Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏYƏ SƏFƏRİ
TÜRK DÖVLƏTLƏRİ BAŞÇILARININ İKİNCİ ZİRVƏ TOPLANTISI

Xəbər verdiyimiz kimi, oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev türk dövlətləri başçılarının ikinci zirvə toplantısında iştirak etmək üçün İstanbula gəldi. Atatürk adına hava limanında Azərbaycan dövlətinin başçısını və onu müşayiət edən şəxsləri Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl və digər rəsmi şəxslər qarşıladılar. Təntənəli qarşılanma mərasimindən sonra iki dövlətin başçıları arasında səmimi görüş oldu.

Azərbaycan Prezidenti Heydər Əliyev hava limanından birbaşa İstanbuldakı “Çırağan” sarayına gəldi. Günortadan sonra bu möhtəşəm sarayda türk dövlətləri rəhbərlərinin ikinci zirvə toplantısı öz işinə başladı.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin dövlət başçılarının və nümayəndə heyətlərinin iştirak etdiyi toplantını Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl açdı. O, dövlət başçılarını, nümayəndə heyətlərinin üzvlərini və mətbuat işçilərini mehribanlıqla salamladı, bu mühüm tədbirdə iştirak etdiklərinə görə onlara minnətdarlığını və səmimi təşəkkürünü bildirdi.

Qeyd edildi ki, türk dövlətlərinin ilk belə zirvə toplantısı 1992-ci ildə Ankarada keçirilmişdir. Kökü, tarixi, mədəniyyəti və dili eyni olan bu qardaş ölkələrin ikinci zirvə toplantısı iştirakçı ölkələrin müxtəlif sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələr qurmasında mühüm rol oynayacaqdır. Bütün qardaş cümhuriyyətlər dünya dövlətləri ilə sıx əlaqələr, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığı genişləndirəcəklər. Qardaş respublikalar arasında əlaqələrin möhkəmləndirilməsi üçün xeyli layihələr işlənib hazırlanmış və bu sahədə iş davam etdirilir. Nəzərdə tutulur ki, iştirakçı dövlətlər arasında nəqliyyat əlaqələrinin, informasiya mübadiləsinin dünya sisteminə qoşulması istiqamətində yeni addımlar atılsın.

Qardaş ölkələrin malik olduğu zəngin təbii sərvətlərin birgə istifadəsinə, dünya dövlətlərinin cəlb olunmasına və bu ehtiyatlardan iştirakçı ölkələrin iqtisadi inkişafı üçün qarşılıqlı fayda götürülməsinə xüsusi diqqət yetiriləcəkdir. Bütün bunlar isə ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da sıxlaşdırılmasına şərait yaradacaqdır. Bu mənada Orta Asiyada Azərbaycan neftinin birgə istismarı və nəqli ən faydalı və perspektivli imkanlara malik işdir. Dünyanın ən iri dövlətləri, habelə nüfuzlu şirkətləri ilə əlaqələr qurulması, qarşılıqlı surətdə faydalı müqavilələr bağlanması qardaş respublikaların iqtisadi əməkdaşlığında mühüm yer tuta blər.

Qeyd edildi ki, zirvə toplantısının iştirakçısı olan dövlətlər, Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq təşkilatların sənədlərində nəzərdə tutulan tələblərə və normalara hörmətlə yanaşırlar və gələcəkdə də bu istiqamətdə hərəkət edəcəklər.

Ermənistanın Azərbaycan torpqlarının 20 faizini işğal etməsindən və bunun nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın vəziyyətində yaşamasından da söhbət açıldı. Qeyd olundu ki, Ermənistan-Azərbaycan münaqişəsinə sülh yolu ilə son qoyulmalıdır. Toplantıda belə bir yekdil fikir söyləndi ki, ümumən Qafqazdakı vəziyyət Türkiyə ilə Orta Asiya arasında, Orta Asiya ilə Avropa arasında münasibətlərə ciddi əngəl törədir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev zirvə toplantısında çıxış etdi. Oktyabrın 19-da zirvə toplantısının işi İstanbul bəyannaməsinin imzalanması ilə davam etdirildi. Sonra toplantının iştirakçısı olan türk dövlətlərinin başçıları çıxış etdilər.

İlk söz Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə verildi.

Bəyannamənin imzalanması mərasimində digər türkdilli dövlətlərin başçıları da çıxış etdilər.

Sonra mətbuat konfransı keçirildi.

Azərbaycan Prezidenti İstanbulda olarkən Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə və Türkiyə Prezidenti Süleyman Dəmirəllə təkbətək görüşlər keçirdi.

Türkdilli dövlətlərin iqtisadi, siyasi, mədəni həyatında mühüm rol oynayacaq ikinci zirvə toplantısı xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, qarşılıqlı surətdə faydalı əməkdaşlığın genişləndirilməsinə güclü təkan verəcəkdir. Müstəqillik, suverenlik, ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq prinsiplərini rəhbər tutan zirvə toplantısının iştirakçıları zor işlətməklə dövlətlərin ərazi bütövlüyünə qəsd olunmasını və onların sərhədlərinin dəyişdirilməsini yolverilməz hesab etdilər, Ermənistan-Azərbaycan münaqişəsini BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında dincliklə aradan qaldırmağın zəruriliyini xüsusi qeyd etdilər.

Oktyabrın 19-də Azərbaycan Prezidenti Heydər Əliyev Vətənə qayıtdı. Prezidenti bu səfərdə xarici işlər naziri Həsən Həsənov, dövlət müşavirləri Vəfa Quluzadə, Qabil Hüseynli və digər rəsmi şəxslər, alimlər, yazıçılar, mətbuat nümayəndələri müşayiət edirdilər.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

Bakı-İstanbul-Bakı 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nigeriyada yanacaqdaşıyan sisternin partlaması nəticəsində 70 nəfər ölüb

İtaliya A Seriyası: "Yuventus" doğma meydanda "Milan"ı məğlub edib

“Bavariya” Bundesliqanın 18-ci turunda “Volfsburq”u məğlub edib

Məhkəmə Cənubi Koreya Prezidentinin həbsdə saxlanılmasına qərar verib

ADPU-nun Quba filialında 20 Yanvar şəhidləri anılıb

® “Kapital Bank” kibercinayətkarlıqla mübarizəni ikiqat gücləndirib

Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib

Premyer Liqa: "Liverpul" çempionluq yolunda vacib qələbə qazanıb

Misli Premyer Liqası: "Sumqayıt" doğma meydanda "Səbail"ə uduzub

Gürcü politoloq: Cənubi Qafqaz üçün sülh və sabitliyin alternativi yoxdur

"Neftçi" İdman Klubu 2024-cü ili 1001 medalla başa vurub

"Neftçi" "Sabah"la oyuna itkilərlə çıxacaq

İspaniyada dağ-xizək stansiyasında faciə baş verib

Kişi voleybolçular arasında Yüksək Liqada VI tura yekun vurulub

"Kəpəz" Tacikistan millisinin üzvünü transfer edib

Azərbaycan və Ruanda Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Marneulidə “Milli dirəniş və azadlığa gedən yol” adlı fotosərgi və anım tədbiri keçirilib

Almaniya ölkəsinə qayıdan hər bir suriyalıya 1700 avro ödəyir

Misli Premyer Liqası: "Zirə" "Araz-Naxçıvan"ı məğlub edib

İstanbulda TADEF-in VII Hesabat-Seçki Qurultayı keçirilib VİDEO

Azərbaycan İdman Akademiyası ilə Buxara Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Sahil Tahirli: "Sədərəkdən Şuşaya” filmi xalqımızın müstəqillik uğrunda apardığı mübarizəni əks etdirir

Bakıda “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olub

İmişlidə yol qəzasında 2 uşaq həyatını itirib YENİLƏNİB

Ər-Riyadda beynəlxalq Mədənçilik Konfransında 29 milyard dollarlıq müqavilələr imzalanıb

Azərbaycanla Türkiyənin XİN başçıları ikitərəfli və çoxtərəfli gündəlikdə duran aktual məsələləri müzakirə edib

Yasamalda qanunsuz heyvan kəsiminin qarşısı alınıb

Marneulidə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb

Kiyevə ballistik raket hücumlarının fəsadları – AZƏRTAC hadisə yerindən xəbər verir VİDEO

"Turan Tovuz" braziliyalı futbolçunu transfer edib

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi yekunlaşıb

“Əbədi qəhrəmanlar” kitabının təqdimat mərasimi keçirilib

“Azərişıq” ASC-nin nümayəndələri Qubada sahibkarlarla görüşüblər

BDU və Buxara Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələri genişləndirilir

"Beşiktaş" yeni baş məşqçisi ilə müqavilə imzalayıb

Azərbaycan klubu amerikalı basketbolçu transfer edib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

QMİ sədri: 20 Yanvar Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günüdür

Türkiyə ordusu Suriya və İraqın şimalında 21 terrorçunu məhv edib

"Kapital Bank" Milli Qəhrəman Hökumə Əliyevanın atasının dələduzluq halı ilə üzləşməsi haqqında açıqlama yayıb

Tariximizin qəhrəmanlıq səhifəsi - 20 Yanvar

Daşkənddə 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib VİDEO

20 Yanvar faciəsi qurbanlarının xatirəsi ADAU-da silsilə tədbirlərlə yad edilib

DİN: Milli Qəhrəmanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxslər müəyyən edilib, zərər ödənilib VİDEO

 Nazir: Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək

Hakan Fidan: Türk Dövlətləri Təşkilatının daha təsirli və səmərəli olması strateji bir addımdır VİDEO

