AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNDƏ İNGİLİS DİLİNİN TƏDRİSİ ÜÇÜN MƏRKƏZ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, fevralın 2-də Bakıdakı “N” saylı hərbi hissədə Britaniya Şurasının (British Council) Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin dəstəyi ilə Azərbaycanda həyata keçirdiyi “Sülhməramlı ingilis dili” layihəsi çərçivəsində tədris mərkəzinin açılışı olmuşdur.
Layihədən məqsəd Azərbaycan Silahlı Qüvvələrində ingilis dilinin tədrisi üçün yüksək səviyyəli sistemin qurulmasına kömək etməkdir.
Tədbiri Böyük Britaniyanın ölkəmizdəki səfiri Lorens Bristoun açaraq mərkəzin əhəmiyyətindən danışmış və bildirmişdir ki, indiyədək 500-dən çox azərbaycanlı əsgər və zabit digər mərkəzlərdə keçirilən kurslarda iştirak etmişdir. Hazırda isə bu mərkəzlərdə 150 azərbaycanlı zabit ingilis dilini öyrənir.
NATO ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirildiyini xüsusi vurğulayan səfir, eyni zamanda, hərbi təlimlərdə iştrak etmək üçün ingilis dilinin öyrənilməsinin vacib olduğunu söyləmişdir.
Müdafiə Nazirliyinin nümayəndələri, Britaniya Şurasının ölkəmiz üzrə direktoru və Böyük Britaniya Müdafiə Nazirliyinin Bakıdakı hərbi attaşesi və başqaları çıxışlarında bu kursların zəruriliyini və gələcəkdə daha da yüksək səviyyədə təşkil olunacağına umid bəslədiklərini söyləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]