Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
İcazə verin, ad gününüz münasibətilə Sizə ürəkdən gələn ən səmimi təbriklərimi yetirim. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Tam əmin olduğumu bildirirəm ki, Sizin təcrübəniz gələcəkdə də Azərbaycan Respublikasının uğurlu inkişafına, habelə ölkənizin beynəlxalq aləmdə rolunun möhkəmlənməsinə kömək edəcəkdir.
İcazə verin, fürsətdən istifadə edərək, bir daha ümidvar olduğumu bildirim ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan ənənəvi dostluq münasibətləri, qarşılıqlı anlaşma və səmərəli əməkdaşlıq ölkələrimizin xalqlarının tərəqqisi və rifahı naminə bundan sonra da güclənəcəkdir.
Səmimi hörmətlə,
Mixay Gimpu
Moldova Respublikası Prezidentinin
vəzifəsini icra edən
Kişinyov, 24 dekabr 2010-cu il