AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101 saylı Xanlar-Daşkəsən seçki dairələrində 2004-cü il oktyabrın 19-da əlavə seçkilərin keçirilməsinə dair əsas hərəkət və tədbirlərin Təqvim Planının təsdiq edilməsi barədə məsələ müzakirə olunmuşdur. Qeyd edək ki, həmin dairələrdə deputat mandatları boş qaldığı üçün əlavə seçkilər təyin edilmişdi.
Məsələ barədə məlumat verən MSK sədri Məzahir Pənahov iyunun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin seçkilərin təyin edilməsi haqqında sərəncamına əsasən Mərkəzi Seçki Komissiyasının qeyd edilən 3 seçki dairəsində əlavə seçkilərin keçirilməsi üçün Təqvim Planının hazırlandığını bildirmişdir.
2004-cü il oktyabrın19-da əlavə seçkilərin keçirilməsinə dair əsas hərəkət və tədbirlərin Təqvim Planı barədə Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov məlumat vermişdir.
Komissiya Təqvim Planının əsas kimi təqdim olunması barədə qərar qəbul etmişdir.
İclasın sonunda cari məsələlər müzakirə olunmuşdur.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun Bakı ofisinin təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]