Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 2 qızıl medal qazanıblar
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən “Balkan Cup”da 2 qızıl medal qazanıblar.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi altında Qaşim Maqomedov (63 kiloqram) və Milad Beigi Harçeqani (+87 kiloqram) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Q. Maqomedov mübarizəyə 1/8 finaldan başlayıb. O, ardıcıl olaraq bolqarıstanlı, ispaniyalı və albaniyalı rəqiblərinə qalib gələrək, finala yüksəlib. Taekvondoçu həlledici görüşdə italiyalı idmançı ilə də inamlı döyüşərək, qalib adına yiyələnib.
Dünya çempionu Milad Beigi Harçeqani isə Xorvatiya, Şimali Makedoniya və İspaniya taekvondoçularını məğlub edərək, öz çəki dərəcəsinin ən güclüsü olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [11:56]
Azərbaycan millisinin futbolçusu karyerasını Rumıniyada davam etdirəcək
- 17.06.2026 [11:41]
“Arsenal” və “Atletiko” hücumçuların mübadiləsi barədə razılığa gəliblər
- 17.06.2026 [10:46]
Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb
- 17.06.2026 [10:24]
Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib
- 17.06.2026 [10:19]
“Araz-Naxçıvan” daha bir futbolçusu ilə müqaviləni yeniləyib
- 17.06.2026 [04:18]
Dünya çempionatı: Norveç qələbə qazanıb
- 17.06.2026 [02:49]
Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub
İran xam neft ixracına başlayıb
- [11:45]
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]