Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan xalça sənəti özünün dirçəliş dövrünü yaşayır - REPORTAJ

Bakı, 27 may, Məmməd Məmmədli, AZƏRTAC

Azərbaycan xalçaları hələ qədim dövrlərdən xanların, bəylərin, hətta sadə insanların evinin döşəməsini, divarını bəzəyən, onların gündəlik həyatında istifadə olunan əsas əşyalardan biri olub. Qarabağ xanəndələri muğam məclislərində təbiət qoynunda yerə sərilmiş xalça üzərində bardaş quraraq bir segah oxuyar, ev sahiblərini musiqimizin ecazı ilə feyzyab edərmişlər. Qızlarımız ər evinə köçərkən onların cehizlərinə ən qiymətli varidat kimi xalça qoşarmışlar. Evlərdə yerə döşənmiş xalçalar xanımların zövqündən xəbər verər, həm də ev sahibinin imkanlı olub-olmadığını göstərərdi. Xalça ev əşyalarının içərisində hər zaman qiymətli, dəyərli hesab olunub. İndi də belədir. Çünki onun hazırlanması bir çox çətin və əziyyətli mərhələlərdən keçir, həm də böyük əl əməyi hesabına başa gəlir.

Bu dəfə şimal bölgələrimizə etdiyimiz səfərin başlıca məqsədi də burada toxunan xalçaların istehsal prosesi ilə tanış olmaq idi.

AZƏRTAC-ın müxbiri “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) media nümayəndələri üçün Şabran, Quba və Xaçmaz filiallarına təşkil etdiyi mediatur zamanı bu bölgədə toxunan xalça nümunələri ilə tanış olub və ümumilikdə xalça istehsalı prosesini öyrənməyə çalışıb.

İlk tanışlıq ölkə başçısının “Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən inşa edilərək 2018-ci ilin noyabr ayından fəaliyyətə başlamış “Azərxalça” ASC-nin Şabran filialından başlayıb. Məlumat üçün qeyd edək ki, bu filialda indiyə qədər 180-dən çox xalça istehsal edilib.

Mediaturun şimal bölgəsinə səfəri: Şabran

Şabran Azərbaycanda xalçaçılıq sənətinin mərkəzlərindən hesab olunur. Zərif və parlaq yunlu, yüksək sıxlığı olan, orijinal bədii tərtibatlı xovlu və xovsuz xalçalar yerli əhalinin məişət həyatının ayrılmaz hissəsinə çevrilib. Bu gün də bölgədə toxunan xalçalar özünün milli ornamentlərinin gözəlliyi ilə məşhurdur. Yeri gəlmişkən, tarixən dünya alimlərinin, səyyahlarının diqqətini cəlb etmiş Quba qrupu xalçaları sarayların, şəxsi kolleksiyaların, məşhur muzeylərin bəzəyi olub. Bu bölgədə toxunan xalçaların üzərində öz əksini tapmış müxtəlif formalı butalar, damğalar, gül, ağac, quş, əjdaha, nəzərlik, ulduz, ox kimi elementlər yerli əhalinin həyat tərzinin, inanclarının təzahürü, yurdun tarixi keçmişinin yadigarıdır. Azərbaycan xalçalarının bütün qrupları üçün səciyyəvi olan ağ, qara, qırmızı, sürməyi, sarı, mavi, yaşıl və s. kimi rənglərin Quba qrupu xalçalarında yaratdığı ahəng xalça və xalça məmulatlarına təkrarsız gözəllik bəxş edir.

Jurnalistlərə məlumat verən filialın direktoru Kəbirə Vəlibəyova bildirib ki, xalça istehsalı emalatxanası zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplər, həvə, qayçı, bıçaq kimi alətlər və çeşnilərlə təmin edilib. Emalatxana pandemiya dövründə 1 il fəaliyyətsiz qalıb. Hazırda kollektivdə 50 nəfər çalışır. Onlardan 44-ü toxucu, 6 nəfər isə texniki işçidir. Xalçalar “Azərxalça” ASC-nin göndərdiyi çeşnilər əsasında toxunur. Onların toxunuşunda Şabran, Quba, Xaçmaz çeşnilərindən istifadə edilir. Toxunma prosesi toxucudan asılı olaraq dəyişir. Xalçalar müxtəlif ölçülərdə toxunur. Standart ölçülərdə olan xalçanı tək və yaxud 4 nəfər toxucu birlikdə də toxuya bilir. Xanımlarımızın əl işləri bəyənilən və zövqoxşayandır. Onlar “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə dərindən yiyələniblər. Toxucular gördükləri işə həvəslə yanaşır, hər kəs daha yaxşı xalça toxumağa çalışırlar: “Kəndlərdə analarından, qohumlarından xalça toxumağı öyrənən qızlar var ki, müəssisədə çalışmırlar. Bunu da nəzərə alsaq, deyə bilərik ki, bölgəmizdə xalçaçılıq sənətinə maraq böyükdür. Biz bu sənəti yaşatmaq üçün o qızları emalatxanamıza dəvət edirik və onlara xalçatoxumanın sirlərini daha dərindən öyrədirik”.

Kəbirə xanım qeyd edib ki, o, əvvəllər fərdi şəkildə xalça toxuculuğu ilə məşğul olub, dövlət tərəfindən bu sahəyə diqqət ayrılandan sonra emalatxanaya direktor təyin edilib: “Şabran xalçaçılığında hər kəndin öz dəst-xəti var. Bu bölgədə toxunan, öz keyfiyyəti ilə seçilən xalçaların əksəriyyəti məhz indiki Şabran rayonunun kəndlərində ərsəyə gətirilib. Şabran xalçaları ilk dəfə Pirəbədil kəndində toxunduğu üçün bu kəndin adı ilə tanınıb. Xalçaların üzərində əsasən dəvə təsvirləri və gözəl naxışlar, güllər əks olunur. Bundan başqa, Zeyvə kəndində toxunan xalçalar da üzərində təsvir olunan güllərlə tanınır. Xalçalarda hər kəndin öz naxışları olur”.

Bu məqamda “Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Abdullayeva söhbətə qoşularaq qeyd etdi ki, Şabranda yalnız Quba-Şirvan qrupuna aid xalçalar toxunmur. “Azərxalça” ASC-nin emalatxanalarında bütün bölgələrə xas olan xalça növləri hazırlanır - Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ, İrəvan, Təbriz, Naxçıvan...

Söhbət zamanı Kəbirə xanımdan xalça toxumağa marağının haradan yarandığını soruşdum, o da böyük həvəslə xalçaçılıqda keçən ömründən bəzi epizodları yada saldı: “Gözümü açandan evimizdə anamın xalça toxuduğunu görmüşəm. O vaxtlar anam xalça fabrikində işləyirdi. Onun çeşni kitabları da vardı. Təəssüf ki, biz onları qoruyub-saxlamadıq... 1979-cu ildə xalçaçılığa üzv olandan sonra Qonaqkənd “Qumaş” xalça fabrikində işə başladım. Ötən əsrin 90-cı illərində fabrik fəaliyyətini dayandırandan sonra evdə xalça toxumaqla məşğul oldum. İndi dövlətimiz bu sənəti dirçəldir. Qeyd etdiyim kimi, filial açıldığı gündən bura direktor təyin olundum və gördüyüm işdən çox razıyam”.

Kəbirə xanıma maraqlı söhbətə görə təşəkkürümü bildirdim və biz birlikdə emalatxanaya daxil olduq. Burada xeyli xalça nümunələri ilə tanış oldum. Xalça toxuyarkən istifadə olunan alətlərin taqqıltısı söhbətimizə xüsusi ahəng qatırdı. İlk gördüyüm xalçaçıya yaxınlaşdım. Xalçaçı Gülşən Sultanova məni xoş təbəssümlə qarşıladı. Sualımı gözləmədən söhbətinə başladı: “Bizim ailədə hamı xalça işini bilsə də, mən tez-tez qonşuluğumuzda yaşayan bir xalçaçının yanına gedirdim. Kifayət qədər bilik toplayandan sonra “Pirəbədil” xalça fabrikinə üz tutdum və həmin gün də məni işə götürdülər. Xalçaçılıq fəaliyyətinə başladım. Onu da deyim ki, burada bizim şərəf lövhəmiz var və xalçaçılar arasında güclü rəqabət gedir”.

Toxuduğu xalçaların sayını itirdiyini deyən Gülşən xanımdan iplərin harada boyandığını xəbər aldım. O, cavabında bildirdi ki, təbii yundan hazırlanan iplər filialda deyil, “Azərxalça” ASC-nin xüsusi sexində soğan, palıd qabığı və dağlarda bitən müxtəlif bitkilərdən alınan rənglərlə boyanır.

Söhbət zamanı məlum oldu ki, xalça toxuyarkən istifadə olunan qayçı, həvə, dişli bıçaq kimi alətləri görkəmli xalçaçı alim Lətif Kərimov hazırlayıb. Bir xalçanın toxunmasında 4 nəfər xalçaçı çalışır və onlar 3-4 aya xalçanı toxuyurlar. G.Sultanova bildirdi ki, filial açıldığı gündən eyni dəzgah arxasında Qızılgül Pirverdiyeva, Kəbirə Sadıqova və Arzu Rəhimova ilə birgə çalışır və inanır ki, üzərilərinə düşən öhdəliyi ləyaqətlə yerinə yetirəcəklər.

