Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-ŞƏT münasibətləri: yeni mərhələnin siyasi və geoiqtisadi məzmunu Təhlil

Azərbaycan-ŞƏT münasibətləri: yeni mərhələnin siyasi və geoiqtisadi məzmunu Təhlil

Bakı, 2 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirakı Bakının təşkilatın gündəliyinə siyasi diqqətinin davam etdiyini göstərir. Bişkek gündəliyində təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, ekologiya, süni intellekt və humanitar əməkdaşlıq kimi ümumi mövzular yer alırdı. Bu isə Azərbaycanın prioritetləri ilə böyük ölçüdə üst-üstə düşür. Buna görə Bişkek Sammitinin Azərbaycan üçün ümumilikdə üç ölçüsünü müəyyən etmək olar: Birincisi siyasi: Azərbaycanın ŞƏT məkanında yüksəksəviyyəli siyasi iştirakını davam etdirməsi; İkincisi regional: Qırğızıstan və digər Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin dərinləşdirilməsi; Üçüncüsü isə iqtisadi, nəqliyyat və tranzit: Nəqliyyat, logistika, rəqəmsallaşma və enerji gündəliyinin inkişaf etdirilməsi.

Bu fikirlər Milli Məclisin deputatı Rizvan Nəbiyevin “Azərbaycan-ŞƏT münasibətləri: yeni mərhələnin siyasi və geoiqtisadi məzmunu” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

ŞƏT məkanında Azərbaycanın əsas üstünlüyü təşkilatın əsasən Asiyanı əhatə edən böyük coğrafiyasını Avropa, Türkiyə və Cənubi Qafqazla birləşdirən tranzit, enerji və logistika imkanlarının genişlənməsinə töhfə vermək imkanına malik olmasıdır. Bu baxımdan Azərbaycan üçün ŞƏT sadəcə siyasi dialoq platforması deyil, Avrasiyanın müxtəlif iqtisadi, enerji və nəqliyyat məkanlarını birləşdirən platformadır. Bu platforma Orta dəhlizin imkanlarının genişləndirilməsi və intensivliyin artırılması üçün siyasi mühitdir, Çin və Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışında alternativ istiqamətdir.

Təşkilatın gücü coğrafi ölçü və mövqe, əhali, iqtisadi faktorlar baxımından malik olduğu miqyasında, Azərbaycanın gücü isə müxtəlif bazarlar arasında bağlantı imkanlarının təminindədir. Azərbaycan ŞƏT məkanını digər Avrasiya məkanları, o cümlədən Türkiyə, Qara dəniz ölkələri və ümumilikdə Avropa ilə birləşdirən dövlət kimi öz rolunu daha da gücləndirə bilər.

Tiencin Sammiti 2025: münasibətlərin institusional baxımdan yeni mərhələsi

Ötən il Çinin Tiencin şəhərində keçirilən ŞƏT sammitində müşahidəçi və dialoq tərəfdaşı statuslarının vahid “SCO Partner / ŞƏT tərəfdaşı” formatında birləşdirilməsi təşkilatın tərəfdaşlıq mexanizmini yenidən qurdu. Bununla belə, hüquqi prosedurların hələ tamamlanmadığını vurğulamaq daha dəqiq olar. ŞƏT-in rəsmi məlumatına görə, yeni statusun hüquqi bazasının tam tətbiqinə qədər mövcud müşahidəçi və dialoq tərəfdaşı statusları qüvvədə qalır.

Tiencin qərarı Azərbaycanın ŞƏT-lə münasibətlərində formal status dəyişikliyindən daha çox, təşkilatın tərəfdaşlıq sisteminin yenilənməsi baxımından əhəmiyyətlidir. ŞƏT-in tərəfdaşlıq modelinin yenidən qurulması təşkilatın xarici tərəfdaşlarla münasibətlərində əvvəlki iyerarxik bölgünü yumşaldır. Bu, Azərbaycan üçün təşkilatın siyasi və iqtisadi gündəliyinə daha geniş formatda töhfə vermək imkanları yaradır.

