Azərbaycan universitetlərinin nümayəndə heyəti Mərakeşdə
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), ADA Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetinin təmsil olunduğu nümayəndə heyəti Mərakeşdə səfərdədir.
Bu barədə AZƏRTAC-a UFAZ-dan məlumat verilib. Bildirilib ki, Azərbaycanın Mərakeşdəki səfirliyinin təşkilatçılığı, Rabatın Məhəmməd V Universitetinin dəvəti ilə reallaşdırılan səfər çərçivəsində iki ölkənin ali təhsil müəssisələri arasında gələcək əməkdaşlıq və tələbə mübadiləsi məsələləri müzakirə olunacaq. Eyni zamanda, Mərakeşdə Azərbaycan universitetləri haqqında Məhəmməd V Universitetində təqdimatlar keçiriləcək və anlaşma memorandumu sənədi ilə bağlı fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri Mərakeşin Ali təhsil, Tədqiqat və İnnovasiyalar Nazirliyində rəsmi şəxslərlə görüşəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:15]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [20:48]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]