Azərbaycan Voleybol Federasiyasının rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb
Bakı, 7 yanvar, AZƏRTAC
Azərbaycan Voleybol Federasiyasının (AVF) “Təlim və aşağı yaş qrupları üzrə iş” şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.
AVF-dən AZƏRTAC-a verilən məlumata görə, o, yanvarın 8-də qadın voleybolçular arasında Çempionlar Liqasının B qrupu çərçivəsində baş tutacaq Almaniyanın “Palmberq Şiverin” və Fransanın “Levallois Paris Saint Cloud” komandalarının oyununda hakimlərin işinə qiymət verəcək.
Almaniyanın Şiverin şəhərində təşkil olunacaq qarşılaşmanın hakimləri ispaniyalı Rodriges Maçin Mariya de las Olas və polşalı Mixliç Aqneşkadır.
Qeyd edək ki, N.İsmayılova Avropa Voleybol Konfederasiyası bayrağı altında keçirilən oyunlarla yanaşı, bu ildən etibarən Beynəlxalq Voleybol Federasiyası tərəfindən keçiriləcək yarışlara da supervayzer kimi təyinat alacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]