Azərbaycanın çoxvektorlu xarici siyasət kursu çərçivəsində ŞƏT alternativ deyil, iqtisadi və nəqliyyat imkanlarını genişləndirən əlavə çoxtərəfli əməkdaşlıq platforması kimi nəzərdən keçirilir. Bu siyasətin mahiyyəti Şərq və Qərb arasında mövcud bağlantı imkanlarını genişləndirmək və bu çərçivədə tərəfdaşlıq əlaqələrini dərinləşdirməkdir.

Çin faktoru Azərbaycan-ŞƏT münasibətlərinin əsas lokomotivlərindən hesab olunur

Azərbaycan və Çin arasında münasibətlərin 2025-ci ilin aprelində hərtərəfli strateji tərəfdaşlığa yüksəldilməsi həm də çoxtərəfli formatda Bakı-Pekin əməkdaşlığı üçün əlavə resurslar yaradır. Ötən il avqustun 31-də Tiencində Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən görüşdə də bu münasibətlərin strateji xarakteri bir daha vurğulandı. Çin tərəfi Azərbaycanla əməkdaşlığın infrastruktur, kənd təsərrüfatı, energetika, rəqəmsal iqtisadiyyat, yaşıl inkişaf və süni intellekt kimi sahələrdə genişləndirilməsini önə çəkdi. Çinlə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi ölkəmizin Orta dəhlizdəki rolunu artırmasına töhfə verməklə yanaşı, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirməsinə xidmət edir.

Çin təxminən 20 trilyon ABŞ dolları həcmində ümumi daxili məhsulla ŞƏT-in ən böyük iqtisadi gücüdür. Azərbaycan üçün ŞƏT-lə münasibətlərinin iqtisadi və nəqliyyat sahələrində dərinliyi böyük ölçüdə Çinlə münasibətlərin səviyyəsindən asılı olacaq. Belə ki, Çin Azərbaycanın Orta dəhliz strategiyasında əsas şərq tərəfdaşıdır. “Bir kəmər, bir yol”un əsas təşəbbüskarı kimi Pekin Avrasiyanın yeni logistikasının formalaşmasında əsas aktordur. Azərbaycan da bu təşəbbüsə ilk qoşulan dövlətlərdəndir və malik olduğu coğrafi mövqe, yaratdığı müvafiq nəqliyyat-logistika infrastrukturu ilə öz mövqeyini möhkəmləndirir.

Orta Dəhliz: Azərbaycan–ŞƏT münasibətlərinin əsas iqtisadi və nəqliyyat sütunu

ŞƏT ölkələrinin istehsal və ixrac potensialının Azərbaycan üzərindən Avropa bazarlarına çıxarması sadəcə tranzit gəliri məsələsi deyil. Bu model Çin → Mərkəzi Asiya → Xəzər → Azərbaycan → Gürcüstan → Türkiyə → Avropa zəncirinin formalaşdırılması deməkdir. Bakı Limanının hazırkı illik gücünün 15 milyon ton və 100 min TEU olması, ikinci mərhələdə isə 25 milyon tona və 500 min TEU-ya qaldırılması bu funksiyanın uğurlu icrasını təsdiqləyir.

Azərbaycanın Orta dəhlizdəki üstünlüyü onun əlverişli coğrafi mövqeyi ilə yanaşı, bu coğrafiyanı müasir liman, dəmir yolu, avtomobil yolları və logistika infrastrukturu ilə iqtisadi dəyərə çevirməsindədir. Zəngəzur dəhlizi, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) marşrutunun gələcəkdə istifadəyə verilməsi ilə Orta Dəhlizin əlavə tamamlayıcı elementi kimi gündəm olacaq. 2025-ci il Vaşinqton Birgə Bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən maneəsiz bağlantının təmin edilməsinin vacibliyi qeyd edildi. 2026-cı il yanvarında ABŞ və Ermənistan TRIPP layihəsinin həyata keçirilməsi üzrə çərçivəni açıqladılar. Davamı olaraq, 2026-cı ilin mayında Ermənistan və ABŞ TRIPP üzrə çərçivə sazişi imzaladılar. Prezident İlham Əliyev və Baş Nazir Nikol Paşinyan arasında avqustun 31-də Bişkekdə baş tutan görüşdə liderlər TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə apardılar, bu istiqamətdə bağlantı layihələrinin əhəmiyyətini bir daha qeyd etdilər.

Zəngəzur bağlantısı Azərbaycan-Ermənistan ikitərəfli əməkdaşlıq platformasını aşır. Onun daha geniş mənası Mərkəzi Asiya → Xəzər → Azərbaycan, Naxçıvan → Türkiyə → Avropa bağlantılarının şaxələndirilməsidir və burada Ermənistanla əməkdaşlıq imkanlarının açılmasıdır. Bu da regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə mühüm töhfədir.

Bişkekdə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın sülh gündəliyinin praktiki nəticələrini - Azərbaycan neft məhsullarının Ermənistana ixracını, Azərbaycan ərazisindən Ermənistan istiqamətində tranziti və ticarət əlaqələrinin qurulmasını müzakirə etməsi, eyni zamanda, ikitərəfli münasibətlərdə iqtisadi və bağlantı gündəliyinin önə çıxdığını göstərir. Bu baxımdan, 2025-ci ildə ŞƏT-in Tiencin Sammiti və 2026-cı ildə Bişkek görüşü çərçivəsində iki ölkə liderlərinin görüşləri ŞƏT platformasının Azərbaycan-Ermənistan dialoqu üçün əlavə çoxtərəfli məkan kimi əhəmiyyətini nümayiş etdirir.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanması ŞƏT kontekstində də mühüm əhəmiyyətə malikdir, imkanların genişləndirilməsi üçün çox vacibdir. Təbii ki, Ermənistanla sülh müqaviləsini imzalanması, davamlı sülh üçün möhkəm hüquqi bazanın təmini üçün onun konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırması dəyişilməz şərtdir.

Mərkəzi Asiya: Azərbaycanın ŞƏT siyasətində digər mühüm sütun

Azərbaycanın ŞƏT məkanında mövqeyini gücləndirən əsas amillərdən biri təşkilatın özündən kənarda - Mərkəzi Asiya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin sürətli inkişafıdır. Azərbaycanın ŞƏT-lə münasibətləri yalnız Çin üzərindən qurulmur. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, Türkmənistanla enerji və nəqliyyat əməkdaşlığı ölkəmizin Mərkəzi Asiya ilə hüquqi və institusional bağlarını genişləndirir.

2025-ci ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu iştirakçı kimi qoşulması da ölkəmizin və Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi məkan kimi birgə fəaliyyət imkanlarını genişləndirir. Məsələn, Özbəkistan-Azərbaycan münasibətlərində 2025-ci ildə 2025–2029-cu illər üçün müttəfiqlik münasibətlərinin icrasına dair “Yol xəritəsi”, sənaye əməkdaşlığı proqramı və ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılması hədəfi müəyyənləşdirilib. Qırğızıstanla isə 31 iyul 2026-cı ildə Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması münasibətləri yeni institusional səviyyəyə çıxarıb.

Qazaxıstanın yanaşmasında Azərbaycan Xəzərin iki sahilini birləşdirən tərəfdaş kimi yer alır. Qazaxıstan üçün Azərbaycanın əhəmiyyəti ilk növbədə Xəzər və Trans-Xəzər marşrutu ilə bağlıdır. Bu baxımdan Azərbaycan-Qazaxıstan münasibətlərini ŞƏT kontekstində belə ifadə etmək olar: Qazaxıstan ŞƏT-in şərq və mərkəzi hissəsini, Azərbaycan isə onun qərb çıxışlarından birini təşkil edir. Bu iki ölkənin əməkdaşlığı Orta dəhlizin Xəzər seqmentinin effektivliyini müəyyən edən əsas amillərdəndir. Beləliklə, Çin–Qazaxıstan–Xəzər–Azərbaycan xətti ŞƏT məkanının Avropaya çıxışında mühüm logistika xətti yaradır.

Azərbaycanın ŞƏT strategiyası: Avrasiya bağlantısında kəsişmə nöqtəsi

Azərbaycanın ŞƏT strategiyasını təşkilata sadəcə yaxınlaşmaq deyil, ŞƏT məkanının yaratdığı böyük geoiqtisadi potensialı Azərbaycanın coğrafi və infrastruktur üstünlükləri ilə bağlamaq və bununla mövcud potensialı daha da genişləndirmək kimi qiymətləndirmək olar. ŞƏT-in əsas üstünlüyü onun əhali, bazar, resurs və istehsal imkanlarının genişliyidir. Azərbaycanın üstünlüyü isə coğrafi mövqeyi, Xəzər dənizi, enerji resursları, logistika infrastrukturu və Avropaya çıxış imkanlarıdır. ŞƏT-in öz sənədlərində də nəqliyyat dəhlizlərinin, multimodal marşrutların, logistika mərkəzlərinin və transsərhəd prosedurların inkişafı prioritet istiqamətlər kimi müəyyən edilir.

