AZƏRBAYCAN VƏ ABŞ MÜDAFİƏ NAZİRLƏRİNİN GÖRÜŞÜ
Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli hərbi əməkdaşlığın perspektivləri, ölkəmizin NATO ilə əlaqələrinin genişləndirilməsi və digər məsələlər müzakirə olunmuşdur.
Səfər Əbiyev Minsk qrupunun həmsədri kimi ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində öz rolunu artırmasını, Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəkləməsini və işğal olunmuş torpaqların azad edilməsi üçün Ermənistana təzyiq göstərməsini arzuladığını bildirmişdir.
Donald Ramsfeld demişdir ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunda öz səylərini əsirgəməyəcəkdir. Birləşmiş Ştatların bu qurumdakı təmsilçisi səfir Stiven Mənn bütün gücünü problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, ədalətli həllinə yönəldəcəkdir.
Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayev, Birləşmiş Ştatların ölkəmizdəki səfiri Rino Harniş iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]