Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Ulyanovsk vilayəti hökuməti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm!
Siz əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş işləri və ənənələri uğurla davam etdirirsiniz. Sizin Azərbaycanın hər bir sakininin rifahına yönəlmiş qətiyyətli və səmərəli fəaliyyətiniz xalqın həqiqi etimadını qazanmışdır. Sizin peşəkarlığınız, prinsipiallığınız, təcrübəniz, insanlarla işləmək bacarığınız, xalqınızın mədəniyyətinə və tarixinə məhəbbətiniz Azərbaycan Respublikasının layiqli lideri olduğunuzu göstərir.
Möhkəm dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Rusiya-Azərbaycan strateji tərəfdaşlığının inkişafına Sizin şəxsi töhfəniz misilsizdir.
Əminəm ki, Ulyanovsk vilayəti və Azərbaycan Respublikası arasında çoxşaxəli əməkdaşlıq nə qədər səmərəli olsa, onun mədəni və iqtisadi sahələr üçün bəhrələri daha qiymətli olacaqdır.
Bayram etdiyiniz bir gündə Sizə möhkəm cansağlığı, Azərbaycanın tərəqqisi naminə məsuliyyətli işinizdə uğurlar, Sizə və yaxınlarınıza xoşbəxtlik və rifah arzulayıram!
Sergey Morozov
Ulyanovsk vilayəti hökumətinin qubernator-sədri
Ulyanovsk, 24 dekabr 2010-cu il.