Azərbaycan və Səudiyyə Ərəbistanında biznes və investisiyaların perspektivləri müzakirə olunub
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 2-də Misirdə İslam İnkişaf Bankı Qrupunun 47-ci İllik İnvestisiya Toplantısı çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanının investisiya nazirinin müavini Badr Albadr ilə görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanında biznes və investisiyaların perspektivlərinə, eləcə də əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.