Azərbaycanda fiziki şəxslərin müddətli depozitlərinin həcmi açıqlanıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Fiziki şəxslərin müddətli depozitləri artıb.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov “Maliyyə Sabitliyi Hesabatı” ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
A.Həsənov qeyd edib ki, cari il ərzində fiziki şəxslərin müddətli depozitləri 9,4 faiz və ya 0,81 milyard manat artaraq 9,4 milyard manata çatıb.
“Eyni zamanda, tələbli depozitlər 0,8 faiz və ya 0,05 milyard manat azalaraq 5,65 milyard manat təşkil edib. Azərbaycan banklarında müddətli unikal əmanətçilərin sayı da artaraq 11,7 faiz yüksələrək 168 min nəfəri ötüb. Bank sektoru yüksək mənfəətlilik fonunda 368 milyon manat məbləğində dividend ödənişi həyata keçirib. Eyni zamanda, sektor üzrə ümumi mənfəətlilik yüksək səviyyədə qalır. Kredit portfeli də 12 faiz artım göstərib və bu artım həm biznes, həm istehlak, həm də ipoteka kreditlərində müşahidə olunub”, - deyə Ataxan Həsənov vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]