Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan tarixində 20 Yanvar Hüzn Gününü xatırlayarkən

Azərbaycan tarixində 20 Yanvar Hüzn Gününü xatırlayarkən

Moskva, 17 yanvar (AZƏRTAC). Rusiyanın “Arqumentı nedeli” nəşrində “Azərbaycan tarixində 20 Yanvar Hüzn Gününü xatırlayarkən” sərlövhəli məqalə dərc edilmişdir. Məqalədə qeyd edilir ki, yanvarın 20-si Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd edilir. Artıq neçə ildir ki, həmin gün on minlərlə insan Şəhidlər xiyabanını ziyarət edir, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya yeridilən vaxt heç bir təqsiri olmadan həlak olmuş həmvətənlərinin xatirəsini ehtiramla yad edir, onların məzarları üzərinə tər çiçəklər qoyurlar.

Faciədən 24 il keçdiyinə baxmayaraq, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in yüksək vəzifəli partiya liderlərinin heç biri bu hadisəyə görə məsuliyyətə cəlb edilməmişdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun göstərişi ilə dinc sovet şəhərinə hücum etmək əmri verilmiş 35 minlik ordu qrupu Bakıya yeridilmişdir. Bu hərbi aksiya nəticəsində Bakıda 147 dinc sakin qətlə yetirilmiş, 700-dən çox adam yaralanmış, milyonlarla sovet vətəndaşı psixoloji şok vəziyyətinə düşmüş və bundan sonra SSRİ-də yaşamağı arzu etmədiklərini bildirmişlər.

Respublikanın partiya rəhbərliyi Bakıda yaranmış vəziyyəti idarə edə bilmirdi. Buna görə də Mixail Qorbaçov orduya göstəriş vermişdi ki, Bakını tam nəzarətə alsınlar. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin məlumatına görə, burada Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlməyə hazırlaşırdı. Sovet qoşunları 1956-cı ildə Budapeştdə və 1968-ci ildə Praqaya müdaxilə hallarında olduğu kimi 1990-cı ilin yanvarında Bakıya da eyni dərəcədə qəddarlıqla daxil olmuşdu. Tanklar hərəkət edən nə varsa, hamısını basıb əzir, atəşə tuturdu. Yoldan keçən dinc sakinlərə, çoxmərtəbəli binaların pəncərələrinə, xəstəxanalara atəş açılır, tanklar minik avtomobillərinin üstündən keçir, “təcili yardım” maşınlarını güllə-boran edirdilər. Bütün bu hərəkətlərdən nəinki beynəlxalq ictimaiyyətin, hətta SSRİ vətəndaşlarının da xəbər tuta bilməməsi üçün Bakıdakı televiziya mərkəzi partladılmış, televiziya yayımları kəsilmişdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridilərkən sovet televiziyası bu barədə qısa da olsa məlumat verməmişdi. Əvvəlcə “Vzqlyad” proqramının gənclər briqadası azadlıq və yeni təfəkkür mövzusunda söhbət edir, sonra “Virtuozı Moskvı” orkestri konsert verirdi. Həmin vaxtda hələ telefonları kəsilməmiş bakılılar “şanlı sovet ordusu”nun güllə-boran etdiyi mənzillərinin döşəmələrində uzanaraq Moskvaya zəng etməyə çalışırdılar. Onlar qohumlarına, dostlarına, hətta haçansa nəzakət xatirinə telefon nömrələrini vermiş tanışlarına zəng edərək bildirmək istəyirdilər: burada cinayət törədilir, qoy bunu hamı bilsin!

Lakin bütün ölkə susurdu.

Azərbaycan üçün bu hadisə SSRİ-nin sovet xalqlarının dostluq ailəsi olması barədə mifin sonu demək idi. Böyük Vətən müharibəsi illərində yüz minlərlə övladı canından keçmiş xalq bu “ailədə” ən azı yaşamaq hüququna malik olan tamdəyərli insanlar hesab edilmirdi. Sovet İttifaqı artıq bu insanların öz dövləti deyildi. Minlərlə Azərbaycan kommunistləri meydanlara çıxaraq öz partiya biletlərini, məktəblilər pioner qalstuklarını nümayişkaranə şəkildə yandırırdı. Böyük Vətən müharibəsinin, Əfqanıstan müharibəsinin, dünyanın müxtəlif yerlərində digər lokal müharibə və münaqişələrin veteranları qanları bahasına qazandıqları döyüş təltiflərindən imtina edirdilər. 1990-cı il Qanlı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın SSRİ-nin tərkibindən çıxması məsələsi aktuallaşdı.

Məşhur rusiyalı politoloq, 1990-cı ildə Bakıda olmuş Sergey Kara-Murzanın fikrincə, “Qara Yanvar” (Azərbaycan xalqı həmin günlərdə baş vermiş hadisələri məhz belə adlandırır) vaxtilə vahid böyük ölkənin hər yerində - Vilnüsdə, Riqada, Moskvada analoji hadisələr üçün məşq imiş. Lakin Moskvada ictimaiyyəti şok vəziyyətinə salmaq üçün sadəcə bir neçə tankın küçələrdə yeriməsi kifayət etdiyi halda Moskvada dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi əvvəlcədən planlaşdırılmışdı.

Bakı hadisələri SSRİ-nin dağılması üçün bir növ katalizator oldu, azərbaycanlılara münasibətdə isə tipik ikili standartlar sxemi tətbiq edildi. Politoloq bu faciənin üstündən sükutla keçilməsi faktını onunla izah edir ki, Bakıda qurbanların sayı hədsiz çox olmuşdu. Bu qanlı əhvalatın əks nəticələri ola bilərdi. Əgər ictimaiyyətin diqqəti bu hadisələrə cəlb edilsəydi, onsuz da xalq arasında populyar olmayan Mixail Qorbaçov Sov.İKP MK-nın baş katibi vəzifəsini itirə bilərdi, halbuki SSRİ-nin tamamilə dağıdılıb məhv edilməsi üçün Qorbaçovun heç olmasa bir il də hakimiyyətdə qalması zəruri idi.

O vaxtdan iyirmi dörd il keçir. Lakin o vaxt Bakıda baş vermiş hadisələrə hələ də birmənalı qiymət verilməmişdir. Dünya bu faciəni faktiki olaraq unutmuşdur. 2008-ci ildə “Rossiyskiy pisatel” nəşriyyat evində Rusiyanın Əməkdar Hüquqşünası, hüquq elmləri doktoru, professor Gennadi Melkovun “Sülhə qarşı cinayətlərə, hərbi cinayətlərə və bəşəriyyət əleyhinə cinayətlərə görə fiziki şəxslərin cinayət məsuliyyəti” adlı kitabı çapdan çıxmışdır. Bu kitabın bir hissəsi 1990-cı ilin yanvarında Bakıda baş vermiş faciəyə həsr edilmiş, onun müəllifi isə 1990-1991-ci illərdə “Şit” ictimai təşkilatının eksperti kimi Bakıda və Vilnüsdə silahsız əhalinin güllə-boran edilməsini təhqiq edən komissiyanın üzvü olmuşdur. G.Melkov qeyd edir ki, SSRİ-nin və Azərbaycan SSR-in ali siyasi və hərbi rəhbərləri Bakıda öz həmvətənlərinə qarşı törətdikləri cinayətlərə görə heç bir cəza almamışlar. Təhqiqatın müəllifi bu faciənin təqsirkarları sırasında Mixail Qorbaçovun və Bakı qırğınının bilavasitə rəhbəri və əlaqələndiricisi olmuş Dmitri Yazovun adlarını çəkir.

Professor Gennadi Melkov öz təhqiqatında bu qənaətə gəlir: “Bakı hadisələri sovet dövlətinin tarixində ən ağır cinayətlərdən biridir. Bu, amansızlığına və əhatə dairəsinə görə 1989-cu il aprelin 9-da Tbilisidə törədilmiş hadisələrdən qat-qat ağır cinayətdir. Günahsız insanların qırılmasına yönəlmiş, cəza əməliyyatı xarakteri daşıyan, əvvəlcədən təşkil edilmiş bu cinayət xüsusi amansızlıqla, müharibə aparılmasında beynəlxalq hüquqa əsasən qadağan olunmuş vasitələrin tətbiqi ilə törədilmişdir. Bu aksiya beynəlxalq cinayət əlamətlərinə malikdir”. Müstəqil ekspertlərin əksəriyyəti bu fikirlə razılaşır. Onların fikrincə, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov yanvarın 20-də saat 00.00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” Fərman imzalayarkən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 4-cü maddəsinin 1-ci bəndinə müvafiq olaraq Bakıya qoşun yeridilməsinə hazırlıq barəsində şəhər əhalisinə qabaqcadan məlumat verməyə borclu idi. Lakin Kreml bunu etməmiş və nəticədə Bakının dinc sakinləri həlak olmuşdur.

Bakıda “Qara Yanvar” hadisələri SSRİ-nin süqutunun başlanğıcı oldu. Bu faciə eyni zamanda Azərbaycan sakinləri üçün milli təyini-müqəddərat və dövlət suverenliyi tarixində yeni bir dövrün başlanğıcı oldu, xalq başa düşdü ki, o, öz taleyi üçün müstəqil məsuliyyət daşımağa qabil olan bir millətdir. Ona görə də bugünkü Azərbaycanda ümumxalq hüzn günü dövlətin faciəsi deyil, ümummilli faciə xarakteri daşıyır. Bu faciə o vaxta qədər mövcud olmayan yeni bir siyasi qurumun - Azərbaycan Respublikasının yaranması ilə nəticələnmişdir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib