Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır
Bakı, 1 iyul (AZƏRTAC). İyulun 1-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Fransa Respublikası Müdafiə Nazirliyinin Silahlandırma Baş İdarəsinin Avropa və Cənubi Amerika üzrə direktor müavini Jan-Kristov Nuron ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Görüşdə Fransanın ölkəmizdəki səfiri Paskal Mönye iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]