Azərbaycan Voleybol Federasiyasının rəsmisi final oyununa təyinat alıb
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, CEV İdarə heyətinin üzvü Cəlil Cəfərov avrokubokun final oyununa təyinat alıb.
AVF-dən AZƏRTAC-a verilən məlumata görə, o, qadın voleybolçular arasında Çağırış Kubokunun həlledici matçında CEV rəsmisi kimi meydana çıxacaq.
C.Cəfərov Fransanın “Neptunes” və İtaliyanın “İqor Qorqonzola” komandalarının qarşılaşmasında hakimlərin və supervayzerin işini qiymətləndirəcək.
Bu görüşün ədalət təmsilçiləri monteneqrolu Yelena Mitroviç və polşalı Voytsek Maroşek olacaq. Matç fevralın 28-də “Zal Sportive Metropolitaine” arenasında oynanılacaq.
Finalın ilk oyunu İtaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [23:03]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]