Türkiyənin XİN başçısı: Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq

Hakan Fidan: Türkiyə və Azərbaycan bundan sonra da hər zaman eyni yolda irəliləyəcək

Azərbaycanın və Türkiyənin XİN başçıları qərarların icrası istiqamətində müzakirələr aparıb

Seçkilərdə polisin xidməti fəaliyyətinə həsr olunan növbəti seminar-müşavirə Şirvanda keçirilib VİDEO

Elmi Mərkəz: Cənub-şərq regionunda etnoqrafik, arxeoloji və numizmatik abidələr aşkarlanıb

Nazir: Yaşıl enerjinin Avropa bazarına çatdırılması istiqamətində Azərbaycanla Türkiyə arasında çox yaxşı əməkdaşlıq potensialı mövcuddur VİDEO

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə arasında münasibətlər əhatə dairəsinə görə geniş, məzmunca zəngindir VİDEO

Qırmızı qərənfillərdən don biçilən ziyarət yolu – FOTOREPORTAJ

Cəbrayılda daha 42 ailəyə evlərin açarları təqdim olunub VİDEO

Serdar Ünsal: Qanlı Yanvar cinayətini törədənlərin məsuliyyətə cəlbetmə müddəti yoxdur

Sabaha olan hava proqnozu açıqlanıb

Akademik: Elmi fəaliyyətin əsas istiqamətləri sırasında Qarabağa “Elmin Böyük Qayıdışı” əhəmiyyətli yer tutub

Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Üzgüçülük Federasiyasına yeni prezident təyin olunub

Bəstəkarlar İttifaqında “20 Yanvar” adlı sənədli film nümayiş olunub

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Azərbaycan-Türkiyə İş Adamları Birliyi arasında memorandum imzalanıb

Oğurluq edən 3 nəfər saxlanılıb

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb

20 Yanvar – Xalqın sınaq imtahanı

“İmprotex İndustries”in “Revival” mexaniki minatəmizləyən texnikaları xarici bazarların diqqətini cəlb edib

“Kəpəz” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub

Beynəlxalq Cinayət Məhkəməsi Suriyanın yeni hökuməti ilə birlikdə Bəşər Əsədin cinayətlərini araşdıracaq

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Lənkəran Regional Elmi Mərkəzi illik hesabat veriblər

Son illər peşə hazırlığına cəlb olunan issiz və işaxtaranların illik sayı 6 dəfə artıb

20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik arzusunu, dəmir iradəsini daha da möhkəmləndirib

® “Azercell”in “Təhlükəsiz internet” layihəsi rəqəmsal təhlükəsizliyi gücləndirir

Veteranlar Şəhidlər xiyabanını ziyarət edib

Blinkenin jurnalisti mətbuat konfransından zorla uzaqlaşdırması sərt tənqid edilir

20 Yanvar hadisəsi sovet imperiyası tərəfindən insanlığa qarşı dövlət səviyyəsində törədilmiş cinayətdir

Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO

Bakının Xətai rayonunda döyüş sursatları aşkarlanıb VİDEO

Ali Neft Məktəbinin tələbəsi Harvardın təqaüd proqramını qazanıb

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ VİDEO

Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar faciəsini əks etdirən rəsm əsəri triptixinin təqdimatı keçirilib

İncəsənət təhsili ocaqlarının müəllimləri üçün Yaradıcı Mərkəzin təqdimatı olub

Vəkillər Kollegiyasının rəhbərliyi vətəndaş qəbulu keçirib

20 Yanvar faciəsi qurbanlarının xatirəsi daim xalqımız tərəfindən əziz tutulur

Azərbaycanın futbol klublarının dünya reytinqində mövqeləri bəlli olub

Azərbaycan ictimaiyyətindən Nobel Komitəsinə açıq məktub: Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsi barədə tarixi qərara imza atın

DİN: 41 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Film Fondunda “Bir ömürlük xatirə” kitabının təqdimatı olub

Azərbaycan şahmatçısı beynəlxalq yarışda çıxış edəcək

Sevilə-sevilə baxılan ekran əsərlərinin müəllifi

İmişlidə qətl hadisəsi törədilib VİDEO

Hökumə Əliyevanın atasının müraciəti əsasında cinayət işi başlanılıb

"Barselona"nın futbolçusu zədəsini sağaldıb

Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə keçirilib

Xarici səfərdən Azərbaycana dönən vətəndaşın meymunçiçəyi virusuna yoluxduğu məlum olub

Deputat: 20 Yanvar xalqımızın milli azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib

Avroliqa: "Fənərbağça" doğma meydanda qələbə qazanıb

Deputat: 20 Yanvar Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir

Mədəniyyət naziri musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul olunmuş bir qrup müəllimlə görüşüb

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir