Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz bacılar və qardaşlar!

Əziz ismayıllılar!

Mən sizin hamınızı ürəkdən salamlayıram, sizə öz dərin hörmət və məhəbbətimi bildirirəm.

Burada qeyd olundu ki, xalqımızın ulu öndəri Heydər Əliyev 1970-ci illərdə İsmayıllıya dəfələrlə səfər etmişdir. Burada vəziyyətlə tanış olur, öz məsləhətlərini verirdi və Azərbaycanın ümumi inkişafında onun rolu əvəzolunmazdır. Bütün bölgələrə səfərlər edərək, yerlərdə vəziyyətlə tanış olaraq, öz göstərişlərini verirdi. O illərdə Azərbaycanın bölgələri, rayonları inkişaf dövrünü yaşayırdı. Bütün bölgələrdə quruculuq, abadlıq işləri getdi. Kənddə yaşayan insanların rifah halı yaxşılaşdı. Azərbaycan o illərdə, Sovet İttifaqı tərkibində yaşdağı bir dövrdə başqa müttəfiq respublikalara nisbətən daha yüksək sürətlə inkişaf edirdi və lider bir respublika idi.

Azərbaycanın müstəqilliyi dövründə də, 1993-cü ildən Heydər Əliyevin fəaliyyəti və siyasəti ölkəmizin xoşbəxt gələcəyinin təmin olunmasında müstəsna rol oynadı. Biz hamımız o dövrü xatırlayırıq. 1990-cı illərin əvvəli ölkəmiz üçün çox ağır keçdi. Azərbaycan çox böyük bəlalarla üzləşmişdi. İqtisadi sahədə gedən proseslər ölkənin inkişafına çox mənfi təsir göstərirdi. Siyasi cəhətdən Azərbaycan faktiki olaraq dünyadan təcrid edilmiş vəziyyətdə qalmışdı. Belə çətin illərdə məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində, xalqın ona olan inamı nəticəsində və onun müdrik siyasəti nəticəsində bu çətinlikləri aradan qaldırdı. İndi Azərbaycan bölgədə, dünyada ən yüksək, ən sürətlə inkişaf edən ölkədir. Biz həm iqtisadi inkişafda, həm də xarici siyasətimizdə öz milli maraqlarımızı ləyaqətlə qoruyuruq.

Son illər isə Azərbaycanın bölgələrinin inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Mənim fəaliyyətimdə regional inkişaf məsələləri ən vacib yer tutur. Təsadüfi deyil ki, mütəmadi qaydada bütün bölgələrə səfər edir, vəziyyətlə özüm şəxsən tanış oluram. Bizim qəbul etdiyimiz regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının məqsədi məhz budur ki, Azərbaycanın hər bir rayonu, hər bir bölgəsi, hər bir kəndi inkişaf etsin, abadlıq işləri aparılsın və insanlar daha da yaxşı yaşasınlar.

Sizə deyə bilərəm ki, son ilyarım ərzində problemlərlə yanaşı, uğurlar da az deyildir. Bu illər ərzində Azərbaycanda, - xüsusilə rayonlarda - 260 min yeni iş yeri açılmışdır. Bir tərəfdən, insanlar işlə təmin olunur, əmək haqqı alırlar, öz rifah halını yaxşılaşdırırlar. Digər tərəfdən, yeni yaranmış müəssisələr istehsala başlayır və bu istehsal xaricdən gətirilən, idxal olunan malları əvəzləyir. Bir sözlə, Azərbaycanda güclü sənaye potensialı yaranır. Təsadüfi deyil ki, 2005-ci ilin ilk altı ayında Azərbaycanın sənaye potensialının artımı 20 faiz təşkil etmişdir. Müqayisə üçün deyə bilərəm ki, inkişaf etmiş ölkələrdə və sənaye potensialı və ümumi daxili məhsul, adətən, 2-3 faiz səviyyəsində artır. Amma Azərbaycanda bu, 20 faiz təşkil edir. İlk dəfə olaraq, Azərbaycanda müstəqillik əldə olunandan sonra sənaye potensialı bütün illər ərzində maksimum 6-7 faiz artmışdı. Bu ilin altı ayında isə artım 20 faizdir. Bu, onu göstərir ki, Azərbaycanda bütün sahələrdə inkişaf var.

