AZƏRBAYCANDA İLK DƏFƏ NAQİLSİZ İNTERNET SİSTEMİ
Təqdimatdan sonra yeni layihə ilə bağlı mətbuat konfransı keçirilmişdir. Müxtəlif nazirliklərin nümayəndələri, eləcə də “ULTRA” və “İntel” şirkətlərinin rəhbərləri kommersiya məqsədi daşımayan bu layihəni Azərbaycanda özəl bölmənin inkişafına göstərilən dövlət qayğısının nəticəsi kimi qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyevin iqtisadiyyatın inkişafına göstərdiyi diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi informasiya texnologiyaları sahəsində də yeni-yeni nailiyyətlərin əldə olunmasına öz təsirini göstərir.