ELM VƏ TƏHSİL
Azərbaycan və Özbəkistan elmi əməkdaşlıq əlaqələrini genişləndirir



Bakı, 12 fevral, AZƏRTAC
Özbəkistanın “Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri” Milli Tədqiqat Universiteti Torpaqşünaslıq və Aqrokimya İnstitutunda qonaq olublar. Onlar institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev ilə görüşüblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüş zamanı professor Əlövsət Quliyev universitetin elm və təhsil sahəsində qazandığı uğurları yüksək qiymətləndirərək onun təkcə Özbəkistanın deyil, eyni zamanda, dünyanın aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələrindən biri olduğunu vurğulayıb. O, Azərbaycanda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun da bu sahədə aparıcı elmi-tədqiqat mərkəzi olduğunu qeyd edib və institutun bu il 80 illik yubileyini qeyd ediləcəyini bildirib.
Görüşün sonunda Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Milli Tədqiqat Universiteti TİİİMSX arasında elmi və akademik əməkdaşlığı genişləndirmək məqsədilə rəsmi memorandum imzalanıb. Sənəd qarşılıqlı faydalı əməkdaşlığın inkişafını, birgə elmi tədqiqatların həyata keçirilməsini, habelə su resurslarının idarə olunması, o cümlədən yeraltı kanallar (kəhrizlər) ilə bağlı layihələrin işlənib hazırlanmasını nəzərdə tutur.