Azərbaycanda biznes layihələri üçün yeni investisiya portalı yaradılıb
Bakı, 28 noyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin investisiya imkanlarını genişləndirmək məqsədilə investisiya portalı - www.invest.smb.gov.az yaradılıb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, portalda müxtəlif investisiya layihələri və biznes ideyalar yerləşdirilib. Biznes layihəsi olan və investor axtaran, mövcud biznesini satmaq istəyən və müxtəlif layihələrə yatırım etmək istəyən investorlar portalın imkanlarından istifadə edə bilərlər. Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən portalda qeydiyyatdan keçməklə müvafiq xidmətlərdən istifadə etmək mümkündür. Portalda məlumat yerləşdirilməsi ödənişsizdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
İran xam neft ixracına başlayıb
- [11:45]
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]