AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN MÖVQELƏRİ AVTOMAT VƏ PULEMYOTLARDAN ATƏŞƏ TUTULMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 5-də saat 6.35-dən 6.50-dək və 9.00-dan 9.15-dək Berd və Noyanberyan rayonlarının Çinari, Voskepar kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi və Qazax rayonunun Əskipara kəndləri ərazisində yerləşən mövqelərini, sentyabrın 5-də saat 21.30-dan 21.55-dək Xocavənd rayonunun Kuropatkino kəndi, saat 22.55-dən 23.10-dək Füzuli rayonunun Horadiz kəndi, saat 23.10-dan 23.18-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 6-da saat 00.15-dan 00.17-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 5.45-dən 5.55-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında, saat 6.00-dan 6.05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]