Azərbaycan Sənaye Korporasiyasının törəmə müəssisələri “Əsgərə salam” aksiyasına qoşulub
Bakı, 14 fevral, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-dən etibarən start verdiyi “Əsgərə salam” aksiyasına qoşulan yüzlərlə vətənpərvər kollektiv şəkildə hərbi salamlama vəziyyətində şəkil çəkdirərək sosial şəbəkələrdə paylaşırlar.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-dən AZƏRTAC-a bildirilib ki, ASC-nin törəmə müəssisələri (“Azəralüminium” MMC, “Azərpambıq ASK” MMC, “Azərtütün ASK” MMC, “ASK Security” MMC, “ASK Ayaqqabı Fabriki” MMC, “ASK İdman Kompleksi” MMC və digər müəssisələr) “Əsgərə salam” aksiyasının iştirakçısı olmaqdan qürur duyur. Aksiyanın əsas məqsədi “Könüllülər ili”ndə könüllülük hərəkatının iştirakçıları ilə birgə cəmiyyətin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirməkdir. Əsgərlərimizə uğurlu xidmət və Vətənin keşiyində layiqincə durmağı arzu edirik.
Azərbaycanın igid oğullarının torpaqlarımızı işğaldan azad edəcəklərinə inamımız sonsuzdur!