Xalqımızın ulu öndəri Heydər Əliyev tərəfindən başlanmış və uğurla davam etdirilən neft strategiyamız ölkəmizə böyük xeyir gətirir, vəsait gətirir, Azərbaycanda infrastruktur layihələri həyata keçirilir. Ən önəmlisi odur ki, şəhərlərlə kəndlər arasında fərq azalmalıdır və azalır. Əgər biz buna nail olsaq, Azərbaycanın bölgələri daha sürətlə inkişaf edər, burada canlanma prosesləri daha sürətlə gedər və nəticə etibarilə Azərbaycan xalqı hər yerdə, bütün bölgələrdə daha yaxşı yaşayar. Mənim məqsədim budur. Bundan ötrü də məqsədyönlü proqramlar - həm regional inkişaf proqramı, həm də Azərbaycanda iqtisadi inkişafın sürətləndirilməsini təmin edən digər proqramlar həyata keçirilir.

Kənd təsərrüfatının inkişafına böyük diqqət göstərilir. Bizdə əhalinin 50 faizdən çoxu kəndlərdə yaşayır. Ona görə kənd təsərrüfatının inkişafı ölkəmiz üçün çox vacibdir. Bilirsiniz ki, bu yaxınlarda kənd təsərrüfatının inkişafı üçün “Aqrolizinq” səhmdar cəmiyyəti yaradılıbdır. “Aqrolizinq” vasitəsilə yeni texnika, avadanlıq gətiriləcək və kəndlilərə icarə yolu ilə paylanacaqdır. Biz iki-üç il ərzində texnika qıtlığını aradan qaldıracaq və imkan yaradacağıq ki, kəndlilər səmərəli işləsinlər.

Sosial məsələlərə də diqqət göstərilir. Son ilyarım ərzində Azərbaycanda minimum əmək haqqı təxminən 3 faiz artıbdır. Əlbəttə, bu, bizi tam qane etmir. Çünki bizdə hələ ki, maaşlar, pensiyalar aşağıdır. Amma dinamika var, artım var. Özü də bu artım 10 faiz, 20 faiz deyil, 100 faiz, 200 faiz, 300 faizdir. Bizim iqtisadi potensialımız gücləndikcə, sosial məsələlərin həllinə daha böyük diqqət göstəriləcəkdir. Mən şübhə etmirəm ki, Azərbaycan ildən-ilə daha yaxşı yaşayacaqdır.

Baxın, 2004-cü ilin büdcəsi təxminən 1 milyard 500 milyon dollar idi. 2005-ci ilin büdcəsi 2 milyard 200 milyon dollar təşkil edir. 2006-cı ilin büdcəsi isə minimum 3 milyard 200 milyon dollar olacaqdır. Gələn il Azərbaycana bir milyard dollar əlavə vəsait daxil olacaqdır. Hara xərclənəcək? İlk növbədə, insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, sosial infrastrukturun yaranmasına. Məktəblər, xəstəxanalar, elektrik stansiyaları tikiləcək, yollar salınacaq, su kəmərləri çəkiləcək, qaz təchizatı yaxşılaşacaq, Azərbaycanın müdafiə potensialı möhkəmlənəcəkdir. Bir sözlə, hər bir inkişafın təməlində maddi durum dayanır. Biz isə öz iqtisadi siyasətimizlə bu maddi vəziyyəti yaxşılaşdırmalıyıq. Ona görə bu proqramlar həyata keçirilir, regionların inkişafı böyük əhəmiyyət kəsb edir.

Mən tam əminəm ki, gələcək illərdə bu artım dinamikası daha da sürətlə gedəcəkdir. Çünki Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri gələn ildən işə düşəcək və Azərbaycan xəzinəsinə milyardlarla dollar vəsait gətirəcəkdir. Ona görə mən hökumətə tapşırıq vermişəm və yerlərdə icra hakimiyyətlərinin başçılarına göstəriş vermişəm ki, regional inkişaf proqramı ilə yanaşı, hər bir rayonun öz inkişaf proqramı olmalıdır. Siz bunu məndən, yaxud da Bakıda oturanlardan daha da yaxşı bilirsiniz ki, hansı sahə daha çox inkişaf etməlidir, hansı sahəyə daha çox vəsait qoyulmalıdır. O proqramlar təqdim olunacaq, onlara əsasən vəsait ayrılacaqdır.

Sizin səmərəli işinizdən də çox şey asılıdır. Hökumət öz proqramlarını təqdim edir və bu proqramlar təkcə şüar deyil, əsaslı, düşünülmüş sənəddir və onun arxasında maddi resurslar dayanır. Amma yerlərdə də bu resurslardan maksimum dərəcədə səmərəli istifadə olunmalıdır ki, ayrılan vəsait məqsədyönlü şəkildə xərclənsin. Əlbəttə ki, ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün fərdi problemlərlə də məşğul olmaq lazımdır. Azərbaycanın qarşısında duran qlobal problemlər var, regional problemlər var və hər bir insanın, hər bir fərdin problemləri var. Biz bu problemlərlə hamımız məşğul olmalıyıq.

Mən dünən Qəbələ və Oğuz rayonlarında olarkən, görüşlər keçirərkən çoxlu məktublar, ərizələr almışam. Mənə, yaxud da mənim nümayəndələrimə təqdim olunan bütün məktublara diqqətlə baxılır və onlar təhlil olunur. Təhlil onu göstərir ki, bu məktublarda daha çox şəxsi məsələlər öz əksini tapır. Yəni hansısa xahişlərdir, hansısa ailədə bir xəstə var, onun müalicəsinə ehtiyac var. Yaxud ailədə tələbə var və pullu sektorda oxuyur, ancaq imkan yoxdur ki, o pulu ödəsinlər. Yəni bu məktubların, ərizələrin təhlili onu göstərir ki, Azərbaycanda artıq ciddi məsələ yoxdur. Çox böyük şikayətlər də yoxdur. Sadəcə olaraq, məktubların tam əksəriyyətinin məzmunu xahişlərdən ibarətdir. Bu xahişlər də yerinə yetirilməlidir. Çünki biz çalışmalıyıq ki, Azərbaycanda insanlar daha yaxşı yaşasınlar. Gərək hər bir müraciətə, hər bir məktuba diqqətlə yanaşılsın. Mən bunu edirəm və yerlərdə mənim nümayəndələrim də etməlidirlər. Yerli icra orqanlarının nümayəndələri insanlara böyük qayğı ilə, böyük diqqətlə yanaşmalıdırlar. Bu gün də burada mənim nümayəndələrim var. Mən onları buraya gəlməzdən əvvəl göndərdim ki, ərizələr, şikayətlər yığılsın, sonra mənə təqdim olunsun. Əmin ola bilərsiniz ki, hər bir məktuba diqqətlə baxılır və tədbirlər görülür.

Əziz dostlar, mən bir daha demək istəyirəm ki, İsmayıllıda olmağımdan çox məmnunam. Mən İsmayıllı rayonunda keçmişdə çox olmuşam. Buranın çox gözəl təbiəti, çox gözəl iqlimi var və ən əsası odur ki, burada çox gözəl insanlar, zəhmətkeş, vətənpərvər insanlar yaşayır. Bu bölgənin inkişafı üçün kənd təsərrüfatı ilə yanaşı, turizmin inkişafı da böyük əhəmiyyət kəsb edir. Bu gün burada yeni yaradılmış turizm obyektinə də baş çəkəcəyəm, maraqlanacağam. Bu bölgənin hərtərəfli inkişafı üçün biz hamımız - Azərbaycanın rəhbərləri, hökuməti və siz, əziz bacılar və qardaşlar, birgə çalışmalıyıq.

Sizin hamınızı bir daha ürəkdən salamlayıram, sizə cansağlığı, işlərinizdə uğurlar arzulayıram. Sağ olun.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və sürəkli alqışlarla qarşılandı).

X X X

Sonra dövlətimizin başçısı İlham Əliyev sakinlərə yaxınlaşaraq onlarla səmimi görüşdü, problemləri və qayğıları ilə maraqlandı.

Sakinlər Prezidentə dərin təşəkkürlərini bildirdilər, rayonda onu görməklərindən məmnunluqlarını ifadə etdilər və bu görüşün onların xatirəsində əbədi qalacağını vurğuladılar. Onlar ümummilli lider Heydər Əliyevin də tarixi xidmətlərini, İsmayıllıya göstərdiyi diqqət və qayğını unutmayaraq bildirdilər, biz onunla fəxr etmişik və bu gün də Sizinlə fəxr edirik ki, dahi öndərin daxili və xarici siyasətini həyata keçirirsiniz. Əminik ki, ölkəmizin, regionların daha sürətlə inkişafına nail olacaq və əhalimizi xöşbəxt gələcəyə çıxaracaqsınız.

Azərbaycan Prezidenti İlham Əliyev sonra İsmayıllı rayonunun iqtisadi inkişafını əks etdirən sərgi ilə tanış oldu. Prezident rayonun xalça fabrikinin, “Gülüstan” MMC-nin xalçalarına, Lahıc misgərlərinin əl işlərinə, “Sandal” ayaqqabı fabrikinin, “Şərab-1” ASC-nin, İsmayıllı ət-süd SC-nin məhsulları, “Şəfat” MMC-nin dərman bitkilərinə, Basqal kəlağayılarına, “Xoşbəxt X” kiçik müəssisəsinin məhsullarına baxdı.

Prezidentə məlumat verildi ki, “Sandal” ayaqqabı fabriki 1995-ci ildən fəaliyyət göstərir, müəssisəyə 250 milyon manat investisiya qoyulmuşdur. 25 nəfər çalışdığı fabrikdə il ərzində 20 çeşiddə 150 milyon manatlıq məhsul istehsal olunur.

Əsasən böyrək, qaraciyər, ürək, öd xəstəliklərinin müalicəsi üçün dərman bitkiləri toplayıb qablaşdıran “Şəfat” MMC 2005-ci ildən fəaliyyət göstərir. İsveçrədən alınmış qrant hesabına 75 min dollar sərmayə qoyulan və 50 nəfər çalışan bu müəssisədə 26 adda məhsul hazırlayır.

2005-ci ildən fəaliyyət göstərən “Şərab-1” Səhmdar Cəmiyyətinə 300 milyon manat sərmayə qoyulmuşdur. İstehsal gücü 600 min dekalitr olan müəssisədə 7 adda konyak, 3 adda şərab məhsulları buraxılır. Burada 30 nəfər işlə təmin edilmişdir.

Dövlətimizin başçısı İsmayıllı Quşçuluq ASC-nin məhsullarına da baxdı. Məlumat verildi ki, 700 milyon manat sərmayə qoyulmuş müəssədə 50 nəfər çalışır, illik istehsal gücü 600 tondur.

Prezident İlham Əliyev sahibkarların inkişafına dövlət qayğısının daha da artırılacağını, rayonların inkişafına göstəriləcək köməyin davam etdiriləcəyini vurğuladı.

Sahibkarlar bu diqqət və qayğını hiss etdiklərini və yaradılan şəraitdən razılıqlarını ifadə etdilər və istehsal sahələrini genişləndirəcəklərini bildirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub