AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİNDƏ DAHİ RƏHBƏRİMİZ HEYDƏR ƏLİYEVİN BÜSTÜNÜN AÇILIŞI OLMUŞDUR
Büstü xalq rəssamı Natiq Əliyev yaratmışdır.
Alqış sədaları ilə büstün üzərindən örtük götürülmüş, önünə əklil və gül dəstələri qoyulmuşdur.
Universitetin rektoru, professor Havar Məmmədov çıxış edərək, ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında müstəsna xidmətlərindən danışmışdır.
O, müdrik rəhbərimizin məqsədyönlü siyasətinin Prezident İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildiyini, ölkəmizin gündən-günə tərəqqi etdiyini vurğulamışdır.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ulu öndərimiz Heydər Əliyevin elm və təhsilimizə, mədəniyyətimizə, yüksək ixtisaslı milli kadrların hazırlanmasına göstərdiyi diqqət və qayğıdan söz açmış, ümummilli liderimizin nurlu ideyalarının daim yaşayacağını bildirmişdir.
Yeni Azərbaycan Partiyasının icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişdir ki, dahi dövlət xadimi Heydər Əliyev bütün həyatını doğma xalqına, onun xoşbəxtliyinə, firavan gələcəyinə həsr etmişdir. Millətimizin ən önəmli, taleyüklü məsələlərinin həlli onun adı və fəaliyyəti ilə bağlıdır.
Natiq bildirmişdir ki, dahi rəhbərimiz Heydər Əliyevə ucaldılan abidələr insanların ulu öndərimizə sonsuz sevgi və məhəbbətinin ifadəsidir.
Təhsil nazirinin müavini Elmar Qasımov və digər natiqlər də
türk dünyasının böyük oğlu Heydər Əliyevin zəngin siyasi irsinin əhəmiyyətindən bəhs etmiş, bu irsin daha dərindən öyrənilməsinin zəruriliyini vurğulamışlar.