AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident!
Qurban bayramı münasibətilə Azərbaycan vətəndaşlarını Amerika xalqı adından ürəkdən təbrik etməkdən məmnunam. Bu bayram ölkələrimizin qurbanlıqla bağlı dəyərlərini və etiqad ənənələrimizi yaşatmağa xidmət edən mühüm hadisədir. Mən azadlıq, çiçəklənmə və sülh kimi ümumi dəyərlərə söykənərək ölkələrimiz arasında dostluq əlaqələrinin daha da dərinləşməsini çox arzulayıram.
Səmimiyyətlə,
Corc Buş
Amerika Birləşmiş Ştatlarının Prezidenti