Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT ÜÇÜN BƏYANATI

2005-ci il noyabrın 6-da Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa namizədlərin seçkiqabağı təşviqat görüşlərində asayişin lazımi səviyyədə təmin edilməsi, vətəndaşların təhlükəsizliyinin qorunması üçün daxili işlər orqanları tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri tədbirlər görülür.

Qeyd edilməlidir ki, bu məqsədlə son aylarda, istər respublikanın ayrı-ayrı regionlarında, istərsə də Bakı şəhərində əvvəlcədən razılaşdırılmış yerlərdə keçirilən və əksəriyyəti müxalifətin təşkil etdiyi onlarla kütləvi aksiya zamanı daxili işlər orqanları tərəfindən asayiş və ictimai qayda qorunmuş, mitinq iştirakçılarının təhlükəsizliyi təmin edilmiş və belə tədbirlərdə heç bir hüquqazidd əməl qeydə alınmamışdır.

Namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqatın aparılması məqsədi ilə təkcə Bakı şəhərində 200-dən çox yer ayrılmışdır. Eyni zamanda, onların müraciətlərinə əsasən, Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən, daha çox seçicilərin iştirak edə biləcəyi kütləvi tədbirlər üçün paytaxtın müxtəlif yerlərində beş iri meydan da müəyyən edilmişdir.

Buna baxmayaraq, “Azaqlıq” blokuna daxil olan partiyaların rəhbərləri Azərbaycan Respublikasının “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun və seçki məcəlləsinin tələblərinə zidd olaraq, məhz özlərinin müəyyən etdikləri, o cümlədən icra, məhkəmə və digər dövlət orqanlarının yaxınlığında, ictimai obyektlərin normal iş ahənginin, nəqliyyatın hərəkətinin, vətəndaşların təhlükəsizliyinin və konstitusion hüquqlarının pozulmasına gətirib çıxaracaq yerlərdə yürüş-mitinqlərin keçirilməsində israrlı olduqlarını bildirirlər. Onlar təhdid və hədə dolu bəyanatlarında qəsdən hakimiyyət strukturları ilə qarşıdurma yaratmaq, hər vəshlə iğtişaş törətmək, bununla da Azərbaycanın demokratik imicinə zərbə vurmaq niyyətləri güdür, cəmiyyətin ciddi etirazı ilə qarşılanan qeyri-qanuni vasitələrə əl atırlar. Bu qanunsuz hərəkətlər hakimiyyəti zorla ələ keçirmək, ölkədə və paytaxtda mövcud sabitliyi pozmaq çağırışları, eləcə də vətəndaşları qanunsuzluqlara sövq etmək kimi hüquqazidd əməllərlə müşayiət olunur.

2005-ci il sentyabrın 25-də və oktyabrın 1-də keçirilən razılaşdırılmamış belə aksiyalar da “Azadlıq” blokuna daxil olan Müsavat, Azərbaycan Xalq Cəbhəsi və Demokrat partiyalarının üzvləri, habelə onların yaxın təəssübkeşləri mövcud qanunların tələblərini pozaraq ayrı-ayrı qruplarla müxtəlif istiqamətlərdən şəhərin mərkəzinə - Bakı dəmir yolu vağzalının və metronun 28 may stansiyasının qarşısındakı Cəfər Cabbarlı meydanına toplaşmağa cəhdlər etmişlər. Onlar bu qanunsuz aksiyanın qarşısını almaq istəyən polisə müqavimət göstərmiş, zorakılıq hallarına yol vermişlər. Xidməti vəzifələrini yerinə yetirən polisin qanunauyğun tədbirləri nəticəsində asayişin kütləvi şəkildə pozulmasının qarşısı alınmışdır.

Oktyabrın 1-də keçirilmiş sonuncu qanunsuz aksiyada iştirak edən deputatlığa namizədlər Rauf Arifoğlunun, Arif Hacılının və Qabil Hüseynlinin ətrafında olan şəxslər isə əvvəlcədən hazırladıqları, kağıza bükülmüş armatur və dəmir parçaları ilə qanun keşikçilərinə hücum edərək onlara qarşı zor tətbiq etmişlər.

