Azərbaycana körpələrdə genetik xəstəlikləri aşkarlayan yeni testlər gətirilir VİDEO
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycanda körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün yeni testlər tətbiq olunacaq. TƏBİB-in tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzi bu məqsədlə 325 min ədəd müxtəlif növ neonatal skrininq testi sifariş edib.
TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin əməkdaşı Vəfa Hacıyevanın sözlərinə görə, genetik xəstəliklərin qarşısının alınması məqsədilə hazırda doğuş aparılan bütün tibb müəssisələrində neonatal skrininq testlərinin tətbiqi məcburidir.
AZƏRTAC mövzu ilə bağlı hazırladığı videosüjeti təqdim edir.