Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan rəqəmsal təhsil platformalarına ən yaxşı çıxışı olan ölkələrdəndir

Azərbaycan rəqəmsal təhsil platformalarına ən yaxşı çıxışı olan ölkələrdəndir

Bakı, 11 fevral, AZƏRTAC

Asiya İnkişaf Bankının illik hazırladığı Asiya İqtisadi İnteqrasiya hesabatı bu il “Rəqəmsal platformaların Asiya və Sakit Okean üçün işləməsini təmin etmək” başlığı ilə dərc olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, hesabatda pandemiyanın Asiya və Sakit Okeanda ölkələrarası iqtisadi aktivliyin qapanmalar, səyahət və ticarət məhdudiyyətlərindən dolayı kəskin azaldığı qeyd olunub. Hesabatda sürətli texnoloji inkişafın, rəqəmsallaşmanın, xidmət ticarətinin artırılmasının regional iqtisadiyyatın yenidən bərpasındakı rolundan bəhs edilib.

Rəqəmsal əlaqələrin inkişafı ümumi Asiya üzrə internetə çıxışın artması ilə yüksəlib. Bu da bir faktdır ki, internetə çıxışın olması istehlakçıların, müəssisələrin və dövlətlərin coğrafi sərhədlərdən kənardakı mallara və xidmətlərə əlçatanlığını asanlaşdırır. Hesabata əsasən, Azərbaycan Asiya üzrə əhalinin internetə çıxışı yüksək olan ölkələrdən biridir. Belə ki, 2006-2009-cu illər üzrə internetə çıxışı olanların ümumi əhalidə nisbəti ortalama faiz göstəricisi 20 faiz ətrafında idisə, bu göstərici 2014-2017-ci illərdə 80 faizə çatıb. Səkkiz il ərzində aparılan islahatlar öz töhfəsini verərək 60 faizədək artıma nail olunub. Qeyd edək ki, bu göstəricilər 2014-2017-ci illər üzrə Qazaxıstanda 70 faiz, Gürcüstanda 55-60 faiz olaraq göstərilir.

Pandemiya dövründə onlayn təhsilə keçidin təmin edilməsi ilə internetə olan çıxışın vacibliyi artıb. Hesabatda qeyd edilir ki, təhsil müəssisələrinin 190-dan çox ölkədə bağlanması 1,5 milyard təhsil alan şəxslərə təsir edib. İnternetə çıxışı yüksək olan və infrastruktur baxımından hazırlıqlı olan ölkələrdə onlayn təhsilə sürətli keçid prosesi rahat bir şəkildə baş tutub. Azərbaycanda bu proseslər görülən tədbirlər nəticəsində minimum təsir ilə davam etdirilir. Belə ki, hesabata əsasən Azərbaycan “Microsoft” ilə Virtual Məktəb layihəsi həyata keçirib. Həmçinin evdə təhsilin mümkünlüyünün olması üçün ev təsərrüfatlarında rəqəmsal cihazın və əlaqənin olması vacib şərtdir. Statistik göstəricilərə əsasən, Azərbaycanda ev təsərrüfatlarının 80 faizə yaxınında internetə çıxışı vardırsa, cəmi 64,1 faizində kompüter var. Bu da öz növbəsində Asiyada digər ölkələrə nəzərən kifayət qədər yüksək bir göstəricidir. Məsələn, ev təsərrüfatlarında kompüterin olma göstəricisi Gürcüstanda 62,1 faiz, Filippində 23,4 faiz, İndoneziyada 20,1 faiz, Hindistanda 16,6 faiz olaraq dəyişir.

Pandemiyanın təsiri rəqəmsallaşmada inkişaf etmiş ölkələrdə daha aşağı olub. Asiya ölkələrində pul baratlarının göndərilməsində xərclər regionlara uyğun olaraq dəyişir. Belə ki, 200 ABŞ dollarının köçürülməsində Asiyada Mərkəzi Asiya regionu üçün ən aşağı xərc 1 faiz olmaqla Azərbaycanda qeydə alınıb. Halbuki, bu rəqəm Cənubi Asiya regionunda 4,1 faizlə ən aşağı Banqladeşdə, Sakit Okeanda 8,1 faizlə Ficidə və 10,8 faizlə Tonqada dəyişir. Bu da öz növbəsində onu göstərir ki, pandemiyadan dolayı ənənəvi pul köçürmə metodları bağlanıb və rəqəmsallaşmada inkişaf etmiş ölkələr üçün bu sahədə geriləmə digər ölkələrə nəzərən təsiri az olub.

Regional inteqrasiya və əməkdaşlıq üzrə bütöv Avrasiyada olan trendlər Avrasiya İnteqrasiya indeksi üzrə analiz edilib. İndeks özlüyündə ticarət və investisiya, insanların hərəkəti, texnologiya və rəqəmsal əlaqə, institusional və sosial inteqrasiya, ekoloji əməkdaşlıq kimi müxtəlif indikatorları birləşdirərək Asiya üzrə və Avrasiya daxili ümumi nəticələri əks etdirir. İndeks minimum 0 - inteqrasiya etməyib, maksimum 1 - tam inteqrasiya edib, inkişaf dinamikasını ölçməklə ölkələri qiymətləndirir. Belə ki, Azərbaycan həm Asiya üzrə, həm də Avrasiyadaxili inteqrasiyada digər ölkələrlə müqayisədə kifayət qədər yaxşı nəticə göstərib. Azərbaycan qonşu ölkələrdən fərqli olaraq müxtəlif regional bloklara daxil olmadan belə, 2006 və 2017-ci il üçün Asiya ilə inteqrasiya üzrə 0,306-dan 0,342-yə, Avrasiyadaxili inteqrasiya üzrə isə 0,481-dən 0,555-ə yüksəlib.

Beləliklə, hesabatın nəticəsi onu göstərir ki, ötən illərdə görülən tədbirlər nəticəsində Azərbaycan pandemiya şəraitində təhsilə və texnologiyalara zəruri çıxışı təmin edə bilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb