nə təəssübkeş qərbpərəstlik, nə də qapalı şərqyönümlülük – Azərbaycanın xarici siyasətində əsas prinsip balans, müstəqillik və qarşılıqlı faydadır. Bu isə dünyaya nümunədir”, - deyə o vurğulayıb.

Ə.Nuriyev diqqətə çatdırıb ki, Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə Görüşü artıq, sadəcə, simvolik mərasim deyil, geosiyasi reallığın təzahürüdür: “Prezident İlham Əliyev bu platformadakı çıxışında Türk Dövlətləri Təşkilatının ideoloji birlikdən strateji güc mərkəzinə çevrildiyini vurğuladı. Bu ifadə təsadüfi deyil, çünki Qəbələdə səslənən mesajlar enerji, nəqliyyat, müdafiə və informasiya təhlükəsizliyi kimi sahələrdə Türk dünyasının qlobal güc balansında öz yerini möhkəmləndirmək niyyətini ortaya qoydu. Bir daha təsdiq olundu ki, Azərbaycan bu prosesdə yalnız mədəni deyil, eyni zamanda, iqtisadi və geosiyasi baxımdan birləşdirici rola malikdir. Bakı artıq təkcə Türk dünyasının Qərbə açılan qapısı deyil, bu dünyanın siyasi mərkəzlərindən biri kimi çıxış edir. Türk Dövlətləri Təşkilatının gələcək addımlarının istiqamətini müəyyənləşdirən əsas ideoloji xətt Prezident İlham Əliyevin irəli sürdüyü təkmilləşdirilmiş əməkdaşlıq fəlsəfəsidir – müxtəlif dövlətləri ortaq maraqlar və qarşılıqlı hörmət əsasında bir araya gətirmək”.

Dövlətimizin başçısının Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçılarının iclasında iştirakı barədə danışan Ə.Nuriyev, burada Azərbaycanın əsas məqsədinin geosiyasi balansı qorumaq və Azərbaycanın iqtisadi-siyasi maraqlarını uzlaşdırmaq olduğunu deyib. Qeyd edib ki, Azərbaycan MDB-də formal iştirakçı olsa da, hər bir ölkə ilə də ayrılıqda enerji, logistika, nəqliyyat-kommunikasiya və humanitar sahələrdə əməkdaşlığa, böyük təsir gücünə malikdir. Prezident İlham Əliyevin iclasdakı çıxışında diqqətçəkən məqam əməkdaşlığın qarşılıqlı maraq əsasında davam etdirilməli olduğu mesajı idi. Bu, Azərbaycanın xarici siyasətində dəyişməz prinsipə – tarazlıq və suveren qərarverməyə əsaslanır.

“Hazırda Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın diplomatik xəritəsində yeni istiqamət açır. Bu, təkcə siyasi deyil, həm də mənəvi əhəmiyyət daşıyan missiyadır. Azərbaycan son illərdə İslam dünyası ilə münasibətlərdə həm körpü, həm də nümunə rolunu oynayır, sivilizasiyalararası dialoqun mərkəzlərindən biri kimi çıxış edir. Bu Sammitdə iştirak ölkəmizin Qərb və Şərq arasında tarazlaşdırılmış mövqeyini, beynəlxalq aləmdə vasitəçi dövlət imicini daha da gücləndirir. İlham Əliyev burada sülh və ədalət anlayışlarını yalnız region deyil, bütün dünya üçün universal dəyərlər kimi təqdim edən lider obrazında çıxış edir”, - deyə o əlavə edib.

Ə.Nuriyev bildirib ki, cəmi 10 gün ərzində 3 fərqli məkanda, 3 fərqli siyasi sistemə malik liderlərlə dialoqa girmək, fərqli dəyərlər sisteminə malik dövlətlərlə ortaq dil tapmaq, bu, təkcə diplomatik aktivlik deyil, strateji elastikliyin və liderlik enerjisinin göstəricisidir: “Bu dinamika bir daha sübut edir ki, Prezident İlham Əliyevin diplomatiyası situativ məqamlara deyil, sistemli yanaşmalara əsaslanır. Onun çıxışlarının hər biri eyni xəttin müxtəlif dillərdə ifadəsidir. Bu da Azərbaycanın dövlətçilik mövqeyinin beynəlxalq səviyyədə tanınması və möhkəmlənməsidir. Bugünkü reallıqda Azərbaycanın xarici siyasəti artıq balanslaşdırılmış xətdən, çoxistiqamətli təsir siyasətinə çevrilib. İlham Əliyev fərqli geosiyasi məkanlarda fəal iştirak etməklə göstərir ki, Azərbaycan regionlararası geosiyasətin obyektinə deyil, subyektinə çevrilib. Avropa ilə enerji və təhlükəsizlik, Türk dünyası ilə mədəniyyət və ortaq güc, MDB və Yaxın Şərqdə isə sülh və vasitəçilik missiyası. Bütün bunlar eyni strateji vizyonun müxtəlif elementləridir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə