AZƏRBAYCAN VƏ TÜRKİYƏ YIĞMA KOMANDALARI HEÇ-HEÇƏ OYNAMIŞLAR
AZƏRTAC xəbər verir ki, Trabzon şəhərində Azərbaycan və Türkiyənin 19 yaşlı futbolçularından ibarət yığma komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Oyun 1:1 hesabı ilə başa çatmışdır. Yığma komandamız qonşu ölkəyə yola düşməzdən əvvəl, sentyabrın 2-də Tovuzun “Turan” klubu ilə də heç-heçə oynamışdı (1:1).
Baş məşqçi Arif Əsədovun yetirmələri Türkiyə yığması ilə növbəti yoldaşlıq görüşünü sentyabrın 7-də keçirəcəklər.
Bu oyunlardan məqsəd oktyabrın 27-dən noyabrın 1-dək Kiprdə keçiriləcək Avropa çempionatının seçmə yarışlarına hazırlaşmaqdır. Azərbaycan yığması bu mərhələdə Kipr, Macarıstan və Ermənistan futbolçuları ilə qarşılaşacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [23:11]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]