Digər mühüm istiqamət enerji bağlantısıdır. Azərbaycanın Xəzər hövzəsindəki enerji potensialı və Avropa enerji bazarlarına çıxışı ŞƏT məkanının enerji resursları ilə Avropa arasında əlavə bağlantı imkanları yaradır. Enerji mənbələrinin və ixracı yollarının şaxələndirilməsi Azərbaycanın ŞƏT qarşısında əsas üstünlüklərindən sayılır. Ölkəmizin enerji məsələləri kontesktində ŞƏT çərçivəsində üstünlüyü enerji istehsalının miqyasında deyil, enerji marşrutlarının şaxələndirilməsindədir. Azərbaycan enerji resurslarının Xəzər və Cənubi Qafqaz üzərindən Avropa bazarlarına çıxarılmasında mühüm bağlantı ölkəsidir. Eyni məntiq rəqəmsal infrastruktur və “Rəqəmsal İpək Yolu” layihələrinə də aiddir.

Nəticə etibarilə, Azərbaycanın əsas strateji üstünlüyü ŞƏT məkanının bir hissəsi olmaqdan daha çox, Çin və Mərkəzi Asiyanı Xəzər, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə əlaqələndirən kəsişmə nöqtəsi olmaqdır. Bu yanaşma Azərbaycanın regional tranzit ölkəsindən Avrasiyanın geoiqtisadi bağlantı mərkəzlərindən birinə çevrilməsi strategiyasını gücləndirir. Azərbaycan Prezidentinin “ŞƏT Plus” formatında görüşlərdə iştirakı da bu yanaşmanın siyasi-diplomatik səviyyədə davamıdır.

Bişkek sammiti çərçivəsində görüşlərin təhlili göstərir ki, Azərbaycanın ŞƏT-ə yanaşması yalnız siyasi yaxınlaşma üçün deyil, əsasən geoiqtisadi bağlantı strategiyasının genişləndirilməsi üçün əlverişli əsas yaradır. 2026-cı il sammitində 25 illiyi qeyd olunan ŞƏT-in üzv dövlətləri dünya əhalisinin 40 faizindən çoxuna, qlobal ÜDM-in təxminən dörddə birinə malikdir. Sammit gündəliyində nəqliyyat, logistika, enerji, rəqəmsal bağlantı, süni intellekt və yaşıl texnologiyalar da önə çıxıb.

2025-ci il Tiencin qərarı Azərbaycan-ŞƏT əməkdaşlığının institusional çərçivəsini yenilədiyi halda, 2026-cı il Bişkek Sammiti Azərbaycanın Mərkəzi Asiya ilə sürətlə dərinləşən əlaqələrini və ŞƏT məkanında artan bağlantılar siyasətini nümayiş etdirir. Eyni zamanda Azərbaycan-Ermənistan sülh gündəliyinin irəliləməsi və regional kommunikasiyaların açılması bu strategiyanın Cənubi Qafqaz ölçüsünü tamamlayır.

Beləliklə, Azərbaycanın ŞƏT siyasətinin əsas geosiyasi kapitalı onun Şərqlə Qərb, Mərkəzi Asiya ilə Avropa və enerji istehsalçıları ilə istehlak bazarları arasında yaratdığı bağlantıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ANAMA ilə ARMAC arasında Anlaşma Memorandumu imzalanıb

BDU və Qırğızıstan alimlərinin 50-dən çox birgə elmi məqaləsi dərc olunub

Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın - DİN çağırış edir

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib

“Daşınmaz əmlakın dövlət kadastrının aparılması Qaydaları” təsdiqlənib

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir – YENİLƏNİB 2 VİDEO

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir – YENİLƏNİB 2 VİDEO

Statistika Komitəsi ilə Qırğızıstanın Milli Statistika Komitəsinin əməkdaşlığına dair Anlaşma Memorandumu təsdiqlənib

Nazir: Son 7 ayda Gürcüstandan Türkiyəyə 866 cinayətkar ekstradisiya edilib

Səmada nadir təbiət hadisəsi baş verəcək: Bakıdan necə izləməli?

TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır

® “Azercell” təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir

ABŞ-də dizelin qiyməti yenidən kritik səviyyəyə yaxınlaşır

AzTU Almaniyanın Aaxen Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir

Nazir Uraloğlu: Gəmi 11 dəqiqə ərzində batıb YENİLƏNİB

Oskar Temaru: Maohi Nuinin suverenliyi uğrunda beynəlxalq mübarizəni davam etdirəcəyik

Prezident İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VİDEO

UN-Habitat-ın nümayəndəsi: Azərbaycanın minatəmizləmə sahəsində həyata keçirdiyi işlər digər ölkələr üçün vacib təcrübədir

Gürcüstanda kimyəvi və bioloji təhdidlərə qarşı təlim keçirilib

Qırğız ekspert: “ŞƏT+” Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyənin təbii şəkildə inteqrasiyası üçün platformaya çevrilir

Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 462-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BMT-nin nümayəndəsi: Süni intellekt mina əleyhinə fəaliyyət sahəsində inqilab yarada bilər

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

İcraçı direktor: Növbəti mərhələlərdə həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 460-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azexport.az” beynəlxalq mükafata layiq görülüb

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Türkiyədə təhsilini bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularına diplomlar təqdim edilib

Daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları, o cümlədən reyestrdə saxlanılan məlumatların tərkibi

Kəlbəcərdəki iki su elektrik stansiyası 64,7 milyon kilovat-saat enerji istehsal edib

Daşınmaz əmlakın dövlət kadastrının aparılması QAYDALARI

Girnə limanı bölgəsində batan bərənin qalıqları aşkarlanıb

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 461-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan-ŞƏT münasibətləri: yeni mərhələnin siyasi və geoiqtisadi məzmunu Təhlil

Gürcü politoloq: Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafı regiona müsbət təsir göstərəcək

Vüqar Süleymanov: Azərbaycanda minatəmizləmə sahəsində ən qabaqcıl texnologiyalardan istifadə olunur

Pasiyentlərin göstərilən tibbi xidməti qiymətləndirmək imkanı olacaq

Polina Rəhimova milli komandadakı karyerasını başa vurub

Rusiya taxıl ixracı üzrə vergiləri dayandırıb

Rusiya Prezidenti: Mövcud vəziyyət Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifə açmağa imkan verir

Səhiyyə komitəsi sədrinin müavini: Tibb işçisinə investisiya, əslində, vətəndaşa göstərilən tibbi xidmətə investisiyadır

43 yaşında karyerasını bitirən basketbolçu: Fiziki baxımdan indi də oynaya bilərəm – MÜSAHİBƏ

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

ABŞ-nin Asiyaya LNG daşınmaları ikiqat artıb

Səməd Vurğun və Xavər Vəkilova: bir baxışla başlayan sevgi hekayəsi

Almaniyanın üç əyaləti parlament seçkilərinə hazırlaşır

Anar Bayramov: İslahatın məqsədi səhiyyə sisteminin qarşısında duran çağırışları və problemləri aradan qaldırmaqdır

Peşəkar Mühasib Sertifikatı alanların sayı 7282 nəfərə çatıb

Azərbaycan və Özbəkistan arasında xoreoqrafiya sənəti üzrə əməkdaşlıq genişlənir

Samir Poladov: Mina probleminin həlli istiqamətində genişmiqyaslı işlər həyata keçirilir

Premyer Liqa klubları yay transfer pəncərəsində xərclər üzrə yeni rekord müəyyənləşdirib

Komitə sədri: Minatəmizləmə fəaliyyətini yenidənqurmadan ayrı qiymətləndirmək çətindir

Gürcüstan azərbaycanlıları dövlət strukturlarında ödənişli təcrübə proqramında iştirak edəcəklər

Azərbaycanın son illərdə qazandığı siyasi çəki “ŞƏT tərəfdaşı” statusunun məzmununu artırır - ŞƏRH

İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş basketbolçu “Naxçıvan”da işləyəcək

