Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN RESPUBLIKASININ PREZIDENTI İLHAM ƏLIYEVIN “RÖYTER” AGENTLIYINƏ MÜSAHIBƏSI

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 1-də “Röyter” agentliyinin MDB üzrə bürosunun rəhbəri Conatan Tetçerə və Qafqaz bürosunun baş müxbiri xanım Marqarita Antidzeyə müsahibə vermişdir. AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Röyter” agentliyinə müsahibəsi

CONATAN TETÇER: Cənab Prezident, söhbətimizə Sizin bu yaxınlarda BMT Baş Məclisinin ümumi müzakirələrində çıxışınız məsələsindən başlamaq istərdim.

İLHAM ƏLİYEV: Mən belə düşünürəm ki, beynəlxalq birliyə bu cür yüksək tribunadan müraciət etmək və Azərbaycanda, regionda və ümumiyyətlə, dünyadakı vəziyyət, üzləşdiyimiz problemlərlə bağlı mövqeyimizin çatdırılması üçün imkanın qazanılması əhəmiyyətli məsələdir.

CONATAN TETÇER: Şübhəsiz ki, ölkənizə aid olan məsələlərlə bağlı mövqeyinizin çatdırılması Sizin üçün vacib məsələdir. Lakin, eyni zamanda, demək olarmı ki, ölkə rəhbərləri və rəsmiləri ilə keçirdiyiniz müxtəlif görüşlərdə Sizi ən çox narahat edən məsələlərlə bağlı inkişafa nail olunub?

İLHAM ƏLİYEV: Bizi ən çox narahat edən məsələ torpaqlarımızın Ermənistan tərəfindən davam edən işğalıdır ki, bu da beynəlxalq birliyə, xarici ölkələrin rəsmilərinə, habelə beynəlxalq təşkilatların rəhbərlərinə çox yaxşı məlumdur. Birləşmiş Millətlər Təşkilatına gəldikdə, bu təşkilat Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir.

Qeyd etdiyim kimi, bu məsələ ilə bağlı digər beynəlxalq təşkilatlar da, ümumilikdə, beynəlxalq birlik məlumatlıdır. Demək istəyirəm ki, BMT-dəki çıxışımın məqsədi, sadəcə, bu barədə məlumat verməkdən ibarət deyildi, məqsəd münaqişənin özünün, habelə ermənilərə məxsus olmayan torpaqları geri qaytarmaq istəməyən Ermənistan rəhbərliyinin yeritdiyi siyasətin doğurduğu təhlükənin bir daha diqqətə çatdırılmasından ibarət idi.

CONATAN TETÇER: Kənardan belə görünür ki, Siz Ermənistanı günahlandırırsınız, Ermənistan isə başqa bir şey deyir. Sanki, pat vəziyyəti yaranmışdır, heç nə dəyişməyir. Bu məsələdə irəliləyiş əldə etmək üçün hansısa bir şans varmı?İLHAM ƏLİYEV: Mən sizinlə razıyam ki, vəziyyət dəyişməz olaraq qalır. Bu, təhlükəli bir haldır. Azərbaycanın mövqeyi aydındır. Beynəlxalq hüququn normaları və prinsiplərinə əməl edilməli, ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır. Ermənistan silahlı qüvvələri işğal olunmuş torpaqlarımızdan çıxarılmalıdır. Sülhün əldə edilməsi üçün yeganə yol budur. Ermənilər Dağlıq Qarabağ üçün müstəqillik və bu ərazinin Ermənistana birləşdirilməsini tələb edirlər. Bu tələb beynəlxalq hüquq normalarına deyil, ermənilərin güya öz məqsədlərinə çatacaqlarını düşündükləri səhv təsəvvürə əsaslanmışdır. Biz bu cür məsələlərə yanaşmada vahid standartların tətbiq olunmasının tərəfdarıyıq. Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı separatçı rejimlərinə eyni cür yanaşma prinsipi olmalıdır. Ermənilərin ABŞ-da, Rusiyada və digər ölkələrdə güclü lobbisi fəaliyyət göstərdiyinə görə, onlara fərqli yanaşma olmamalıdır. Bu münaqişənin həllinə nail olmağın yeganə yolu ermənilərin öz məqsədlərinə çata bilməyəcəklərini başa düşməsindən ibarətdir.

Dağlıq Qarabağ heç zaman müstəqillik əldə etməyəcəkdir. Biz ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı heç zaman, heç bir konpromisə getməyəcəyik və beynəlxalq birlik Dağlıq Qarabağdakı hərbi rejimi heç zaman özünün bir hissəsi kimi tanımayacaqdır. Dağlıq Qarabağ erməniləri muxtariyyət çərçivəsində milli azlıq kimi yaşamağı davam etdirə bilərlər. Yaxşı məlumdur ki, Avropada və dünyanın digər hissələrində muxtar qurumlar mövcuddur. Dünyanın bir çox ölkələrində milli azlıqlar vardır. İndi təsəvvür edin ki, dünyada hər bir milli azlıq özü üçün müstəqillik tələb etsə, nələr baş verər! Bu, cəfəngiyyatdır. Bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi ədalətə, həqiqətə və beynəlxalq hüquq normalarına söykənir. Ermənilər vaxtaşırı beynəlxalq hüququn vacib elementi olan “millətlərin öz müqəddəratını təyin etmək” hüququ ilə manipulyasiya etməyə çalışırlar. Lakin bildirmək istəyirəm ki, ermənilər artıq bir millət kimi öz müqəddəratını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti vardır. Ermənilərin yaşadıqları bütün ölkələrdə “öz müqəddəratlarını təyin etməyə” başladıqları halda nələrin baş verəcəyini təsəvvür etmək çətin deyildir. Çünki onlar çox yerdə yaşayırlar. Yeri gəlmişkən, Gürcüstanda Dağlıq Qarabağda olandan 5 dəfə artıq erməni yaşayır. Dağlıq Qarabağda 50 mindən az, Gürcüstanda isə 250 minə yaxın erməni yaşayır. Rusiyada, bəlkə də, bir milyondan çox erməni vardır. Həmçinin ABŞ-da, Fransada yaşayırlar və bir daha təkrar edirəm ki, onlar hər yerdə “öz müqəddəratını təyin etməyi” qərara alsalar, onda neçə erməni dövləti olar? Demək istəyirəm ki, ermənilərin mövqeyi çox zəifdir və beynəlxalq hüquq normalarına və reallığa deyil, yalnız öz xülyalarına əsaslanmışdır.

CONATAN TETÇER: Siz deyəndə ki, vəziyyət təhlükəlidir, nəyi nəzərdə tutursunuz, vəziyyət hərbi baxımdanmı təhlükəlidir?

İLHAM ƏLİYEV: Əgər neçə illərdir ki, sülhə nail olunmayıbsa və danışıqlar heç bir nəticə verməyibsə, bunun alternativi nə ola bilər? Ümumiyyətlə, Qafqazda vəziyyət o qədər sabit deyildir. Eyni zamanda, Cənubi Qafqazda və Şimali Qafqazda baş verən proseslər müəyyən dərəcədə bir-biri ilə bağlıdır. Bu baxımdan Ermənistanla Azərbaycan arasında sülhə nail oluna bilinməməsi, şübhəsiz ki, regional təhlükəsizliyin təmin olunması işinə xidmət etmir. Münaqişənin həll edilməsi uzandıqca, hərbi əməliyyatların yenidən başlanması təhlükəsi bir o qədər artır.

CONATAN TETÇER: Sizin təşəbbüsləriniz nədən ibarətdir?

İLHAM ƏLİYEV: Biz münaqişənin sülh yolu ilə həllinə hazırıq və yalnız bircə fakt, on ildən artıq dövr keçməsinə baxmayaraq, hələ də bu prinsipə sadiq qalmağımız faktı onu göstərir ki, biz münaqişəni siyasi yollarla həll etmək istəyirik. Əks təqdirdə, Azərbaycan hələ neçə illər bundan əvvəl öz ərazi bütövlüyünü bərpa etmək hüququnu həyata keçirərdi. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik və məsələnin bu cür həllinə ümid edirik. Lakin eyni zamanda hər kəs başa düşməlidir ki, biz torpaqlarımızın işğal olunması faktı ilə heç zaman razılaşa bilmərik və bizim səbrimizin də həddi vardır.

CONATAN TETÇER: Necə fikirləşirsiniz, növbəti addım Ermənistan tərəfindənmi atılmalıdır? Hazırkı danışıqlar prosesində atıla bilən ən təsirli addımlar sırasında hansıları görürsünüz?

