SİYASƏT
Azərbaycan və Almaniya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
![](/files/galleryphoto/2022/1/1200x630/16464999986351152045_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464999984237532789_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464999982190656632_1200x630.jpeg)
Berlin, 5 mart, AZƏRTAC
Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Şimali Reyn və Vestfaliya əyalətinə səfər edib.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində səfir Bonn şəhərində Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) baş katibi Kai Siks ilə görüşüb. Görüşdə Azərbaycan və DAAD arasında mövcud olan sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub, gələcək əlaqələrin perspektivləri müzakirə edilib.
Ramin Həsənov, həmçinin Kölnə səfər edərək şəhərin meri Henritte Reker ilə görüş keçirib. Görüşdə Azərbaycan və Almaniya arasındakı münasibətlər, o cümlədən regional məsələlər barədə konstruktiv fikir mübadiləsi aparılıb. O, Köln şəhərinin “Qızıl kitabı”na imza atıb.
Səfir Kölndə yaşayan diaspor nümayəndələrimiz ilə də görüşüb, eləcə də bu şəhərdə keçirilən Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Həkimlərin Forumunda iştirak edib və nitq söyləyib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin