Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda inəklərin güzəştli sığortası başlayıb – şərtlər, məbləğlər, misallar

Azərbaycanda inəklərin güzəştli sığortası başlayıb – şərtlər, məbləğlər, misallar

Bakı, 2 yanvar, AZƏRTAC

Azərbaycanda dövlətin dəstəyi ilə tətbiq edilən yeni aqrar sığorta mexanizmi çərçivəsində kənd təsərrüfatı heyvanlarının sığortası davam edir.

Aqrar Sığorta Fondundan AZƏRTAC-a verilən məlumata görə, noyabrın 3-də kənd təsərrüfatı heyvanlarının sığortası üzrə ilk müqavilədən sonra fermerlərin fonda müraciətləri başlayıb.

Xatırladaq ki, yeni sığorta mexanizmi vasitəsilə 1-7 yaşlı südlük inək və camışları sığortalamaq mümkündür. Aqrar sığortanın əhatə etdiyi digər sahələrdə olduğu kimi, heyvanların sığortasında da hesablanmış sığorta haqqının yarısını dövlət ödəyir.

Qaydalara əsasən, sığortalanan heyvanlar peyvəndlənməli, birkalanmalı, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyata alınmalı, qapalı yerdə saxlanılmalı və saxlandığı yer Nazirlər Kabinetinin təsdiqlədiyi “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları”na uyğun olmalı, heyvanlara qarşı baytarlıq tədbirləri və onların qidalanması qaydalara uyğun təmin edilməlidir.

Aqrar sığorta çərçivəsində heyvanların sığortalanması üçün iki sığorta zərfi təqdim edilir. Hər bir zərf üzrə iki fərqli azadolma məbləğləri seçə bilərlər - 10% və 20%.

 

Birinci sığorta zərfi baza risklərini əhatə edir

Buraya yoluxucu xəstəliklər, ilan və həşərat sancması, təbii fəlakətlər, zəhərli otlar və yemlərdən zəhərlənmə, vəhşi heyvanların hücumu və yanğın nəticəsində heyvanların ölümü, eləcə də heyvanların məcburi kəsimi aiddir.

 

Birinci zərfə aşağıdakı risklər aiddir: 

  • yoluxucu xəstəliklər nəticəsində heyvanın ölümü;
  • ilan və ya həşərat sancması nəticəsində heyvanın ölümü;
  •  zəhərli otlar və ya yemlərdən zəhərlənmə nəticəsində heyvanın ölümü;
  •  təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu) nəticəsində heyvanın ölümü;
  •  yanğın nəticəsində heyvanın ölümü;
  •  vəhşi heyvanların hücumu nəticəsində heyvanın ölümü;
  •  sığorta müqaviləsi üzrə əhatə olunan risklər nəticəsində baytarın müvafiq rəyi əsasında heyvanın məcburi kəsimi.

 Heyvanların bu risklərdən sığortalanması üzrə sığorta tarifləri  belədir:   

Şərtsiz azadolma məbləği

10%

20%

1 illik

6.1%

5.4%

2 illik

11.8%

10.5%

3 illik

17.2%

15.2%

Başqa sözlə, fermerlər kənd təsərrüfatı heyvanlarını 10% azadolma şərti ilə 6,1%-lik sığorta tarifi ilə, 20% azadolma şərtində isə 5,4%-lik tariflə sığortalaya bilərlər. 

 Misal 1: Qiyməti 5 000 manat olan Simmental cinsli inək sığorta ediləndə

10%-lik azadolma halında sığorta haqqı 305 manat (5 000 x 6,1%) təşkil edir ki, bu məbləğin yarısını - 152,5 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.

20%-lik azadolma halında isə ümumi sığorta haqqı 270 manat (5 000 x 5,4%) təşkil edir ki, bu məbləğin yarısını - 135 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.

Misal 2: Qiyməti 2000 manat olan yerli inək sığorta ediləndə

10%-lik azadolma halında sığorta haqqı 122 manat (2 000 x 6,1%) təşkil edir ki, bu məbləğin yarısını - 61 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.

20%-lik azadolma halında isə ümumi sığorta haqqı 108 manat (2 000 x 5,4%) təşkil edir ki, bu məbləğin yarısını - 54 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.

İkinci sığorta paketi əlavə riskləri də əhatə edir

Heyvanların sığortalanması üçün təklif olunan ikinci sığorta paketi, birincidə göstəriləndən əlavə riskləri də əhatə edir. İkinci paketdə əlavə risklərə heyvanların nəqliyyat vasitəsi (məsələn avtomobil və ya qatarla vurulması), heyvanların daşınması zamanı yol qəzası nəticəsində heyvanların ölümü, heyvanları cərəyan vurması, kimyəvi maddələrlə zəhərlənib ölməsi, eləcə də oğurlanması aiddir.

 İkinci zərfə aşağıdakı risklər aiddir: 

  • yoluxucu xəstəliklər nəticəsində heyvanın ölümü;
  •  ilan və ya həşərat sancması nəticəsində heyvanın ölümü;
  • zəhərli otlar və ya yemlərdən zəhərlənmə nəticəsində heyvanın ölümü;
  •  təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu) nəticəsində heyvanın ölümü;
  •  yanğın nəticəsində heyvanın ölümü;
  • vəhşi heyvanların hücumu nəticəsində heyvanın ölümü;
  •  sığorta müqaviləsi üzrə əhatə olunan risklər nəticəsində baytarın müvafiq rəyi əsasında heyvanın məcburi kəsimi.
  •  üçüncü şəxslərin hərəkətləri nəticəsində heyvanın ölümü, o cümlədən:
  •  heyvanın daşınması zamanı yol nəqliyyat hadisəsi nəticəsində ölümü;
  •  sığorta müqaviləsi üzrə əhatə olunan risklər nəticəsində heyvanın elektrik cərəyanına məruz qalması səbəbindən ölümü;
  • sığorta müqaviləsinin qüvvədə olduğu ərazidə heyvanın nəqliyyat vasitəsi tərəfindən vurulması nəticəsində ölümü;
  •  heyvana qulluq zamanı üçüncü şəxslər tərəfindən kimyəvi maddələrin təsiri ilə zəhərlənməsi nəticəsində heyvanın ölümü;
  • mülkiyyət əleyhinə olan hüquq pozuntusu (heyvanın sığorta müqaviləsində göstərilən saxlanıldığı yerdən oğurluq, soyğunçuluq və s. yol ilə əldə edilməsi) və sair.

 Başqa sözlə, ikinci paket daha geniş riskləri əhatə edir və bu paket üzrə sığorta tarifləri aşağıdakı kimidir.

 

Şərtsiz azadolma məbləği

10%

20%

1 illik

9.5%

8.3%

2 illik

18.4%

16.1%

3 illik

26.8%

23.4%

 

Başqa sözlə, fermerlər kənd təsərrüfatı heyvanlarını daha geniş risklərdən sığortalayarkən 10% azadolma şərti ilə 9,5%-lik sığorta tarifi ilə, 20% azadolma şərtində isə 8,3%-lik tariflə sığortalaya bilərlər. 

Misal 1: Qiyməti 5 000 manat olan Simmental cinsli inək sığorta ediləndə

10%-lik azadolma halında sığorta haqqı 475 manat (5 000 x 9,5%) təşkil edir ki, bu məbləğin yarısını - 237,5 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.

20%-lik azadolma halında isə ümumi sığorta haqqı 415 manat (5 000 x 8,3%) təşkil edir ki, bu məbləğin yarısını - 207,5 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.

Misal 2: Qiyməti 2000 manat olan yerli inək sığorta ediləndə

10%-lik azadolma halında sığorta haqqı 190 manat (2 000 x 9,5%) təşkil edir ki, bu məbləğin yarısını - 95 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.

20%-lik azadolma halında isə ümumi sığorta haqqı 166 manat (2 000 x 8,3%) təşkil edir ki, bu məbləğin yarısını - 83 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.

Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bununla bağlı şərtlər müqavilənin müddətindən və ödəniləcək məbləğdən asılıdır. 1 illik müddətə bağlanan sığorta müqaviləsində fermerin ödədiyi sığorta haqqının 50%-i dərhal, digər 50% isə 3 ay müddətində ödənilməlidir.

Sığorta müqaviləsi 1 ildən artıq müddətə bağlandıqda isə fermerin ödədiyi sığorta haqqının 50%-i dərhal, 25%-i 3 ay müddətində, digər 25%-i isə 6 ay müddətində ödənilməlidir.

Qaydalara əsasən, bəzi hallarda fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər nəzərdə tutulub. Belə ki, yaşı 29-dan aşağı olan fermerlər «gənc fermer» güzəştindən istifadə etməklə sığorta haqqını 5% az ödəyəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb