AZƏRBAYCAN SAMBOÇULARI AVROPA ÇEMPİONATINDA BİR GÜMÜŞ, BİR BÜRÜNC MEDAL QAZANMIŞLAR
Azərbaycan samboçuları Sofiyada başa çatmış Avropa çempionatında bir gümüş və bir bürünc medal qazanmışlar.
Yığma komandanın baş məşqçisi Mübariz İbrahimov AZƏRTAC-a bildirmişdir ki, 52 kiloqram çəki dərəcəsində İslam Qasımov yalnız finalda gürcüstanlı idmançıya uduzaraq gümüş medala sahib olmuşdur.
Ən ağır çəkili idmançıların mübarizəsində Vasif Səfərbəyov (100 kq-dan yuxarı) bürünc medala layiq görülmüşdür.
Komandanın heyətində nisbətən zəif çıxış edən Zabil Fərhadov (68 kq), Elçin Mayılov (57 kq) və Ruslan Rüstəmov (90 kq) isə beşinci yerlə kifayətlənmişlər.
Yarışda 27 ölkədən 250-dək samboçu mübarizə aparmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]