İcraçı direktor: Əməkhaqqı artımında baş və böyük tibb heyətinin üzərinə düşən məsuliyyət də nəzərə alınıb VİDEO

İcraçı direktor: Əməkhaqqı artımında baş və böyük tibb heyətinin üzərinə düşən məsuliyyət də nəzərə alınıb VİDEO

“Səməd Vurğun xatirələrdə”: AZƏRTAC yeni silsilə materiallara başlayır

Azərbaycan ağırlıqqaldıranı 3 il müddətinə cəzalandırılıb

Anar Bayramov: Həkim çatışmazlığı olan regionlarda əlavə maliyyə mexanizmi tətbiq ediləcək

Bu saata olan əsas xəbərlər

Abituriyentlərin nəzərinə: ixtisas seçimi bu gün yekunlaşır

Avropada təbii qazın qiyməti ardıcıl üçüncü gündür artır

Azərbaycan həm regional, həm də qlobal gündəlikdə öz mövqeyini getdikcə möhkəmləndirir - ŞƏRH

“MEK könüllüləri” proqramına müraciət qaydaları açıqlanıb

Həkimlərin əməkhaqlarına ediləcək artımlar açıqlanıb VİDEO

Həkimlərin əməkhaqlarına ediləcək artımlar açıqlanıb VİDEO

Fransada ictimai yerlərdə hicabın qadağan edilməsi ilə bağlı referendum təşəbbüsü tənqid olunur

“Arsenal”ın sahibi idman imperiyasını genişləndirir: daha bir klub alır

Siyasi etimad elmi araşdırmaların əsası kimi

Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir

Naxçıvanda Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

Cənubi Qafqazda yeni geosiyasi reallıq: Hərbi gücdən iqtisadi rəqabətə - RƏY

Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub

DİM “Magistr” jurnalının 7-ci nömrəsini təqdim edib

Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır

Lionel Messinin varisi müəyyənləşib

AzTU 14-cü qlobal istiləşmə üzrə beynəlxalq konfransa ev sahibliyi edir

Nizami kənd sakini: Təhlükəsizlik məqsədilə təxliyə olunduq, heç bir ziyanlıq olmadı VİDEO

Nizami kənd sakini: Təhlükəsizlik məqsədilə təxliyə olunduq, heç bir ziyanlıq olmadı VİDEO

“Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına

“IRONMAN 70.3” yarışı 18 yaşından 80 yaşadək iştirakçıları bir araya gətirir

İcraçı direktor: Əməkhaqqı islahatı 72 min 212 tibb işçisini əhatə edəcək VİDEO

İcraçı direktor: Əməkhaqqı islahatı 72 min 212 tibb işçisini əhatə edəcək VİDEO

Uruqvayda azarkeşlər məğlubiyyətdən sonra futbolçulara hücum ediblər

“Zamanın nəfəsi xalq sənətində”: Azərbaycanın zəngin irsi Almatıda sərgilənəcək

Azərbaycan kapoeyraçıları Türkiyədəki beynəlxalq turnirdə uğur qazanıblar

“Suveren Azərbaycanda dil situasiyası” kitabı çap olunub

Prezident: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır

Goranboy sakini: İnsanlar xüsusi avtobuslarla təxliyə olundular VİDEO

Goranboy sakini: İnsanlar xüsusi avtobuslarla təxliyə olundular VİDEO

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab To Lama

Nazir müavini Ağstafa rayonunda vətəndaş müraciətlərini dinləyəcək

İcarə obyektində təmirə çəkilən xərclər necə ödənilməlidir? – Ali Məhkəmə açıqladı

Ötən ay dövlət sərhədini pоzan 17 nəfər saxlanılıb

Birinci sinfə elektron qəbul prosesi sabah başa çatır

DİN: Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

Azərbaycan xalçaçılıq sənəti Fransada: yeni layihəyə start verilib

Komissiya sədri: Əsas məqsədimiz əhalinin təhlükəsizliyini təmin etmək idi və bununla bağlı zəruri addımlar atıldı VİDEO

Komissiya sədri: Əsas məqsədimiz əhalinin təhlükəsizliyini təmin etmək idi və bununla bağlı zəruri addımlar atıldı VİDEO

Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib VİDEO

Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib VİDEO