Qanunsuz aksiyanın fəal iştirakçılarından və təhrikçilərindən 80 nəfəri polis orqanlarına gətirilmiş, hərəkətlərində ciddi qanun pozuntuları aşkar edilməmiş böyük əksəriyyəti 1-2 saat ərzində şəxsiyyətləri müəyyən edilərək buraxılmış, 34 nəfər haqqında isə müvafiq protokol tərtib olunaraq barələrində inzibati tənbeh tədbirlərinin görülməsi təmin edilmişdir. Məhkəmələr tərəfindən onlardan 15 nəfəri 2 sutkadan 15 sutkayadək inzibati qaydada həbs olunmuş, 10 nəfəri inzibati qaydada cərimə edilmiş, 9 nəfər isə xəbərdarlıq edilərək buraxılmışdır. Hazırda qanunsuz aksiya iştirakçılarından cəmi 12 nəfəri inzibati həbsdə saxlanılır.

Qəsdən yaradılmış qarşıdurmalar zamanı bütövlükdə 24 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmişdir.

“Azadlıq” blokunun təşkil etdiyi yürüş-mitinqlərin məhz belə məcrada inkişafı, onların hakimiyyət orqanları ilə qarşıdurma yaratmaq niyyətini, bunu həyata keçirmək üçün konkret vəziyyətə hazır olmalarını, hətta cinayət törətməkdən belə çəkinmədiklərini bir daha təsdiqləyir.

Xüsusi qeyd edilməlidir ki, ictimai asayişin və hüquq qaydasının pozulmasına yönəlmiş qanunsuz aksiyalarda “Azadlıq” blokuna daxil olan partiyaların bir çox deputatlığa namizədləri də iştirak etmişlər.

Bununla yanaşı, həmin partiyaları təmsil edən ayrı-ayrı mətbuat orqanlarında oktyabrın 1-də keçirilmiş qanunsuz aksiyada müxalifət partiyalarının liderlərinə qarşı fiziki qüvvə tətbiq olunması, habelə döyülmələri haqqında təhrif olunmuş məlumatlar yayılır.

Əslində isə, son qanunsuz aksiyada şəxsən iştirak etməyən həmin partiyaların rəhbərlərinin fiziki təzyiqlərə məruz qalması məqsədli şəkildə uydurulmuş yalandır.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mühafizəçilərinin guya seçkilər ərəfəsində deputatlığa namizəd olan həmin partiya liderinə təzyiq göstərmək üçün qanunsuz həbs edilməsi ilə bağlı yayılmış məlumatlara gəldikdə isə, qeyd olunmalıdır ki, onun mühafizəçilərindən biri – Ağa İbrahimov, məhz Azərbaycan Respublikası İmişli rayon məhkəməsinin 9 sentyabr 2005-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək axtarışa elan edildiyi üçün tutulmuşdur. Digər mühafizəçiləri – Kərim Mehdiyev və Elmar Rüstəmov isə Ağa İbrahimovu həbs edən polis əməkdaşlarına müqavimət göstərdiklərinə görə saxlanılmış və məhkəmə tərəfindən barələrində inzibati həbs tənbeh növü tətbiq edilmişdir.

Bu gün Azərbaycan Respublikasında həyata keçirilən hüquq mühafizə siyasətinin əsasını humanizm, məsuliyyət, törədilmiş hüquqazidd əmələ görə cəzanın mütənasibliyi və ədalətliliyi təşkil edir.

Ölkədə vətəndaş qarşıdurması və iğtişaşlar törətməyə yönələn hər cür cəhdlərin qarşısı dünyanın bütün sivil dövlətlərində olduğu kimi, asayiş keşikçiləri tərəfindən qətiyyətlə alınacaqdır.

Azərbaycan Respublikasının daxili işlər orqanları əmin olduğunu bildirir ki, ölkənin hakimiyyət strukturlarının beynəlxalq hüquq prinsiplərinə söykənən obyektiv və prinsipial mövqeyi, qanunların aliliyinin, ictimai-siyasi sabitliyin dönməzliyinin qorunması naminə Konstitusiya çərçivəsində gördükləri tədbirlər həm respublika ictimaiyyəti, həm də beynəlxalq təşkilatlar tərəfindən düzgün anlaşılacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO