Azərbaycan Xarici İşlər Nazirliyi Misirdə törədilmiş terror aktını qəti şəkildə pisləyir
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Misir Ərəb Respublikasının baş prokuroru Hişam Bərəkata qarşı iyunun 29-da təşkil edilmiş terror aktını qəti şəkildə pisləyir. Bu terror aktı nəticəsində həlak olan Hişam Bərəkatın ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Nazirliyin açıqlamasında bildirilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır. Terrorizmə qarşı mübarizədə Misir xalqı və hökuməti ilə həmrəyliyini ifadə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]