İLHAM ƏLİYEV: Məlumdur ki, danışıqlar prosesi birtərəfli qaydada həyata keçirilə bilməz. Hər iki tərəf addımlar atmalıdır. Lakin heç şübhəsiz, Ermənistan tərəfi praktiki addımlar atmalıdır. Azərbaycanın kompromisə getməyə heç bir şeyi yoxdur. Biz heç kimin ərazisini işğal etməmişik, ermənilərdən fərqli olaraq, heç bir millətə qarşı etnik təmizləmə siyasəti həyata keçirməmişik. Buna görə bizdə ermənilərə məxsus olan bir şey yoxdur ki, onu geri qaytaraq. Ermənistan bizim torpaqlarımızın 20 faizini işğal altında saxlayır, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşərək əzab çəkir. Əlbəttə ki, ermənilər işğal olunmuş torpaqlarımızdan öz qoşunlarını çıxarmalıdır, bu, bizim təbii tələbimizdir. Əgər biz ermənilərin torpaqlarını işğal etsəydik, onda biz öz qoşunlarımızı oradan çıxarmalıydıq. Gördüyünüz kimi, bu baxımdan biz tərəfdən atılası addım yoxdur.

CONATAN TETÇER: Necə düşünürsiniz, Sizin Nyu-Yorkda müzakirə etdiyiniz məsələlər İrəvana beynəlxalq birlik və bu birliyin üzvləri tərəfindən daha çox təzyiq doğura bilərmi ki, Sizcə Ermənistan müsbət olan addımlar atsın?

İLHAM ƏLİYEV: Biz bu məsələ ilə bağlı beynəlxalq birliyi ədalətin bərpa edilməsi və BMT qərarlarının həyata keçirilməsi işinə daha fəal cəlb olunmağa çağırırıq. Bu vəziyyət ümumilikdə regionda təhlükəsizliyin təmin olunması işinə xidmət etmir. BMT TŞ-nin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən on ildən artıqdır ki, yerinə yetirilmir. Amma heç nə baş vermir, heç bir sanksiya tətbiq olunmur, heç bir praktik tədbir görülmür, BMT heç bir tələb irəli sürmür. Əgər Ermənistan görsə ki, BMT qərarlarının yerinə yetirilməməsi onun üçün ciddi problemlər yaradır, ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunur, təzyiq göstərilir və ya hər hansı digər bir mexanizm tətbiq edilir, şübhəsiz, onda Ermənistan öz siyasətinə yenidən baxar. Bəs reallıqda nə baş verir? Dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, BMT dörd müvafiq qətnamə qəbul etmişdir, digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı mövqelərini ifadə etmişdir, lakin Ermənistana bunun təsiri yoxdur. BMT qətnamələrinin və digər beynəlxalq təşkilatların mühüm qərarlarının həyata keçirilməsi üçün heç bir mexanizm yoxdur. Şübhəsiz ki, işğalçı dövlətin təcavüzünə son qoyulması üçün ona təzyiq göstərilməsi ilə əlaqədar beynəlxalq birlik tərəfindən praktik addımlar atılmalıdır.

CONATAN TETÇER: Siz deyəndə ki, səbriniz hüdudsuz deyil və bu, Sizin üçün çox fundamental bir ərazi məsələsidir, heç şübhəsiz, Siz bir siyasətçi kimi dəqiq vaxtı deməyəcəksiniz, bəlkə də deyəcəksiniz. Səbriniz nə zaman tükənəcək? Bununla bağlı Sizə ölkə daxilindəki təzyiq nə qədər davam edəcək? Siz qeyd etdiniz ki, xeyli sayda qaçqınınız ağır vəziyyətdə yaşayır, münaqişə ilə bağlı beynəlxalq birlik Azərbaycana istədiyiniz dəstəyi vermir. Ermənistan tərəfi danışıqlar prosesində yeni bir təklif vermir. Mənim üçün maraqlıdır, bu məsələlərdən Siz nə gözləyirsiniz?

İLHAM ƏLİYEV: Biz belə güman edirik ki, danışıqların indiki mərhələsi bizim hansı mövqedə durduğumuzu göstərəcəkdir. Biz danışıqların müxtəlif dövrlərini keçmişik və bu dövrlərdə müxtəlif məsələlər müzakirə olunmuşdur. Lakin bütün dövrlərdə Ermənistan tərəfinin qeyri-konstruktiv mövqedə durması nəticəsində danışıqlar heç bir nəticə verməmişdir. Danışıqların indiki mərhələsinə ötən il Azərbaycanda və Ermənistanda prezident seçkiləri keçirildikdən sonra başlanılmışdır. Hazırda iki ölkə prezidentləri və xarici işlər nazirləri arasında danışıqlar aparılır. Biz konkret məsələləri müzakirə edirik. Buna görə biz hələ də ümid edirik ki, danışıqların indiki mərhələsi bizi hansısa həll yollarına gətirib çıxara bilər. Lakin mən bir neçə dəfə ictimaiyyət qarşısında bəyanat vermişəm: biz görsək və tam əmin olsaq ki, danışıqların davam etdirilməsinin heç bir mənası yoxdur, sözsüz ki, bu danışıqları dayandıracağıq. Çünki biz danışıqları yalnız danışıqlar prosesinin imitasiya edilməsi naminə aparılmasının əleyhinəyik. Biz görsək ki, bütün siyasi vasitələr tükənmişdir və sülh yolu ilə suverenliyimizin bərpa olunması üçün heç bir yol yoxdur, onda biz digər vasitələri, digər hüqüqlarımızı nəzərdən keçirməyə başlayacağıq.

CONATAN TETÇER: Demək olarmı ki, məsələ bu həddə çatmayıb?

İLHAM ƏLİYEV: Biz hələ ümid edirik ki, razılığa gələcəyik, əks təqdirdə, biz bu danışıqları aparmazdıq. Münaqişənin həllində vasitəçilik mandatına malik olan ATƏT-in Minsk qrupu indi, deyəsən, fəallığını artırır, məsələnin həllinə daha çox cəlb olunur. Mən həmişə ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid etmişəm, Ermənistan isə həmişə bu qurumun fəaliyyətini tərifləyir. Mən ona görə tənqid edirəm ki, ortalıqda heç bir nəticə yoxdur və bu, pis bir vəziyyətdir. Ermənistan isə belə bir vəziyyətdən çox məmnundur, çünki heç bir nəticə yoxdur. Lakin ədalət naminə, deməliyəm ki, Minsk qrupu hazırda çox gərgin fəaliyyət göstərir və mən bunu qiymətləndirirəm. Ümid edirəm ki, bu hansısa bir nəticə verə bilər.

CONATAN TETÇER: Mən qaçqınlar və məcburi köçkünlərin vəziyyətinə qayıtmaq istərdim. Siz qeyd etdiniz ki, onlar həqiqətən də çox ağır vəziyyətdə yaşayırlar. Bu sahədə nəsə etmək mümkündürmü?

İLHAM ƏLİYEV: Biz bu sahədə böyük işlər görürük. Mən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nı təsdiq etmişəm və digər tədbirlər həyata keçirilir. Biz bu insanların yaşayışının yaxşılaşdırılması, onlar üçün yeni iş yerlərinin açılması, xəstəxanaların, məktəblərin inşa edilməsi, biznes fəaliyyəti üçün şəraitin yaradılması məqsədi ilə böyük miqdarda maliyyə vəsaiti ayırmışıq. Artıq bu işlərə təxminən 100 milyon ABŞ dolları məbləğində vəsait xərclənmiş, bir sıra qaçqın düşərgəsi tamamilə sökülmüş və onların yerində minlərlə yeni evlər inşa edilmişdir. Hazırda digər bir neçə qaçqın düşərgəsinin sökülməsi üzərində də işlər gedir və gələn ilin ortalarına kimi dörd mindən artıq qaçqın ailəsinin yeni, müasir evlərlə təchiz olunması planlaşdırılır. Bu binaların yerləşdiyi yerlər şəhərcik formasındadır. Orada hər şey vardır: məktəblər, xəstəxanalar, müvafiq infrastruktur, yollar, enerji təhcizatı, qaz və s.. Məqsədimiz, ilk növbədə, ən ağır vəziyyətdə, qaçqın düşərgələrində yaşayan soydaşlarımız üçün normal yaşayış şəraiti yaratmaqdan ibarətdir. Sözsüz ki, biz həmin insanlar üçün hökümət subsidiyasını və humanitar yardımı ildən-ilə artırırıq. Biz əlimizdən nə gəlirsə, onu da edirik. Bizim bir o qədər də böyük maliyyə imkanımız yoxdur, lakin bütün maliyyə ehtiyatlarımız həmin insanlar üçün daha yaxşı yaşayış şəraitinin təmin edilməsinə səfərbər olunmuşdur. Sözsüz ki, bu məsələdə beynəlxalq yardıma ehtiyac var və donor təşkilatlar öz yardımlarını azaltmamalıdır. Belə ki, münaqişənin uzun illərdir davam etməsi nəticəsində bəzi beynəlxalq humanitar və donor təşkilatlar hazırda bu yardımı azaldırlar. Deməliyəm ki, bu, böyük humanitar bir böhrandır. 8 milyon əhalisi olan ölkəmizdə bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Biz ümumi əhalinin sayına nisbətdə qaçqın-köçkünlərin sayına görə dünyada birinci yerdəyik.

