AZƏRBAYCAN VƏ ŞİMALİ KİPR İDMANÇILARI ARASINDA YOLDAŞLIQ GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə keçirilən yarışda Azərbaycan komandasının heyətində Səidə Bəşirova, Ədilə Qurbanova, Nərgiz Mehdiyeva, İsmayıl Quliyev, Rüstəm Mədətov, Şimali Kipr komandasının heyətində Milhan Batman, Toğda Ağkorner, Canan Can, Ziya Göybülen və Kənan Özmen iştirak etmişlər. İdmançılar karatenin şəxsi kata, komanda kata, qarışıq kata və şəxsi kumite üslubları üzrə yarışlarda bacarıqlarını nümayiş etdirmişlər. Hakimlər həmin yarışlarda topladıqları xallara görə komandaların yoldaşlıq görüşünü bərabər səviyyədə qiymətləndirmişlər (7:7).
Yarışı gənclər və idman naziri Azad Rəhimov, Şimali Kiprin Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Budo Federasiyasının vitse-prezidenti Əyyub Zəfər Göybülən və digər idman qurumlarının rəhbərləri izləmişlər. Sonda idmançılara diplom və medallar təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [23:11]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]