Azərbaycan taekvondoçularının bu il beynəlxalq yarışlarda qazandıqları medalların sayı məlum olub
Bakı, 31 dekabr, AZƏRTAC
Azərbaycan taekvondoçularının 2024-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı məlum olub.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, idmançılarımız ümumilikdə yarışlarda (27 qızıl, 25 gümüş və 52-i bürünc) 104 medal qazanıblar.
Ötən il parataekvondo üzrə keçirilən mötəbər yarışlarda isə təmsilçilərimiz 4-ü qızıl, 3-ü gümüş, 4-ü bürünc medal olmaqla, ümumilikdə 11 medala sahib çıxıblar.
İlin ən böyük uğurlarından biri Qaşim Maqomedovun (58 kiloqram) "Paris-2024" Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal olub.
Parataekvondo üzrə İmaməddin Xəlilov (70 kiloqram, K44) və Sabir Zeynalov (58 kiloqram, K44) ölkəmizə Paralimpiya Oyunlarının bu növ üzrə ilk medallarını qazandırıblar.
2024-cü ildə Azərbaycan Taekvondo Federasiyası daha bir yeniliyə imza atıb. Belə ki, federasiyanın təşkilatçılığı ilə kiçikyaşlı taekvondoçular arasında ilk dəfə Azərbaycan birinciliyi təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]