CONATAN TETÇER: Siz təxminən bir ilə yaxındır Prezident seçilmisiniz və belə bir təəssürat var idi ki, bəlkə də bu səhv təəssürat idi, Siz bu vəzifəyə namizədliyinizi verməkdən qabaq bir o qədər Prezident olmaq arzusunda deyildiniz. Prezidentlik fəaliyyətinizdə bir neçə ay keçdikdən sonra bu haqda nə düşünürsünüz?

İLHAM ƏLİYEV: Bilirsiz, mən deməzdim ki, bu düz təəssürat idi. Bu təəssüratlar yalnız bəzi şayiələrə əsaslanırdı. Hamıya məlumdur ki, mən 1995-ci ildən siyasətdəyəm. Həmin ildən parlamentin üzvü olmuşam və heç şübhəsiz, mən siyasətlə məşğul olmaq barədə düşünməsəydim, biznesdə qalardım. Eyni zamanda, 1990-cı illərin sonlarından etibarən mən hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, sonra isə birinci müaviniyəm. Bu, onu aydın göstərir ki, artıq doqquz il bundan əvvəl mən ciddi surətdə siyasətə cəlb olunmuşam. Ona görə də prezidentliyə namizədliyimin irəli sürülməsi heç də Azərbaycan xalqı üçün hansısa gözlənilməz bir hadisə deyildi. Mənim siyasi fəaliyyətim xalqın gözü qarşısındadır. Lakin, əlbəttə ki, siyasi fəaliyyətlə məşğul olmaq və Prezidentlik tam fərqli şeylərdir. Prezident qəbul olunmuş bütün qərarlar üçün məsuliyyət daşıyır. Xüsusilə bizim ölkəmizdə. Uzun illər bərqərar olmuş siyasi təsisatların mövcud olduğu ölkələrdə vəziyyət fərqlidir. Keçid dövrünü yaşayan ölkələrdə isə baş verən hər şey üçün məsuliyyətin yükü prezidentin çiyninə düşür. Bu da fikrimcə, mənim indiki fəaliyyətimi Prezidentliyə qədər olan fəaliyyətimdən fərqləndirən əsas amildir. Lakin praktiki baxımdan çox da böyük dəyişikliklər baş verməmişdir. Sadəcə, indi daha çox işləməli və hər zaman müxtəlif məsələləri həll etməyə hazır olmalıyam.

CONATAN TETÇER: Siz müstəqil dövlətin təsəvvürləri ilə çox yüksək səviyyədə eyniləşdirilən, çox nüfuzlu və güclü dünya şəxsiyyətlərindən olan atanızın varisisiniz. Sözsüz ki, onun dövlətin idarə edilməsi ilə bağlı öz metodları olmuşdur, yəqin Sizin də müstəqillik barədə öz düşüncələriniz vardır. Necə fikirləşirsiniz, oğlu kimi Siz onun siyasətini davam etdirməlisiniz, yoxsa Sizin siyasətiniz bundan fərqlənməlidir?

İLHAM ƏLİYEV: Ümumi strategiya dəyişməz olaraq qalır. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə Azərbaycana yenidən hakimiyyətə gələn zaman xalqımız öz tarixi seçimini etmişdi. Bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, xarici siyasət, sosial və digər sahələrdə həyata keçirilən islahatlarla bağlı seçimimiz və siyasətimiz dəyişməz qalır. Biz beynəlxalq birliyə və Avropa ailəsinə gələcəkdə də inteqrasiya edilməsi siyasətinə sadiqik. Ermənistandan fərqli olaraq, biz tam müstəqil şəkildə xarici siyasət həyata keçiririk, siyasi qərarlar qəbul edilməsi məsələsində heç bir dövlətdən asılı deyilik. Mən belə düşünürəm ki, bu, Azərbaycan xalqının, Heydər Əliyev siyasətinin ən böyük uğurlarından biridir. Bu cür çətin vəziyyətdə, ərazisinin bir qisminin işğal olunduğu şəraitdə Azərbaycan öz milli dəyərlərini, müstəqilliyini qoruyub saxlamışdır və bu gün regional və beynəlxalq məsələlərdə çox mühüm rol oynayan bir ölkədir. Bizim bu siyasətimiz dəyişməzdir və biz bu siyasəti davam etdiririk. Hazırda ölkəmizdə genişmiqyaslı iqtisadi islahatlar aparılır. Mən sizə deyə bilərəm ki, ən cəsarətli iqtisadi islahatlar Heydər Əliyev tərəfindən həyata keçirilmişdir. Buraya torpağın özəlləşdirilməsi, qiymətlərin liberallaşdırılması və xeyli sayda digər məqamları aid etmək olar. Qeyd etdiyim kimi, biz bu gün bu siyasəti davam etdiririk.

Yeni iş yerlərinin açılması ilə bağlı siyasətimiz çox uğurla həyata keçirilir. Prezident seçkilərindən keçən dövrdə 70 mindən artıq yeni iş yeri açılmışdır. Mən seçkiqabağı kampaniyamda 600 min yeni iş yerinin açılacağını vəd etmişdim. Ümidvaram ki, biz bu məqsədə nail olacağıq. İqtisadiyyatımız tam bazar iqtisadiyyatı prinsiplərinə əsaslanır, özəl sektorun ümumi daxili məhsulda payı 75%-dən artıqdır, həm də nəzərə almaq lazımdır ki, ölkəmizin əsas ixrac məhsulunu təşkil edən neft dövlət inhisarındadır. Sosial məsələlər də həll olunmaqdadır, dövlət büdcəmiz, əsasən, sosial məsələlərin həllinə yönəlmişdir. Beləliklə, bu aspektlərdə Heydər Əliyev siyasəti davam etdirilir. Həyat dəyişir, yeni məsələlər, yeni problemlər ortaya çıxır və əlbəttə ki, ölkə inkişaf edir. Ölkə statik vəziyyətdə qala bilməz. Biz ölkəmizi müxtəlif istiqamətlərdə, müxtəlif ölçülərə əsaslanaraq inkişaf etdiririk. Sözsüz ki, biz indi elə qərarlar qəbul edə bilərik ki, onlar əvvəlki dövrlərdə olduğundan, bəlkə də, fərqlənə bilər. Ölkə özünü müasirləşdirir. Biz cəmiyyətimizin demokratikləşməsi, əhalinin müxtəlif qrupları arasında milli birliyə nail olunması istiqamətində uğurla irəliləyirik.

CONATAN TETÇER: Siz demokratikləşmə məsələsinə toxundunuz və Azərbaycan hökuməti arabir belə bir tənqidə məruz qalır ki, ölkədə az-çox real müxalifətin səsi batırılır. Bildiyimə görə, bəzi müxalifət liderləri hələ də həbsdədir, deyəsən, mənə 7 nəfər demişdilər.

İLHAM ƏLİYEV: Mən düşünmürəm ki, onlar liderlərdir, bəli, siz deyən adamlardan məhkəməyə cəlb olunanlar var.

CONATAN TETÇER: Nəzərə alsaq ki, Qərb ölkələrində daha açıq müzakirələr mövcuddur, Siz demokratikləşməni necə xarakterizə edərdiniz?

İLHAM ƏLİYEV: Bilirsiniz, mən Azərbaycanın Prezidenti seçildikdən sonra ölkədə həyata keçirilən siyasi islahatlarla bağlı heç bir beynəlxalq təşkilat və ya dünya birliyi tərəfindən tənqid olunmamışam. Əksinə, adətən bütün ölkələri tənqid edən Avropa Şurasının qərarlarına və sənədlərinə nəzər salsanız görərsiniz ki, Azərbaycanda prezident seçkilərindən keçən dövr ərzində ölkədəki vəziyyət və baş vermiş müsbət dəyişikliklər çox yüksək qiymətləndirilmişdir. Avropa dəyərlərinə verdiyim töhfələrə görə mən bu il Avropa Şurasının fəxri üzvü medalına və diplomuna layiq görülmüşəm. Həm seçkilərdən əvvəlki, həm də seçkilərdən keçən dövrdə mən ölkəmizdə fəaliyyət göstərən bütün siyasi qüvvələrə dəfələrlə zorakılığa və düşmənçiliyə son qoyulması, siyasi fəaliyyətin küçələrdən normal dialoqa gətirilməsi ilə bağlı ictimai çağırışlar etmişdim. Əfsuslar olsun ki, mənim bu çağırışlarım cavabsız qaldı. Buna baxmayaraq, seçkilərdən sonra mən bir sıra əfv fərmanı imzaladım və bəzi beynəlxalq təşkilatlar tərəfindən “siyasi məhbus” hesab edilən xeyli sayda insan azadlığa buraxıldı. Hətta, onların sırasında ağır cinayətlər törədən şəxslər də vardır. Bir daha təkrar edirəm ki, bu məsələlərlə bağlı mən nəinki tənqid olunmuram, əksinə, Azərbaycanda bu istiqamətdə görülən işlər yüksək qiymətləndirilir. Mən bu məsələdən danışarkən qeyd etmək istəyirəm ki, bununla bağlı yerli müxalifətin mövqeləri tamamilə səhvdir. Belə ki, hökumət nə eləyirsə, onlar bunu düzgün olmayan addım kimi təqdim etməyə çalışırlar. Hazırda həbsdə olan insanlara gəldikdə isə, onlar cinayət törətmişlər və bu cinayətlər bütün televiziya kanalları vasitəsilə nümayiş etdirilmişdir. Seçkilərdən dərhal sonra polisə, adi insanlara qarşı hücuma keçməyə başlamış, nəqliyyat vasitələrini dağıtmış, polisi daş-qalağa tutmuş, hərbi avtomaşını polis nəfərlərinin üzərinə sürmüş bu insanlar törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunublar. Onlar bu əməllərinə görə məsuliyyətə cəlb olunmalıdırlar. Təsəvvür etmək çətin deyil ki, misal üçün, ABŞ-da və yaxud digər Qərb ölkələrində polis qüvvələrinə qarşı bu cür qəddarcasına hücum baş versəydi nə olardı. Qanun aliliyi təmin edilməlidir. Biz ölkəmizdə yenidən xaos və anarxiyanın baş qaldırmasına imkan verə bilmərik, müxalif qüvvələrin qeyri-qanuni şəkildə hakimiyyətə gəlmək istəyinə görə adi vətəndaşların həyatını və səhhətini risk və təhlükə altına qoya bilmərik. Mən prezident seçkilərində qalib gəlmişəm və buna heç kimin şübhəsi yoxdur. Bu fakt bütün beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunmuşdur və mənim üçün ən əsası odur ki, bunu Azərbaycan xalqı təsdiq etmişdir. Müxalifətin seçkilərin nəticələrini zor tətbiq etməklə dəyişmək cəhdləri cinayət əməli idi. Bir də vurğulamaq istəyirəm ki, həbsdə olan və müxalifət adlandırılan bu adamlar müxalifət partiyaların üzvləri olduqlarına görə deyil, qeyri-qanuni əməllərə yol verdiklərinə görə mühakimə edilirlər. Sabitlik, qanunun aliliyi, demokratikləşmə - bütün bunlar bizim üçün çox vacib məsələlərdir. Yeri gəlmişkən, bu gün müxalifətdə olan bir sıra adamlar 1992-ci ildə hərbi çevriliş nəticəsində hökuməti devirərək hakimiyyəti ələ almışdılar, onlar yenidən bunu etməyə cəhd göstərmişlər, lakin bu gün Azərbaycandakı vəziyyət o zamankı vəziyyət deyildir. Hökumət də həmin hökumət deyildir. Bizim ölkəmizdə bütün siyasi azadlıqlar təmin olunub, senzura tamamilə ləğv edilib, bütün siyasi partiyalar, hər bir adam öz fikirlərini hər yerdə, o cümlədən parlamentdə, mətbuatda azad ifadə etmək hüququna malikdir. Lakin hökuməti qeyri-qanuni yolla dəyişmək, devirmək dövrlərinə heç zaman qayıdılmayacaqdır. Biz bu mövqedə möhkəm durmuşuq və mən belə düşünürəm ki, müxalifət indiki şəraitdə hökumətlə bu cür davrana bilməyəcəyini yaxşı anlayır.

CONATAN TETÇER: İcazə verin, yenə də Azərbaycanda demokratikləşmə məsələsinə qayıdım. Siz siyasi, sosial, iqtisadi sahələrdə demokratikləşmənin gələcək inkişaf yollarını necə görürsünüz?

İLHAM ƏLİYEV: Ölkə gücləndikcə, vəziyyət də dəyişir. Azərbaycanda narahatlıq doğuran məsələlər öz həllini tapmaqdadır. İqtisadiyyatımız inkişaf edir, insanların yaşayış səviyyəsi gün-gündən yaxşılaşır, biz regionların hərtərəfli inkişafı proqramını qəbul etmişik və mən söz vermişəm ki, Azərbaycan vətəndaşlarının həyat səviyyəsi ildən-ilə yaxşılaşacaq və bu reallaşmaqdadır. Mən sizin vaxtınızı rəqəmlərlə almaq istəmirəm, əgər iqtisadi inkişaf göstəricilərinə baxsanız, özünüz bunu görərsiniz. Ona görə də müxalifətin istifadə etdiyi iqtisadi və sosial çətinliklər mövzusu tükənməkdədir. Onlar yaxşı başa düşürlər ki, ölkəmizdə həyata keçirilən nəhəng layihələr, o cümlədən enerji və nəqliyyat layihələri, – yeri gəlmişkən bu layihələri onlar deyil, məhz biz başlamışıq və məhz biz həyata keçiririk, – bütün bunlar Azərbaycan xalqına yaxın zamanlarda firavanlıq, çox güclü iqtisadi inkişaf gətirəcəkdir. Belə bir şəraitdə onlar səs qazanmaq üçün xalqa nə vəd edə bilərlər? Əgər xalq onlara 2003-cü ildə inanmayıbsa, gələcəkdə necə inanacaq? Xüsusilə də, Azərbaycanda qlobal iqtisadi layihələrin reallaşmağa başladığı, 600 min iş yerinin açılması ilə bağlı real işlərin həyata keçirildiyi, iqtisadiyyatımızın daha da gücləndiyi, Azərbaycan xalqının həyat tərzinin yüksəldiyi bir dövrdə! Ona görə bunu təbii bir proses kimi qəbul etmək lazımdır ki, ölkədə nə qədər uğur əldə olunursa, obyektiv olaraq müxalifət daha da zəifləyir. Biz belə düşünürük ki, bu gün onlar Azərbaycan hökumətinə qarşı deyil, Azərbaycanın xoşbəxt gələcəyinə qarşı mübarizə aparırlar. Onlar ölkədəki vəziyyətin pisləşməsini istəyirlər, belə ki, ölkədə vəziyyət nə qədər pis olsa, onlar üçün bir o qədər yaxşı olar. Xalq bunu bilir və yaxşı dərk edir. Bu gün müxalifətin zəifliyi onun öz səhvi ucbatından baş verir. Onlar ortaya heç bir təklif qoya bilməmişlər.

Bundan başqa, mən sizə deyə bilərəm ki, müxalifət dəyişməlidir. Bu gün müxalifətin başında duran adamlar 1992-ci ildə hakimiyyəti ələ keçirmiş insanlardır. 1993-cü ildən, hakimiyyəti hətta bir il əldə saxlaya bilmədikdən sonra on ildən artıqdır ki, müxalifətdədirlər. Eyni sifətlər, eyni sözlər və hakimiyyətə qarşı eyni hücumlar. Müxalifətdə dəyişiklik olmalıdır. Xalq naftalin qoxusu gələn bu insanlardan bezmişdir. Lakin demək istəyirəm ki, biz onların fəaliyyətinə son qoymaq, onlar üçün problemlər yaratmaq fikrində deyilik. Cəmiyyətə sağlam, konstruktiv, bu və ya digər məsələyə hökumətin diqqətini cəlb edə bilən, hökuməti sağlam tənqid edən müxalifət lazımdır, cibinə daş yığıb polisə hücuma keçən müxalifət yox! Beynəlxalq təcrübə onu göstərir ki, məğlubiyyətə uğrayan müxalifət liderləri istefa verir. Biz bunun təkcə inkişaf etmiş ölkələrdə deyil, bəzi qonşu dövlətlərdə də şahidi olmuşuq. Lakin bizdəki müxalifət daim uduzmaqda davam edir, siyasətdən isə getmək istəmir. Onlar belə bir bəhanə gətirirlər ki, səsvermələr zamanı guya manipulyasiyalara, saxtakarlığa yol verilir və s. Bu, bir bəhanədir. Çünki onlar etiraf etsələr ki, bəli uduzmuşuq, onda nə baş verəcək, onlar siyasətdən getməlidirlər. Əgər onlar, bugünkü qondarma müxalifət liderləri bunu etsələr, onda nə ilə məşğul olacaqlar? Bu insanlar heç zaman, heç bir yerdə ciddi işlə məşğul olmamışlar. Onların heç zaman xalqa xeyri dəyməyibdir. Bircə bunu bacarırlar ki, meydanlara çıxıb qışqırsınlar.

Digər tərəfdən, onların həmişə guya seçkilərin ədalətsiz keçirilməsi barədə əsassız məlumatları təqdim etmək cəhdlərinin də səbəbi elə budur. Cəmiyyətin normal inkişafı tələb edir ki, müxalifət özünü dəyişsin. Oraya yeni insanlar gəlməlidir və bütün hallarda uduzan köhnə adamlar siyasəti tərk etməlidirlər. Hakimiyyətdə olduqları dövrdən cəmi bir il keçmiş, 1993-cü ildə xalq o dərəcədə təngə gəldi ki, onları hakimiyyətdən uzaqlaşdırdı. Onlar 1993-cü ildə prezident seçkilərini, 1995-ci ildə parlament seçkilərini, 1998-ci ildə yenidən prezident seçkilərini, 2000-ci ildə yenidən parlament seçkilərini, 2003-cü ildə yenidən prezident seçkilərini uduzdular. Onlar tutduqları yerləri tərk edənə və gənc nəslə yol açılmasına imkan verənə qədər daha neçə dəfə uduzmağı planlaşdırırlar?

CONATAN TETÇER: Fransua Mitteran bir neçə seçkini uduzduqdan sonra prezident ola bildi.

İLHAM ƏLİYEV: Fransua Mitteran siyasətçi idi.

CONATAN TETÇER: Siz müxalifətdə yeni insanları görmək istəyirsiniz, bu inkişaf etməkdə olan demokratik siyasi sistem deməkdir.

İLHAM ƏLİYEV: Bir siyasətçi kimi açığını desəm, bizim hakim partiya üçün yaxşı olardı ki, müxalifətdə heç bir dəyişiklik olmasın. Çünki mən şübhə edirəm ki, növbəti hansısa bir seçkilərdə kimsə bu köhnə sifətlər olan müxalifətə səs versin. Buna görə də siyasi mübarizə nöqteyi- nəzərindən bu müxalifət partiyalarının olduqları kimi qalması bizim hakim partiyanın xeyrinədir. Lakin müxalifətdə dəyişiklik cəmiyyətin mənafeyinə cavab verir. Cəmiyyətin mənafeyi isə tələb edir ki, siyasi partiyalar arasında düşmənçiliyə son qoyulsun. Nəyə görə Azərbaycanda siyasi partiyalar bir-birinə düşmən mövqedə durmalıdırlar, mən bunu başa düşə bilmirəm. Nəyə görə normal dialoq, müzakirələr və təmaslar olmasın. Lakin bu gün müxalifətdə olan adamlarla bunu etmək mümkün deyildir. Hökumət nə edə bilər? Biz onlar üçün nəsə etmək fikrində deyilik. Onlar bu barədə özləri fikirləşməlidirlər. Biz onu edə bilərik ki, normal siyasi mühit, sabit, açıq cəmiyyətin yaradılması ilə bağlı siyasi islahatlar davam etdirilsin. Biz cəmiyyətimizin demokratikləşməsi ilə bağlı Avropa Şurası qarşısında götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk. Daha nə edə bilərik? Qalan şeylər onların boynundadır.

CONATAN TETÇER: Siz iqtisadi məsələlərə toxundunuz. Sizin zəngin neft ehtiyatları baxımından bəxtiniz yaxşı gətirib və neftin qiymətinin qalxması baxımından isə bəxtiniz daha çox gətiribdir. Eyni zamanda, burada belə bir riskli məqam da vardır ki, neftin qiymətinin sürətlə qalxması birdən-birə dövlətə planlaşdırılmamış şəkildə gəlir gətirə bilər. Onda yəqin ki, bunun da nəticəsində hökumətinizə təzyiq göstərilə bilər ki, pulu buna xərcləyin, ona xərcləyin və.s. Bu problemlə üzləşməmək üçün nə edirsiniz?

İLHAM ƏLİYEV: Ölkəmizin bu günə kimi əldə etdiyi uğurların səbəbi heç də əsasən neft amili ilə bağlı deyildir. Biz hazırda böyük həcmdə neft çıxarmırıq, böyük həcmdə neft hasilatının yalnız astanasındayıq. Ölkəmizin əldə etdiyi inkişafın böyük qismi həyata keçirdiyimiz iqtisadi islahatların və iqtisadi siyasətin nəticəsində mümkün olmuşdur. Ancaq hamı bilir ki, Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi neft və qeyri-neft sektorunun inkişafına güclü təkan vermişdir. Lakin bizi bu məsələ də düşündürür ki, qısa bir zamanda ölkə varlananda bu imkanlardan necə istifadə etmək lazımdır. Bu məqsədlə bir neçə il bundan əvvəl Azərbaycanda Neft Fondu yaradılmışdır. Neftdən əldə olunan bütün gəlirlər çox şəffaf bir şəraitdə bu Fondda cəmləşdirilir. Hər bir vətəndaş bilir ki, ölkə neftdən nə qədər gəlir əldə etmişdir, Fondda beynəlxalq audit aparılır və o, beynəlxalq maliyyə təsisatlarının tövsiyələri əsasında idarə olunur. Buna görə də prezident seçkilərindən sonra bizim qəbul etdiyimiz regional inkişaf proqramı və sosial-iqtisadi yönümlü digər proqramlar əsasən regionlarımızın inkişafı, iqtisadiyyatımızın çoxşaxəliliyinin təmin olunması, yeni iş yerlərinin açılması – sözsüz ki, bu yeni iş yerləri qeyri-neft sektorunda yaradılacaqdır, - məqsədi daşıyır.

Yalnız neftin qiymətlərinə bel bağlamaq çox təhlükəli bir haldır. Məndən soruşsanız, açıq cavab verərdim ki, neftin qiymətlərinin belə yüksək həddə çatması məni çox da sevindirmir. Əlbəttə ki, bu qiymətlər müəyyən həddən aşağı düşsəydi, bizi narahat edərdi, lakin bir barrel neftin qiymətinin 50 ABŞ dolları səviyyəsinə qalxması dünya iqtisadiyyatı üçün yaxşı hal deyildir. Azərbaycan dünya iqtisadiyyatının bir hissəsini təşkil edir, buna görə də dünya iqtisadiyyatında baş verən bütün müsbət və mənfi hallar bizim iqtisadiyyatımıza da təsir göstərə bilər.

Mən həmişə hökumətə də deyirəm ki, biz Azərbaycanda neft amilinin mövcudluğunu sanki unutmalıyıq və iqtisadiyyatımızı bu amili əsas tutmayaraq qurmalıyıq. Neft böyük xöşbəxtlik gətirirsə, eyni zamanda böyük problemlər də yaradır. Bizə bəzi neft hasil edən ölkələrin təcrübəsi yaxşı məlumdur. Bunlar uğurlu təcrübə adlandırıla bilməz və həmin ölkələrdə əhali bu amildən faydalana bilməmişdir. Hər bir Azərbaycan vətəndaşının neft gəlirlərindən faydalanması bizim üçün vacibdir, biz dünyada mövcud olan bütün neft fondlarının təcrübəsini öyrəndik və daha səmərəli olan Norveç modeli üzərində dayandıq. Bizim Neft Fondunda tətbiq etdiyimiz idarəetmə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir və əlimizdən gələni edəcəyik ki, neft hasil edən digər ölkələrin buraxdığı səhvlərə yol verməyək.

CONATAN TETÇER: Enerji məsələsinə toxunmaq istərdim. Deyəsən, qaz məsələsində siz rəqabətədavamlı olmağa çalışırsınız, xüsusilə də Rusiya ilə. Bu özünü boru xətləri layihələrində göstərir. Bununla bağlı fikirlərinizi bilmək istərdim.

İLHAM ƏLİYEV: Qaz da bizim üçün əhəmiyyətlidir. Çünki bildiyiniz kimi, neft ixrac boru kəməri hazırda inşa edilməkdədir və tikinti işlərinin böyük qismi başa çatmışdır. Gələn il bu işlər tamamlanacaqdır. Biz Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsi ilə bağlı məqsədimizə nail oluruq. Vaxtilə çoxları bunu xəyali bir şey kimi qəbul edirdi. Qaz kəməri də çox əhəmiyyətlidir, bu Azərbaycan qazını Gürcüstana, Türkiyəyə, Avropa bazarlarına çıxaracaqdır. Lakin bu kontekstdə biz heç bir dövlətlə rəqabət aparmağı planlaşdırmırıq və buna cəhd etmirik.

Azərbaycan qazının bazarda öz yeri olacaqdır. Biz Yunanıstanla danışıqlar aparırıq və Azərbaycan qazını, sözsüz ki, adları çəkilən ölkələrə, həmçinin digər Avropa ölkələrinə çıxarmağı planlaşdırırıq. Mən belə güman edirəm ki, bu layihənin də gerçəkləşməsi Avropa istehlakçıları üçün faydalı olacaq, belə ki, zənnimcə, bizim qaz daha ucuz başa gələcəkdir. Çünki qazın ixrac marşrutu daha qısa, nəqletmə xərcləri isə daha aşağı olacaqdır. Bu marşrut Avropa üçün alternativ bir marşrut olacaqdır. Növbəti 5-6 il ərzində qazın Avropaya müxtəlif nəqledilmə variantlarının da həyata keçiriləcəyi güman edilir. Digər ölkələrdə qaz hasilatı azalarsa, Azərbaycan qazı bu fərqi kompensasiya edə bilər. Lakin bir daha mən aydınlıq gətirmək istəyirəm ki, biz rəqabətə girməyi planlaşdırmırıq. Fikrimcə, rəqabət istehsalçılara yaxşı heç bir şey gətirmir, bu, istehlakçıların xeyrinədir. Biz istehsalçıyıq, ona görə də bu məsələyə ehtiyatla yanaşmalıyıq. Mən belə düşünürəm ki, Azərbaycan qazı Avropaya vaxtlı-vaxtında çatdırılacaq, çünki bizim energetika sahəsində bütün layihələrimiz artıq həyata keçirilmişdir və mən ümid edirəm ki, Bakıdan Türkiyəyə və oradan digər ölkələrə gedəcək boru xətti vaxtında hazır olacaqdır.

CONATAN TETÇER: Bu məsələlərdə Moskva amilinə toxunmaq istərdim.

İLHAM ƏLİYEV: Mən bu barədə bir söz deyə bilmərəm. Bilirsiz, biz özümüzə aid olan işi yerinə yetiririk. Xəzərin Azərbaycana aid olan sektorunda beynəlxalq şirkətlərlə həyata keçirdiyimiz birgə işlər, Bakı-Tbilisi-Ceyhan layihəsi, Qaz layihəsi - bütün bunları edərkən kiminsə maraqlarına zərbə vurmağı qarşımıza məqsəd qoymuruq. Biz bu işləri sırf öz maraqlarımız və maraqlarımızın qorunması naminə həyata keçiririk. Azərbaycanın buna haqqı vardır. Bizim bu vaxta kimi həyata keçirdiyimiz işlər yalnız beynəlxalq təcrübəyə uyğun və qanuni şəkildə görülmüşdür. Ona görə də kimsə bu işlərdən narahatdırsa, bu, bizim problemimiz deyildir. Biz görəndə ki, bu, ölkəmiz üçün əhəmiyyətli və vacibdir, onu da edirik. Mən əminəm ki, planlaşdırıldığı kimi, Azərbaycan nefti Aralıq dənizi hövzəsinə çatdırılacaq, Azərbaycan qazı isə Avropaya nəql ediləcəkdir. Belə düşünürəm ki, bu, hər hansı bir istehsalçını qıcıqlandırmamalıdır. Xüsusilə, kəmiyyət nəzərə alınarsa. Azərbaycanın ixrac edəcəyi qaz digər ölkələrin ixrac etdiyi qazla müqayisədə həcmcə böyük olmayacaqdır.

CONATAN TETÇER: Uzaq olmayan gələcəkdə iqtisadi perspektivlər məsələsinə toxunmaq istərdim. Siz Neft Fondundan və digər məsələlərdən danışdınız.

Hazırkı şəraitdə hansısa spesifik islahatları həyata keçirməyi nəzərdə tutursunuzmu?

İLHAM ƏLİYEV: Mən belə düşünürəm ki, yuxarıda qeyd etdiyim proqramlar iqtisadi inkişafımıza kömək edəcəkdir. Bildirmək istərdim ki, ölkəmizdə vacib olan iqtisadi islahatlar, əsasən, həyata keçirilmişdir, çox mühüm qanunlar qəbul edilmişdir. İqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan azad edilməsi, özəl sektora dəstəyin verilməsi, sahibkarlara kreditlərin ayrılması və sair mühüm işlər həyata keçirilir. Gələn il özəl sektora maliyyə yardımını iki dəfə artırmağı planlaşdırırıq. Biz iqtisadiyyatı hökumətin hansısa iqtisadi layihəyə birbaşa müdaxiləsi yolu ilə deyil, lazımi infrastrukturun və özəl sektorun sərmayəsi hesabına maliyyə mənbələrinin yaradılması vasitəsilə stimullaşdırmağa çalışırıq. Azərbaycana böyük həcmdə xarici sərmayə qoyulur. Ölkəmiz adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə MDB və Şərqi Avropa ölkələri sırasında birinci yerlərdə durur.

İndi bizim qarşımızda duran vacib məsələlərdən biri də güclü orta sinfin yaradılmasına kömək göstərməkdən ibarətdir. Yerli şirkətlərimizin ciddi layihələrə sərmayə qoya bilməsi üçün imkanın yaradılması da mühüm məsələdir. Xarici sərmayələr əhəmiyyətlidir, lakin bizim yerli sərmayəçilərimiz də daha güclü olmalıdır. Bunun üçün mümkün olan nə varsa edirik və bu istiqamətdə gələcəkdə də lazımi addımlar atacağıq. Qeyd etmək istəyirəm ki, biz bütün bu işləri səs-küysüz, hansısa güclü təbliğatdan istifadə etmədən, özümüzü tərifləmədən görürük. Biz bunu ona görə edirik ki, bu işlər Azərbaycan xalqına lazımdır. Bu gün Azərbaycan, həqiqətən, bütün sahələrdə çox sürətlə inkişaf edir. Lakin biz bundan şou düzəltmirik, hər yerdə səs-küy salmırıq ki, baxın görün, bizdə işlər necə yaxşı gedir. Ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqının bütün bunlardan faydalanmağa haqqı vardır və əgər qarşımıza qoyduğumuz planlar hamısı həyata keçirilsə, növbəti dörd ildə Azərbaycan tamamilə başqa bir ölkəyə çevriləcəkdir.

CONATAN TETÇER: Bağışlayın ki, vaxtınızı çox alıram. Tamam başqa bir məsələ ilə bağlı sual vermək olarmı? Bu, siyasi vəziyyətlə əlaqədardır. Ölkəniz çox həssas bir nöqtədə yerləşir. Sizin ABŞ-la çox yaxşı münasibətləriniz var, lakin qonşuluqda həyatı bir balaca çətinləşdirə bilən İran da vardır. Mənim üçün maraqlıdır, İranla yaxın keçmişdə olan gərginliklər indi Sizin üçün başağrısı yaradırmı? Qafqazdakı ümumi siyasi mühit nəzərə alınarsa, İranla münasibətlərinizdə tam tarazlıq yaratmaq çətindirmi?

İLHAM ƏLİYEV: Hazırda Azərbaycanla İran arasında çox konstruktiv münasibətlər mövcuddur. Bu yaxınlarda İran Prezidentinin Azərbaycana çox uğurlu səfəri olmuşdur. Biz İranla yaxşı münasibətlərin olmasını istəyirik və mən belə düşünürəm ki, bu gün buna nail olmuşuq. Ölkələrimiz arasında bir sıra iqtisadi məsələlər, o cümlədən enerji və qaz mübadiləsinə dair və digər infrastruktur layihələr üzrə razılıqlar əldə edilmişdir. Bir daha bildirmək istəyirəm ki, bizim münasibətlər çox konstruktivdir və bundan çox razıyıq. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan öz milli maraqlarına uyğun və maraqlarının qorunmasına yönəlmiş siyasət həyata keçirir. Biz imkan verə bilmərik ki, Azərbaycan müxtəlif ölkələr arasında qarşıdurma zonasına çevrilsin. Əgər hansısa ölkələr bir–biri ilə qarşıdurmaya girmək istəyirlərsə, onlar bunun üçün başqa yer tapa bilərlər. Biz Azərbaycanda əməkdaşlıq zonası yaratmağa çalışırıq və zənnimcə, buna nail oluruq. Azərbaycan xalqı erməni təcavüzündən, müharibədən çox əziyyət çəkmişdir. Biz ölkəmizdə sülh, təhlükəsizlik, sabitlik, firavanlıq istəyirik. Bütün digər dövlətlərlə, o cümlədən qonşu dövlətlərlə ikitərəfli münasibətləri bir-birinin maraqlarına hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qururuq. Bu kontekstdə Azərbaycan-İran münasibətlərinə xələl gətirə bilən bir amil yoxdur. Bizim münasibətlərimiz yuxarıda sadaladığım prinsiplər əsasında qurulmuşdur və mən əminəm ki, bu əlaqələr gələcəkdə də inkişaf edəcəkdir.

MARQARİTA ANTİDZE: Cənab Prezident, icazənizlə, çox qısa bir sualım var. Mənə elə gəlir ki, prezident olmaq doğrudan da, çox gərgin bir işdir. Sizin ən yaxşı məsləhətçiniz kimdir? Çünki Prezident kimi Siz mütəmadi olaraq çox mühüm və ciddi qərarlar qəbul edirsiniz. Sizin ətrafınızda çoxlu peşəkar insanlar çalışır. Lakin yenə də təkrar etmək istərdim, ən yaxşı məsləhətçiniz kimdir, Sizin özünüzsünüzmü, yaxud Siz fikirləşirsiniz ki, bu hallarda mərhum atanız nə edərdi?

İLHAM ƏLİYEV: Mən səmimi demək istərdim, çox məsələlər barədə qərar qəbul etmək mənim üçün çətinlik doğurmur. Çünki zənnimcə, mənim düzgün qərarlar çıxarmaq üçün imkanım çoxdur. Lakin bəzən mən qərar çıxararkən fikirləşirəm ki, mərhum atam bu vəziyyətdə nə edərdi? Mən bu barədə fikirləşirəm, amma... Bilirsiniz, bəzən elə hallar olur ki, fikirləşirsən, güman edirsən, mərhum atam olsaydı, nə edərdi. Lakin təbii ki, sən bunu heç zaman dəqiq bilə bilməzsən. Ona görə də bu, asan bir məsələ deyildir. Əlbəttə ki, Prezident olmaq da asan iş deyildir. Eyni zamanda, mən sizə deyə bilərəm ki, Prezidentlik fəaliyyətimin bu ilk ilində yəqin çox az anlar olub ki, hansısa ciddi qərarın qəbul edilməsi ilə bağlı çətinlik çəkim. Əksər hallarda mənim üçün bütün mənzərə, məqsədlər aydındır. Azərbaycanda siyasi, iqtisadi, ümumi vəziyyət müsbət şəkildə inkişaf edir. Buna görə də çıxardığımız qərarlar bugünkü vəziyyətə uyğun şəkildə qəbul edilir. Mən bütün qərarları özüm qəbul edirəm.

CONATAN TETÇER: Mən Bakıda olduğum qısa müddət ərzində çox yerdə mərhum atanızın portretlərini görmüşəm. Mən bilirəm ki, mərhum atanıza – ilk Prezidentə hörmət bəslənilir. Çox yerdə portretlərin olmasının hansısa başqa bir səbəbi də varmı?

İLHAM ƏLİYEV: Mən deməzdim ki, çox yerdə portretlər vardır. Heydər Əliyev Azərbaycan üçün təkcə Prezident olmamışdır. Heydər Əliyev, həqiqətən, Azərbaycan xalqının ümummilli lideridir. Onun Azərbaycan xalqı qarşısında xidməti yalnız son on illik Prezidentlik fəaliyyəti ilə məhdudlaşmır. Heydər Əliyev 1969-cu ildən Azərbaycana rəhbərlik etmiş, hətta müxtəlif siyasi şəraitlər dövründə də, o, xalqımızın lideri olmuşdur. Bu dövrlərdə insanlara yenə də yaxşılıqlar etməkdə, xalqın maraqları naminə fəaliyyət göstərməkdə davam etmişdir. Kiçik fasilələrlə, o, 35 il Azərbaycana rəhbərlik etmişdir. Ona görə də Azərbaycan xalqı Heydər Əliyevə yalnız bir Prezident kimi deyil, Azərbaycanın müasir inkişafında güclü təsiri olan bir şəxsiyyət, bütün həyatını xalqın inkişafına sərf etmiş bir insan kimi münasibət bəsləyir. Heydər Əliyev dünyasını dəyişərkən günlərlə, həftələrlə, aylarla böyük insan axını səhər sübhdən ta gecə yarısına kimi onun xatirəsinə ehtiramını ifadə etmək üçün məzarını yad etməyə gəlirdi.

Ölkənin hər yerindən insanlar gələrək onun məzarını ziyarət edirdilər. Bu, xalqın hisslərinin təbii ifadəsi idi. Heydər Əliyev Azərbaycanın simvoludur, müstəqillik, ləyaqət və cəsarət simvolu! Siz dedikləriniz xalqın Heydər Əliyevə və onun millət qarşısında xidmətlərinə münasibəti və xatirəsinin yad edilməsinin bir ifadəsidir. Şəhərin küçələrində və digər yerlərdə portretlərinin olması Heydər Əliyevin insanların şüurunda, bugünkü həyatımızda mövcudluğu deməkdir.

CONATAN TETÇER: Mən əvvəllər Azərbaycanda olmamışam və ona görə də müqayisə edə bilmirəm.

İLHAM ƏLİYEV: Bilirsiniz, həm sovet, həm də post-sovet dövründə yeni seçilən rəhbərlər, prezidentlər çox hallarda öz populyarlığını özündən əvvəlki prezidentlərin tənqidi üzərində qurmağa çalışırlar. Çünki bunu etmək asandır. Sən hər şeyi tənqid edə bilərsən. Yəqin ki, buna görə də siz digər ölkələrdə keçmiş prezidentlərin portretlərini görə bilməzsiniz. Azərbaycanda vəziyyət fərqlidir. Bilirsiniz, zənnimcə, keçmişi rədd etməklə deyil, keçmişə ədalətli yanaşmaqla, müsbət irsə əsaslanmaqla, yeni uğurlar qazanmaq çox stimullaşdırıcı bir faktdır. Buna görə də mən belə düşünürəm ki, digər ölkələrdə bu cür təcrübəni görməməyinizin səbəbi elə dediklərimdir. Orada yalnız iqtidarda olan prezidentlərin portretləri vurulur.

CONATAN TETÇER: Ona görə də biz təəccübləndik ki, bəs Sizin portretləriniz niyə yoxdur?

İLHAM ƏLİYEV: Mənim portretlərim prezidentliyə seçki kampaniyası zamanı vurulurdu. Seçkilərdən sonra isə mən tapşırdım ki, onları yığışdırsınlar. Ona görə də siz mənim portretlərimi görə bilməzsiniz. Çünki mən yalnız Prezidentəm.

CONATAN TETÇER: Cənab Prezident, bizə vaxt ayırdığınız üçün Sizə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan hökumətinə bizimlə əməkdaşlığa görə də təşəkkür edirik. Çox sağ olun.

İLHAM ƏLİYEV: Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lamiyə Vəliyeva: Çox sevinirəm ki, Tokiodakı nəticəni təkrarladım

Çexiya yerli alimlərin yeni ixtirasını istifadəyə verir

Şimali Koreya lideri: Ordu nüvə silahından istifadə etməyə hazır olmalıdır

Minifutbol üzrə Çempionlar Liqasının qalibi olan Azərbaycan komandası Vətənə qayıdıb

Paris Paralimpiadasında medal qazanmış Azərbaycan idmançıları Vətənə dönüblər

Alimlər ölüm riskini azaldan xüsusiyyəti açıqlayıblar

İndoneziyada 5,4 bal gücündə zəlzələ baş verib

Alimlər elektrik sahəsi yaradaraq xroniki yaraları sağaldan bandaj hazırlayıblar

Tədqiqat: Tədricən daha az isveçli dəri xərçənginə tutulur

Almaniya qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün quru sərhədlərini gücləndirir

ABŞ sahillərinə “Fransin” qasırğası yaxınlaşır

Nüfuzlu “Eurasia Review” nəşrinin saytında Prezident İlham Əliyevin İtaliyaya səfəri ilə bağlı məqalə yayımlanıb

Britaniya mediası: Kral Çarlzın səhhətində müsbət irəliləyişlər var

“Bayatı-Şiraz” Norveç səhnəsində səsləndirilib

Azərbaycan idmançılarının V Dünya Köçəri Oyunlarındakı mübarizəsi: uğurlar və çətinliklər

Bülbülün Memorial Muzeyində Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb

DİN: Quldurluq əməlində şübhəli bilinən şəxsi polis zərərsizləşdirib

“Apple” yeni dizaynlı “iPhone 16”nı təqdim etdi

Stokholm hava limanının fəaliyyəti dronlar səbəbindən dayandırılıb

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 sentyabr 2024-cü il tarixli 61 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 sentyabr 2024-cü il tarixli 60 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 sentyabr 2024-cü il tarixli 66 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 sentyabr 2024-cü il tarixli 62 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 4 sentyabr və 5 sentyabr tarixli iclas protokollarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Karen Danqer-Manafzadə: Azərbaycan musiqisini dünyanın müxtəlif ölkələrində təmsil etməkdən qürur duyuram

Şəhid jurnalistlərin xatirəsinə həsr olunan üçüncü futbol turnirinin püşkatma mərasimi olub VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı təşkil edilib

İsveç Ukraynaya yeni hərbi yardım paketi ayırıb

İtaliyanın ən böyük buzlağı 2040-cı ilədək yoxa çıxacaq

Uels Şahzadəsi kimyaterapiya müalicəsini başa vurduğunu açıqlayıb

® “Birbank” taksit kartı sahiblərinə “Trendyol”da 6 aylıq faizsiz taksit imkanı

® “Unibank”ın “Əjdaha” lotereyasının qaliblərinə hədiyyələr təqdim olunub

Bakıda “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilib

Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Qərara dəyişiklik edilib

Ayxan Hacızadə: Ermənistan həqiqətən də kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərini yerinə yetirməlidir

XİN: Ermənistan növbəti dəfə ictimaiyyətin fikirlərini real vəziyyətdən yayındırmaq məqsədi güdür

® “Bank of Baku”da əmanət faizi artaraq 11,5 faiz oldu

Azərbaycan Avropa Müstəqil Mətbuat Şuraları Alyansının konfransında təmsil olunub

Gürcüstanda QHT-lərə dövlət dəstəyi göstəriləcək

Bakalavriat səviyyəsinə əlavə yerləşdirmə ilə qəbul olunan şəxslərin qeydiyyatına start verilib

Slovakiyalı mütəxəssislər Baş Qərvənddə “ağıllı kənd” inşa edəcəklər

Fuad Muradov: Hər bir ölkədə alimlərimiz üçün mərkəzlər yaradılacaq

Şanxay Əməkdaşlıq Təşkilatının Siyasi Partiyalar Forumu keçiriləcək

Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub

Ağdam şəhərində, Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində genişmiqyaslı tikinti işləri aparılır FOTO VİDEO

İspaniya teleradiosunda azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətindən danışılıb

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək

Qlobal gündəmin əksər mövzularında Azərbaycanın və İtaliyanın mövqeyi üst-üstə düşür – RƏY

“Elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunda 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 oktyabr tarixli 375 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın və “Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi Qaydası və məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dəniz əməliyyatları bazası reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikasının “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2020-ci il 24 aprel tarixli 61-VIQD nömrəli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 581-VIQD nömrəli, “Məhkəmələr və hakimlər haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmək pensiyaları haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Dəniz limanları haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 8 iyul tarixli 582-VIQD nömrəli və “Yol hərəkəti haqqında”, “Prokurorluq haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Notariat haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Biometrik informasiya haqqında”, “Fərdi məlumatlar haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 8 iyul tarixli 584-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Əməkdar rəssam ABŞ-da “Yaz təranələri” əsəri ilə Azərbaycanı təmsil edir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 dekabr tarixli 386 nömrəli Qərarı ilə təsdiq edilmiş “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vergi orqanlarının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin miqdarının müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 346 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Makroiqtisadi dayanıqlıq üzrə işçi qrupu”nun növbəti iclası keçirilib

Azərbaycan-İtaliya münasibətləri dünya ölkələri üçün nümunədir ŞƏRH

Azərbaycanın ən böyük gənclər festivalı “Yay Fest” uğurla yekunlaşıb

Azərbaycanın yeniyetmə şahmatçısı: Məqsədim milli komandada çıxış etməkdir

Harrisin komandası debat hazırlığına Trampın dublyorunu cəlb edib

“Sədərək” gömrük postunda nəqliyyat vasitəsində patronlar və sandıqça aşkarlanıb

AHİK sədri sanatoriyalara baxış keçirib, müalicə olunanların rəy və təkliflərini dinləyib

“Miras şərikliyi və mirasın bölüşdürülməsi” adlı elmi-praktik vəsait çap olunub

“İrəvanda Azərbaycan tarixi silinir” adlı sənədli filmin premyerası olub

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ilk günü başa çatıb

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq miqyasda artan güc və nüfuzunun göstəricisidir ŞƏRH

DİN: Avtomobil yollarında gücləndirilmiş iş rejimində fasiləsiz xidmət aparılır VİDEO

Türk Dövlətləri Təşkilatı Ədliyyə Nazirləri Şurasının 2-ci iclası gələn il Azərbaycanda keçiriləcək

Hərbi Hava Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib

Azərbaycanın daha bir idmançısı V Dünya Köçəri Oyunlarında fəxri kürsüyə qalxıb

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib YENİLƏNİB VİDEO

BMT Baş Assambleyası Türkmənistanın təşəbbüsü əsasında qətnamə qəbul edib

BDU-105: Şərqşünaslıq fakültəsi - tarix və müasirlik arasında körpü

Azərbaycan-Oman ikitərəfli əlaqələrinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb

Son 10 ilin yay aylarında ölkə ərazisində müşahidə edilmiş hava şəraitinin müqayisəli təhlili

BMT İnsan Hüquqları Şurasının 57-ci sessiyası Əfqanıstandakı vəziyyətin müzakirəsi ilə açılacaq

Bidzina İvanişvili: Sülh və təhlükəsizlik hər bir ölkə üçün müstəqillik qədər vacibdir

Rövzət Qasımov: Seçki ilə bağlı sosial şəbəkələrdə 508 görüntü tirajlanıb

MSK sədri: Seçki ilə bağlı sosial şəbəkələrdə paylaşılan məsələlər araşdırılır

Azərbaycanın iki idmançısı V Dünya Köçəri Oyunlarında bürünc medal qazanıb

“Yaşıl Həmrəylik - 2024” ideya müsabiqəsi təşkil edilib

Amerikalı basketbolçu “Şəki”yə keçib

Rəşad Məcidin 60 illiyinə həsr edilmiş kitab çap olunub

“Qarabağ” fransalı hücumçu ilə yollarını ayırıb

Paris Olimpiadası İngiltərə Premyer Liqasını geridə qoyaraq ən dəyərli idman hadisəsi olub

BMT-nin Baş katibi: Təhsil hüququ insan haqlarının təməlidir

Xəzər dənizində baş verən apvellinq hadisələri tədqiq olunub

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Rusiyalı voleybolçu Azərbaycan klubuna keçib

Premyer Liqa: X tur Tovuzda başlayıb, Sumqayıtda başa çatacaq

Xüsusi təyinatlılarımız “Sonsuz qardaşlıq – III” təlimində iştirak edir

Türkiyə qarşıdakı 30 il ərzində enerji sahəsində xarici asılılığı minimum endirmək istəyir

Azərbaycanın U-21 millisinin heyətində iki dəyişiklik edilib

Le Pen: Fransanı yeni növbədənkənar seçkilər gözləyir

® ABB-də bank xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istifadə etmək olar

ARDNF rəhbərliyi Çində bir neçə şirkətin rəhbərləri ilə investisiya perspektivlərini müzakirə edib

Premyer Liqa: Təxirə salınmış oyunların vaxtı açıqlanıb