AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Ramazan bayramı münasibətilə Amerika xalqı adından Sizə və Azərbaycan xalqına ən xoş arzularımı yetirirəm.
Ümid edirəm ki, başa çatan müqəddəs Ramazan ayı ailənizə və əzizlərinizə mərhəmət duyğuları və sevinc dolu anlar bəxş edib.
Gələcək illərdə Sizə və xalqınıza sülh, cansağlığı və rifah arzulayıram.
Ramazan bayramınız mübarək.
Səmimiyyətlə,
Barak Obama
Amerika Birləşmiş Ştatlarının Prezidenti
10 sentyabr 2010-cu il.