Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün bölgədə son vəziyyətə dair brifinq keçirilib

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycanın cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi bütün səylərə baxmayaraq, Ermənistan və onun Azərbaycanın suveren ərazilərində qurduğu qondarma rejim normallaşma prosesinə xələl gətirməyə və gərginliyin azaldılmasına yönəlmiş bütün təklifləri rədd etməyə davam edir. Əksinə, Azərbaycan qarşı tərəfin israrla davam etdirdiyi təxribatçı addımlarla üzləşir. Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” bunun bariz nümunəsidir. Azərbaycanın bütün mesajlarına baxmayaraq, Ermənistan tərəfi öz yolundan dönmədi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə səsləndirilib.

Brifinqdə, həmçinin bildirilib ki, Türkiyə, Pakistan, Ukrayna, Böyük Britaniya, Gürcüstan, Moldova, Rumıniya, Macarıstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Almaniya, ABŞ, İran, habelə Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatlar bəyanat verərək qondarma və qanunsuz “seçkiləri” pisləyib, onun legitimliyini tanımayıb.

Tədbirdə beynəlxalq hüququ dəstəkləyən və Ermənistan tərəfinin bu qanunsuz, qeyri-legitim və təxribat xarakterli addımına qarşı açıq şəkildə çıxış edən bütün dövlətlərə və beynəlxalq təşkilatlara təşəkkür ifadə olunub.

Diqqətə çatdırılıb ki, son bir neçə ay ərzində cəlb olunmuş bir sıra tərəfdaşlar, xüsusilə də Rusiya Federasiyası, ABŞ və Avropa İttifaqı vasitəsilə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni zamanda istifadə etməklə erməni sakinlərə yüklərin çatdırılmasına yönəlmiş səylər davam etdirilib.

Vurğulanıb ki, heç bir istisna olmadan bütün tərəfdaşlar bütün diplomatik müzakirələr zamanı Laçından və Ağdamdan eyni zamanda keçidin mövcud vəziyyətin legitim və ağlabatan həll yolu olduğunu təsdiqləyiblər.

Qeyd etmək lazımdır ki, eyni zamanda keçid üçün çağırışlar ABŞ Dövlət Departamentinin, Rusiya XİN-in, Avropa İttifaqı Şurasının Prezidentinin mətbuat katibinin verdiyi bəyanatlarda, habelə ATƏT-in Daimi Şurasının 12 sentyabr tarixli görüşü zamanı çıxışlarda səsləndirilib.

Sentyabrın 12-də uzun müddət davam edən müzakirələrdən və yubanmalardan sonra Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobilinin Ağdamdan Xankəndiyə keçidinin təmin olunduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, bunun aylardır müzakirə olunan eyni zamanda keçidlərin həyata keçirilməsi üçün bir təkan olacağı ilə bağlı bütün cəlb olunmuş tərəflərin ortaq gözləntisi olsa da, bu ümidlər bir daha boşa çıxdı.

Brifinqdə, həmçinin aşağıdakı məqamlara diqqət çəkilib.

Sentyabrın 10-da ABŞ və digər tərəfdaşlar ilə yüksək səviyyəli təmaslar zamanı Azərbaycan tərəfi Laçından keçid zamanı Azərbaycan Respublikasının milli sərhəd və gömrük nəzarət tələblərinin yerinə yetirilməsilə BQXK tərəfindən Laçın və Ağdamdan eyni zamanda keçid variantında sadiq olduğunu bir daha bildirib.

Sentyabrın 11-də BQXK tərəfindən yüklərin daşınmasına dair müvafiq müraciətlər aldıqdan qısa müddət sonra Azərbaycan tərəfi sözügedən yüklərin müraciətlərdə göstərildiyi kimi keçidinə şərait yaradılmasına hazır olduğunu bildirib və BQXK-dan eyni zamanda keçidin təşkil olunacağı tarix və vaxtın bildirilməsini sorğu edib. Buna cavab olaraq BQXK Azərbaycan tərəfinə bildirib ki, erməni tərəfindən yüklərin qəbul edilməsi və BQXK konvoylarının təhlükəsizliyinin təmin edilməsinə dair “yaşıl işıq” yoxdur.

Azərbaycan cəlb olunmuş beynəlxalq tərəfdaşların müraciətlərini davamlı və xoş niyyətlə cavablandıraraq Laçın və Ağdamdan eyni zamanda keçid üçün müxtəlif variantları nəzərdən keçirsə də, Ermənistan tərəfi davamlı şəkildə razılaşmalardan geri çəkildi və yeni bəhanələr irəli sürdü.

