İDMAN
Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq quruma üzv seçilib
Bakı, 9 iyul, AZƏRTAC
Azərbaycan Voleybol Federasiyası (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova 18 yaşadək oğlan voleybolçular arasında keçiriləcək Avropa çempionatının final mərhələsində CEV-in Nəzarət Komissiyasının üzvü olacaq.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onunla yanaşı, AVF-nin həkimi, Avropa Voleybol Konfederasiyasının Tibb Komissiyasının üzvü Vüsalə Kazımova da analoji yarışa dəvət alıb. O, qonşu ölkədə tibb işinin təşkilinə nəzarət edəcək.
AVRO-2022 iyulun 9-17-də Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq. U-18-lərin Avropa çempionatının final mərhələsində Bolqarıstan, Almaniya, Yunanıstan, İtaliya, Polşa, Sloveniya, Belçika, Çexiya, Finlandiya, Fransa, Gürcüstan və Serbiya mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [21:07]
Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb
- 03.07.2024 [18:17]
Azərbaycanın iki həndbol hakimi Açıq Avropa çempionatına təyinat alıb
- 03.07.2024 [17:48]
Tanınmış basketbolçu ilə müqavilə yenilənir
- 03.07.2024 [17:41]
Azərbaycan cüdoçuları Paris Olimpiadasına İspaniyada hazırlaşırlar
- 03.07.2024 [17:23]
“Real Madrid”in stadionu DÇ-2030-un final oyununa ev sahibliyi edəcək
- 03.07.2024 [16:56]
Azərbaycan Badminton Federasiyası Botsvanaya invertar ianə edib
- 03.07.2024 [16:16]
İngiltərə klubu Seneqal millisinin futbolçusunu transfer edib
- 03.07.2024 [16:15]