Azərbaycan və Finlandiya siyasi müstəvidə əməkdaşlığın davam etdirilməsində maraqlıdır
Bakı, 11 mart, AZƏRTAC
Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 11-də Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə nazirlər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektlərini, eləcə də beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüş zamanı nazir Ceyhun Bayramov iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bu xüsusda, tərəflər siyasi müstəvidə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.
Sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri, eyni zamanda, Ukraynadakı vəziyyət ilə bağlı fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]