Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və alman xalqlarını yaxınlaşdıran tale körpüləri

Azərbaycan və alman xalqlarını yaxınlaşdıran tale körpüləri

“Tarixin qızıl səhifələri (məlum olmayan həqiqətlər)” kitabı iki xalqın 200 illik tarixi olan münasibətlərinə işıq salır

Bakı, 3 mart, AZƏRTAC

“Vətəndən uzaqlarda yaşamaq qismətimizə düşsə də, biz bu gözəl diyarda - Azərbaycanda alman tayfası olaraq qalırıq və qalacağıq da. Dünən dost idik, bu günsə qardaşıq!”

AZƏRTAC xəbər verir ki, tanınmış tədqiqatçılar Məmməd Əlizadə və Rövşən Vəlizadənin “Tarixin qızıl səhifələri (məlum olmayan həqiqətlər)” kitabında epiqraf kimi verilən bu sətirlər alman mühacirlərinin qədim bir mahnısından götürülüb. Almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunmuş kitab ictimaiyyətə məlum olmayan maraqlı faktlarla zəngin bir nəşrdir.

Azərbaycan və alman dillərində nəfis tərtibatla çap olunmuş kitabda XIX əsrin birinci yarısında almanların Azərbaycana köçürülməsindən başlayaraq burada salınmış alman məskənlərindən, iki xalq arasında yaranmış münasibətlərin tariximizdə, mədəniyyətimizdə, həyat tərzimizdə rolundan, müxtəlif bölgələrimizdə indiyədək qalan alman izlərindən söhbət açılır. Təsadüfi deyil ki, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi ölkəmizdə geniş qeyd olunub.

Zamanın sərt küləkləri, siyasi tufanlar alman və Azərbaycan xalqları arasında yaranmış mənəvi körpünü nəinki dağıda bilməyib, əksinə, bu körpü qarşılıqlı iradə sayəsində daha da möhkəmlənib. “Tarixin qızıl səhifələri” kitabı iki xalqın tale körpüsünün necə qurulduğunu, hansı sınaqlardan keçdiyini, iki xalqın bir-birinə münasibətini əks etdirən dəyərli mənbədir.

Müəlliflərin əldə etdikləri yeni sənədlər, faktlar kitabdakı 15 bölmədə qruplaşdırılıb. “Tarixin sevilən, seçilən və müdrik xalqları: Azərbaycan-Almaniya” adlı bölmədə iki qədim xalqın milli, mənəvi, əxlaqi dəyərlərə söykənən xüsusiyyətlərindən söz açılır.

Almanların Azərbaycana köçürülmə səbəbləri, həmin dövrdə çar Rusiyasının Azərbaycanla bağlı siyasəti, Avropadakı durum “Alman tarixinin sürgün yolları...” bölməsində geniş təhlil olunur. Arxiv sənədlərinə görə, Azərbaycanda yaşayan alman ailələri də erməni separatçılarının hücumuna məruz qalıblar. “Tariximizdə və taleyimizdə sürgünlük ömrü yaşayan itmiş məktublar” bölməsində alman yazıçısı Ernest Allemendin anasına ünvanlandığı məktubunda bir çox məsələlərlə yanaşı, bu da öz əksini tapıb.

Alman mühacirlərinin yerli əhali ilə çox mehriban və səmimi münasibətləri olub. Kitabda yazılır: “Birinci Dünya müharibəsi başlayanda rus çarı I Nikolay Krım, Moldova, Şimali Qafqaz və Volqaboyunda yaşayan almanların Sibirə köçürülməsi əmrini verib. Gəncə quberniyasından isə almanlar köçürülməyib. O zaman Gəncə ictimaiyyəti, xüsusən də Rəfibəyov qardaşları Qafqaz canişininin yanına gedərək almanlara zamin durub və onların köçürülməsinə imkan verməyiblər...”

Azərbaycana sürgün olunmuş almanların həyat tərzi bir sıra əcnəbi səyyahların da diqqətini cəlb edib. “Rus imperiyasının I Dövlət Dumasında alman nəsil və tayfaları haqqında qaldırılan etiraz səsləri”, “Torpağında əbədi od olan Azərbaycan” və digər bölmələrdə bu barədə ətraflı məlumat verilir. Aydın olur ki, Şəmkir, Gəncə, Tovuz, Göygöl, Gədəbəy, Mingəçevir, Yevlax, Goranboy, Qazax, Ağstafa və Bakıda məskunlaşan almanlar yerli əhali ilə qaynayıb-qarışıblar. Təkcə Bakıda 100-dən çox alman qızı azərbaycanlılarla ailə qurub.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə almanlar burada ilk məskənlərinin salınmasının 100 illiyini təntənə ilə qeyd ediblər. Müəlliflər bununla bağlı maraqlı faktları da diqqətə çatdırırlar.