Ermənistan tərəfinin sözügedən yolların açılmasına davamlı etirazı yalnız siyasi xarakter daşıyır və hər hansı “humanitar böhran” məsələsilə heç bir əlaqəsi yoxdur. Ermənistanın məqsədi Azərbaycan ərazisində separatizmi qızışdırmaq üçün alət və vasitələri qoruyub saxlamaqdır. Sıravi sakinlər isə bu siyasi avantüranın girovu kimi saxlanılır.

Bu xüsusda, ABŞ Senatında bu yaxınlarda keçirilən ictimai dinləmə erməni lobbisini razı salmaq üçün təşkil edilmiş şoudan savayı bir şey deyildi. Təəssüf ki, Dövlət Departamentinin nümayəndəsi də erməni lobbiçilərinin təşviq etdiyi birtərəfli anti-Azərbaycan bəyanatlarına qoşulub.

Gömrük nəzarəti tələbləri də daxil olmaqla Azərbaycan qanunvericiliyinə riayət etməklə Laçın və Ağdam yollarından eyni zamanda keçid məsələsi artıq bir neçə həftədir ki, ABŞ tərəfi ilə müxtəlif səviyyələrdə müzakirə edilib. Bu səbəbdən, indiki çıxılmaz vəziyyətin səbəbi ABŞ tərəfi üçün aydındır. Buna baxmayaraq, ABŞ Senatında verilən ifadə saxta erməni fikirlərini təkrarlayıb;

İyulun 15-də liderlərin Brüssel görüşündə və sentyabrın 1-də Azərbaycan Respublikası Prezidenti ilə ABŞ Dövlət katibi arasında telefon danışığında müzakirə edildiyi kimi, Azərbaycan həmişə hər iki yolun ardıcıl və paralel istifadəsini asanlaşdırmağa hazır olub. Lakin bir neçə aydır ki, erməni tərəfinin həllə biganəliyi, humanitar yardımın davamlı siyasiləşdirilməsi, separatizm və ayrılmaya rəvac verməsi səbəbindən baş tutmayıb. Digər səbəb isə Azərbaycanı tamamilə əsassız olan qondarma humanitar böhran yaratmaqda ittiham etmək idi. Təəssüf ki, bəzi ölkələrin siyasi dairələrinin bəzi üzvləri özlərini bu saxta ittihamlarla əlaqələndiriblər.

Sentyabrın 17-də Ermənistan tərəfinin Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel keçidlə malların qəbuluna razılıq verməsinə dair BQXK-dan ilkin məlumat aldıq. Bu gün BQXK-nın keçidlə bağlı şifahi notasını aldıqdan sonra saat 7-də biz BQXK-nın iki avtomobilinin biri Ağdam-Xankəndi, digəri isə Laçın-Xankəndi yolu ilə eyni vaxtda keçidini təşkil edə bildik ki, bu da Azərbaycana qarşı “blokada” ittihamlarının heç bir əsası olmadığını nümayiş etdirdi.

Eyni zamanda, yüklərin çatdırılması məsələsi Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəf alan hərbi və siyasi təxribatlarının artması hallarından təcrid olunmayıb.

On min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində yerləşməkdə davam edir. Yüzdən çox tank və digər zirehli texnika, yaylım atəşli raket sistemləri də daxil olmaqla, iki yüzdən çox ağır artilleriya qurğusu, onlarla müxtəlif radioelektron mübarizə sistemi və iki yüzdən çox minaatan sistem hal-hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yerləşdirilib.

Ermənistan öhdəliklərinə zidd olaraq bu qüvvələri texniki, hərbi, logistik və maliyyə dəstəyi ilə təmin edir. Azərbaycan ərazisindəki silahlı birləşmələr birbaşa Ermənistanın dövlət büdcəsindən maliyyələşdirilir. Ermənistan 4-cü bəndində erməni silahlı qüvvələrinin Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsinə paralel olaraq çıxarılması tələbinin açıq şəkildə ifadə olunduğu 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatını nümayişkaranə şəkildə pozur;

Azərbaycanın suveren ərazilərində qeyri-qanuni yerləşdirilmiş radioelektron mübarizə sistemlərindən istifadə xüsusi narahatlıq doğurur. 13 iyul, 24 iyul, 27 iyul, 21 avqust, 1 sentyabr tarixləri də daxil olmaqla son bir neçə ay ərzində, Azərbaycan Hava Yollarının mülki təyyarələrilə yanaşı, xarici dövlətlərin mülki təyyarələri də radioelektron müdaxiləyə məruz qalıb. Bu müdaxilələr insanların və hava hərəkətinin təhlükəsizliyi üçün ciddi təhdiddir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT), habelə Rusiya Federasiyasının sülhməramlı kontingenti bu kimi təhdid xarakterli fəaliyyətlərlə bağlı məlumatlandırılıb.

Son günlər həm Azərbaycan və Ermənistan arasında delimitasiya olunmamış sərhəd boyunca, həm də Qarabağ bölgəsində hərbi mühəndislik işlərinin və digər hərbi quruculuq fəaliyyətinin artması ilə müşayiət olunan hərbi təxribatların intensivləşməsi müşahidə olunur. Ermənistan açıq şəkildə növbəti hərbi hücum etmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır.

Ermənistan Azərbaycan ərazisində yeni minalar basdırmağa davam edir. Qeyd etmək lazımdır ki, ötən ilin avqustundan etibarən 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2728 mina aşkarlanıb və zərərsizləşdirilib. Bunların 1119-u Azərbaycan və Ermənistan arasında sərhəd ərazisində, Kəlbəcər və Laçın rayonlarında, 1609-u isə Qarabağ iqtisadi rayonunun ərazisində aşkarlanıb. Rusiya sülhməramlı kontingenti, habelə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərləri, o cümlədən xarici ölkələrin hərbi nümayəndələri bu minaların nümayiş olunduğu əraziyə səfər ediblər.

Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasının səbəblərindən biri sözügedən qeyri-qanuni hərbi fəaliyyətin və qaçaqmalçılığın qarşısının alınması olub.

Azərbaycan ərazilərində qanunsuz qondarma rejimin yaradılmasının ildönümünə dair Ermənistanın baş naziri tərəfindən verilmiş “təbrik məktubu” Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıması ilə bağlı əvvəl səsləndirilmiş bəyanatların qeyri-səmimi olduğunu bir daha sübut edib.

Əksinə, Ermənistan rəhbərliyinin son bəyanatları və fəaliyyəti əvvəlki bəyanatları əsaslı şəkildə heçə endirib.

Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün sözdə tanınmasına baxmayaraq, onun müxtəlif beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş diplomatik missiyaları qeyri-qanuni qondarma rejim adından sənədlər yaymaqda davam edir.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü istənilən ölkəninki qədər vacibdir. Azərbaycan dünyanın istənilən ölkəsi kimi beynəlxalq hüquqda əks edilmiş bütün vasitələrlə öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir.

Bu vacib məqamda Ermənistanı öz təhlükəli yolundan döndərməyə məcbur etmək həmişəkindən daha mühümdür və daha çox tələb olunur.

Ermənistan və onun Azərbaycanın suveren ərazilərində bütün mümkün ideoloji, siyasi, hərbi, maliyyə və digər vasitələrlə qoruyub saxladığı xunta vaxt qazanmağa yönəlmiş köhnə taktikaya arxalanmağın heç bir nəticə verməyəcəyinə dair beynəlxalq ictimaiyyətin vahid və aydın mövqeyi ilə üzləşməlidir.

Azərbaycan həll yolunu tapmaqda maraqlıdır və bunu öz vasitəçiliyini təklif edən bütün tərəflərlə səmimi fəaliyyəti ilə sübut edib. İstisna olmadan bütün hallarda Ermənistan tərəfi müxtəlif bəhanələrlə əldə edilmiş razılıqları pozub. Bunun yeganə səbəbi isə vəziyyəti uzatmaq, gərginliyi artırmaq və sonda normallaşma prosesini pozmaq olub.

Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən atdığımız ardıcıl addımlarla sübut edilib.

Azərbaycan Ermənistandan hərbi quruculuq fəaliyyətini dayandırmasını, revanşist planlardan əl çəkməsini, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmağı dayandırmasını və Azərbaycanın Qarabağ bölgəsində separatizm və terrorizmi dəstəkləməkdən əl çəkməsini tələb edir. Bununla yanaşı, Azərbaycan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin dərhal çıxarılmasını, Ermənistana tabe qondarma rejimin hərbi və qondarma “hökumət” strukturlarının aradan qaldırılmasını və Azərbaycan ərazilərində qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin tərk-silah edilməsini tələb edir. Bu halda, qondarma rejimin “nümayəndə”lərinə amnistiya tətbiq edilə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Zığ şosesində qəza: 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir