Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı
Artıq bir neçə gündür ki, bəzi internet saytlarında və sosial şəbəkələrdə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı yanlış və heç bir əsası olmayan məlumatlar yayılır. Bununla əlaqədar bildiririk ki, “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 466 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Eyni zamanda, həmin Fərmanın 5-ci hissəsində müəyyən edilmişdir ki, Cəmiyyət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi öz fəaliyyətini davam etdirir. Qeyd olunanları, yəni, “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin indiyədək dövlət qeydiyyatına alınmadığını və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edildiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ləğv olunmuş hesab edilmir və öz fəaliyyətini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
- 23.08.2026 [23:55]
Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb
- 23.08.2026 [23:43]
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub VİDEO
- 23.08.2026 [23:15]
Belarus və Şimali Koreya arasında vizasız rejim tətbiq olunacaq
- 23.08.2026 [23:13]
Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq VİDEO
- 23.08.2026 [22:48]
Premyer Liqa: “Neftçi” 3 xalı darmadağınla qazanıb
- 23.08.2026 [22:41]
Naxçıvanda yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb
- 23.08.2026 [22:31]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb
- 23.08.2026 [21:31]
Voleybol millisinin kapitanı: Komanda yoldaşlarım əla mübarizə apardılar
- 23.08.2026 [21:29]
Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi İspaniyaya qalib gəlib
- 23.08.2026 [20:19]
Bu saata olan əsas xəbərlər
- 23.08.2026 [20:02]
Qazaxıstanda Qurultaya seçkilərdə səsvermə başa çatıb YENİLƏNİB 3
- 23.08.2026 [19:42]
Direktor: MEK Özbəkistanın aparıcı kitabxanaları ilə geniş əməkdaşlıq edir
- 23.08.2026 [18:50]
Azərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında
- 23.08.2026 [18:46]
“Fənərbağça”nın 2 futbolçusu “Lyon”la cavab oyununu buraxacaq
- 23.08.2026 [17:40]
Azərbaycan-Özbəkistan müttəfiqliyi yeni məzmun qazanır ŞƏRH
- 23.08.2026 [16:49]