La-Manş tunelinin sahibi Böyük Britaniya hökumətinə qarşı hüquqi mübarizəyə başlayacağını açıqlayıb
London, 12 iyun, AZƏRTAC
La-Manş tunelinin sahibi olan şirkət biznes vergisinin son üç ildə təxminən üç dəfə artmasından sonra Böyük Britaniya hökumətinə qarşı bütün mümkün hüquqi vasitələrdən istifadə edəcəyini bildirib.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, La-Manş tuneli İngiltərə ilə Fransanı birləşdirən tunel vasitəsilə avtomobil və yük qatarı xidmətləri göstərən Parisdə yerləşən “Getlink” şirkətinə məxsus olan “Eurotunnel” tərəfindən idarə olunur.
Şirkətin baş icraçı direktoru Yann Leriche bildirib ki, şirkətin vergitutma dəyəri əsasında hesablanan illik biznes vergisi 40 milyon funt-sterlinqdən 118 milyon funt-sterlinqə yüksəlib.
Şirkətin yaydığı bəyanatda qeyd olunub ki, biznes vergisinin üç il ərzində demək olar ki, üç dəfə artırılması infrastrukturda heç bir dəyişiklik baş vermədiyi halda həyata keçirilib və bunun üçün aydın əsaslandırma təqdim edilməyib.
Şirkət artan vergi yükünün Böyük Britaniyaya yeni investisiyalar yatırmaq istəyini zəiflətdiyini də vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]
Pekin parklarında robot “əməkdaşlar” peyda olub
- 07.08.2026 [16:02]