Almanların Azərbaycanın iqtisadi həyatına gətirdiyi yenilik də kitabda əksini tapır. Kəndlərdə elektrik enerjisindən istifadə, elektrik dəmir yolu, Şəmkirdən Gədəbəyə dəmir yolu xəttinin çəkilməsi onların təşəbbüsü olub. Gədəbəydə misəritmə zavodunun, Göygöl şərab müəssisəsinin əsası da almanlar tərəfindən qoyulub. Sonralar Bakendorfun rəhbərlik etdiyi alman firmaları Bakı mədənlərində sənaye üsulu ilə ilk neft çıxaran firmalardan olub.

1936-cı ildə Almaniyadan Bakıya göndərilmiş bir qrup alim Azərbaycan şifahi xalq ədəbiyyatını, milli-mənəvi dəyərləri, xüsusən genetikanı tədqiq etmək üçün bölgələrdə araşdırma aparıb. Kitabda həmin tədqiqatlarda iştirak etmiş Fransua Mellinin bu fikirləri sitat gətirilir: “Qafqazda döyüşkən millət, fikrimizcə, Azərbaycan millətidir (onlara “türk” də deyirlər). Bu millətin mənsub olduğu ayrı-ayrı qrupların hər birinin özünəməxsus geni var. Bu genləri gəzdirən bir nəsil, yaxud millət dünyanı məğlub edə bilər. Azərbaycan müqəddəs islam məkanıdır. Bu torpağı zəbt etmək üçün bura çox bayraqlar sancılıb. Amma hamısını sərt Bakı küləyi götürüb aparıb. Bu xalqı öyrənmək üçün bir ekspedisiya azdır”.

Bu və digər faktlardan göründüyü kimi, bir-birinin milli dəyərlərinə qarşılıqlı hörmət və ehtiram Azərbaycan və alman xalqlarının mədəni əlaqələrini səciyyələndirən başlıca cəhətdir. Alman şərqşünasları Azərbaycan xalqının möhtəşəm söz sənəti yadigarlarının dünya elm aləminə tanıdılmasında mühüm xidmətlər göstərib, alman memarları Azərbaycanda şəhərsalma mədəniyyətinə dəyərli töhfələr veriblər. Nəşrdə bunu təsdiqləyən faktlar geniş yer alır.

Kitabın “Qədim Azərbaycan abidələrində alman memarlığının izləri”, “Azərbaycan almanlarının saldıqları kəndlər, çəkdikləri yollar, qurduqları körpülər” bölmələrində almanlar tərəfindən yaradılmış memarlıq abidələrindən bəhs edilir. Məlumat verilir ki, məşhur alman arxitektoru fon Der Nonne Bakının baş planının layihələndirilməsində iştirak edib. Eləcə də F.A.Lemkul, Simenson, Ştern, P.Edal, İ.V.Eyxler kimi sahibkarların Bakının qədim tarixi simasının qorunub saxlanmasında xidmətləri var.

Almanların Helenendorf (indiki Göygöl), Gədəbəy, Şamaxı, Annenfeld (Şəmkir) və Bakıda tikdikləri kilsələr bu yerlərin memarlığını tamamlayır. Onlar İkinci Dünya müharibəsi dövründə Azərbaycanı tərk etməyə məcbur olsalar da, qoyub getdikləri tarixi-mədəni irsi xalqımız multikultural təbiətinə sadiqlik nümayiş etdirərək lazımınca qoruyub saxlayır.

Müəlliflər yüksələn xətlə inkişaf edən Almaniya-Azərbaycan münasibətlərinin müasir mərhələsinə də toxunur, ölkələrimiz arasında əməkdaşlığın geniş perspektivlərə malik olduğunu faktlarla əsaslandırırlar.

“Təhsil” nəşriyyatında çapdan çıxmış kitabın elmi redaktorları tarix elmləri doktoru Taryel Pənahov, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, layihə müəllifi isə iqtisadçı, hüquqşünas Rəsul Orucovdur. Tədqiqatda Azərbaycan və rus dillərində 42 mənbə və çoxsaylı elektron resurslardan istifadə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO