Azərbaycan Texnologiya Universiteti əlaqələrini genişləndirir







Gəncə, 12 mart, AZƏRTAC
Azərbaycan Texnologiya Universiteti əlaqələrini gücləndirmək məqsədilə bu dəfə "Şəki Şərab" və GİLTEX zavodları ilə əməkdaşlıq memorandumları imzalayıb.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əməkdaşlıq memorandumlarını Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi, dosent Yaşar Ömərovla "Şəki Şərab" zavodunun direktoru İqoşin Adam və GİLTEX MMC-nin icraçı direktoru Esmin Xəlilov imzalayıblar.
Hər iki müəssisənin rəhbəri ilə görüş zamanı kadr hazırlığının müəssisələrin tələblərinə uyğunlaşdırılması, müasir texnologiyaların elmi əsaslarla tətbiqinin gücləndirilməsi, elmi-praktik təcrübələrin birgə aparılması, şərab turizminin inkişaf etdirilməsi kimi məsələlər müzakirə edilib, təkliflər irəli sürülüb.