Yolumuz Qubayadır

Mediaturun növbəti ünvanı Quba filialı oldu. “Azərxalça” ASC-nin ilk filiallarından olan Qubadakı xalça istehsalı emalatxanası 2017-ci il dekabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışında iştirakı ilə istifadəyə verilib.

Quba qədim ticarət yollarının, o cümlədən Böyük İpək Yolunun kəsişməsində yerləşdiyi üçün tarixboyu ticarət və sənətkarlıq mərkəzi olub. Etnoqrafik cəhətdən çox zəngin olan Quba, xalçaçılıq ənənələrinin yarandığı və inkişaf etdiyi bölgələrdəndir. Burada ayrı-ayrı kəndlərdə xalçaçılıq sənəti uğurla davam etdirilərək nəsildən-nəslə ötürülüb. Zərif və parlaq yunlu, yüksək sıxlığı olan, orijinal bədii tərtibatlı xovlu və xovsuz xalçalar yerli əhalinin məişət həyatının ayrılmaz hissəsinə çevrilib. Tarixən dünya alimlərinin, səyyahların diqqətini cəlb etmiş Quba xalçaları sarayların, şəxsi kolleksiyaların, məşhur muzeylərin bəzəyi olub. Bu xalçalar qədim yurdun, yerli əhalinin tarixi keçmişinin yadigarıdır. Azərbaycan xalçalarının bütün qrupları üçün səciyyəvi olan rənglərin Quba qrupu xalçalarında da yaratdığı cazibədarlıq xalçalara özünəməxsus, təkrarsız gözəllik bəxş edir.

Filialın direktoru Nəzakət Novruzova emalatxananın fəaliyyəti ilə bağlı məlumat verərək bildirib ki, filialda 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb.

Onu da qeyd etdi ki, xalça istehsalı emalatxanası zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə, çeşnilərlə təmin edilib. Burada əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərinə xas olan tarixi və orijinal çeşnilər əsasında xalçaların toxunmasına üstünlük verilir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanan qədim xalçalar əsasında "Azərxalça" ASC-nin rəssamları tərəfindən hazırlanıb. Fəaliyyət göstərdiyi dövrdə Quba filialında qədim zamanlardan bu ərazidə yaradılmış Zeyvə, Pirəbədil, Qonaqkənd, Zeyxur, Çiçi, Qaraqaşlı, Şahnəzərli və başqa tarixi çeşnilər əsasında xalçalar toxunur.

“Quba xalçalarının özünəməxsusluğu ərişin sıxlığı, xovunun çox qalın olmaması və koloritinin zənginliyi ilə fərqlənir. Quba xalçalarında əsasən qırmızı, ağ və sürməyi rənglərdən istifadə olunur. Bizim xalçalarda hər naxışın öz mənası var. Onlarda ən çox Quba bölgəsinə xas olan həndəsi elementlərdən istifadə olunur. Qubada çoxsaylı xalqlar yaşadığı üçün hər kənd öz naxışları ilə fərqlənir və ən çox hansı kənddə toxunubsa, həmin kəndin adı ilə adlanır. Burada Qımıl, Qonakənd, Afurca, Yerfi, Pirəbədil kimi kəndlərin xalçaları toxunur.

Azərbaycan xalçaları bütün dünyada öz keyfiyyəti və estetik gözəlliyi ilə tanınır. Sirr deyil ki, bir vaxt Azərbaycanda xalçaçılığa maraq azalmışdı. Ancaq filial açılandan sonra biz tədris-təlim kursları təşkil etdik. Kəndlərdən toxumağı bacaran qızları emalatxanamıza dəvət etdik. İnanıram ki, toxucu qızlarımızda olan həvəs və bacarıq sayəsində biz yenə də özünün keyfiyyəti, heyrətamizliyi ilə şöhrətli olan xalçalarımızla dünya bazarına çıxa bilərik”, - deyə N.Novruzova əlavə edib.

Söhbətimizin sonunda Nəzakət xanım fəxarət hissi ilə qeyd etdi ki, hər bir qubalının evində ən azından 2 Quba xalçası var: “Biz onları qədim həyat tərzimizin nişanəsi kimi qoruyuruq”.

Sonra Xaçmaza yola düşdük. Yolboyu “Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Abdullayeva bizə böyük coşquyla adət-ənənələrimizdən danışırdı. Bildirdi ki, xalqımızda belə bir qədim adət-ənənə var ki, nişanlı qızlar bütün qışı özlərinin cehiz xalçalarını toxuyurdular. Havalar qızanda, yaz, yay aylarında həmin xanımlar toxuduğu xalçanı darayır və çayda yuyurdular. Bu zaman ərə gedəcək xanımın başına toplaşan qızlar xalçanın üzərinə şirinlik və gül ataraq onu bu münasibətlə təbrik edirdilər. Sonra qızlar xalçanın ətrafında yallı gedərdilər. Söhbətin bu yerində Xatuna xanımdan xəbər aldım ki, Xaçmazda belə bir yallını görə biləcəyikmi? O da cavabında dedi ki, bəli, Xaçmaz emalatxanasında yeni toxunmuş bir xalçanın mübarəkbadlığını edəcəyik.

Xatuna Abdullayeva “Azərxalça” ASC-nin gələcək planlarından da söz açdı: “Azərxalaça” yaxın zamanlarda cəmiyyət üçün açıq quruma çevrilməsini planlayır. Turistlər ölkəmizi ziyarət edərkən “Azərxalça” ASC emalatxanalara turların təşkil olunmasını nəzərdən keçirir. İstəyirik ki, onlar xalçaçıların işləri ilə tanış olsunlar və xalçatoxuma prosesində iştirak etsinlər. Yenicə təyin olunmuş rəhbərliyin ilk göstərişi də ondan ibarətdir ki, müəssisəmiz qapalı bir yer olmasın, insanlar üçün ziyarət edilə biləcək məkana çevrilsin. “Azərxalça” ASC həm yerli, həm də xarici bazarda satış üzrə yaxşı nəticələr göstərib. İndi “Azərxalça” ASC yerli ənənələrə əsaslanan müasir tipli, dünya bazarının tələblərinə uyğun olan xalçalar istehsal etməyi düşünür. Misal olaraq Qarabağ xalçasının çeşnisindən istifadə edib, onu yeni dizaynla təqdim etməyi nəzərdə tutur. Yaxın zamanlarda “Azərxalaça” ASC-nin rebrendinqi olacaq. Müəssisə öz loqosunu və brendini dəyişəcək və o, gözəl bir şəkildə cəmiyyətə təqdim olunacaq”.

Xaçmaz xalçaçılıq emalatxanasında

Nəhayət, avtobusumuz bizi Xaçmaz emalatxanasına çatdırdı. Binaya daxil olan kimi, bizi filialın direktoru Səlimə Hacıyeva qarşıladı. Jurnalistlər direktoru əhatəyə aldılar. Səlimə xanım məmnuniyyətlə bizə emalatxananın fəaliyyəti barədə məlumat verərək bildirdi ki, ümumi sahəsi 1252,9 kvadratmetr olan filialın binası 0,37 hektar sahədə yerləşir. 48 toxucusu olan filialda hazırda 43 dəzgah var və onlardan yalnız 16-sı işlək vəziyyətdədir. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və başqa bölmələrdən ibarətdir. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular Xaçmaz rayonunun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında olub, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Emalatxanada toxunan xalçalarda hər naxışın öz ahəngi var. Burada da ən çox Quba bölgəsinə xas olan həndəsi elementlərdən istifadə olunur.

S.Hacıyeva diqqətə çatdırıb ki, bölgəmizdə xalçaçılığa maraq olduqca yüksəkdir. Pandemiya ilə əlaqədar işçilərin sayı azaldılsa da, yaxın zamanlarda filialın ştat cədvəli artırılacaq və filiala yeni işçilər cəlb olunacaq. Burada çalışan toxucu qızlar yolda əziyyət çəkməsinlər deyə, onlar xüsusi avtobusla təmin olunub.

Qeyd edək ki, Azərbaycanda xalçaçılıq tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu Tunc dövründə, yəni, 5 min il bundan əvvəl meydana gəlib. Azərbaycan xalçası boyalarının tükənməz zənginliyi, naxışlarının təkrarsızlığı, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqlənir. Xalçalarımız dünyanın ən məşhur muzeylərini bəzəyir.

Xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsus sənətdir. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ, Təbriz xalçaçılıq məktəbləri bütün dünyada məşhurdur. Bu zonalarda toxunan xalçalar ilmələrinin sıxlığına, rəng çalarlarına, üz ipliyinin xovuna, toxunuşuna və ornamentlərinə görə seçilir. Yurdumuzun Şimal bölgəsinə səfərimiz zamanı əmin olduq ki, Azərbaycan xalça sənəti özünün əsl dirçəliş dövrünü yaşayır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO