AZƏRBAYCANDA İTAR-TASS GÜNLƏRİNİN İŞTİRAKÇILARI ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN VƏ ŞƏHİDLƏRİN XATİRƏSİNİ ANMIŞLAR
Azərbaycanda İTAR-TASS günlərinin iştirakçıları yanvarın 22-də Fəxri xiyabanı ziyarət edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anmışlar. Rusiyalı qonaqlar adından ulu öndərin məzarı önünə əklil və tər çiçəklər qoyulmuşdur.
X X X
Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanına gedərək, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini yad etmişlər. Qonaqlar şəhidlərin məzarları üstünə tər güllər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Qonaqları Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, nəqliyyat naziri Ziya Məmmədov, mədəniyyət naziri Polad Bülbüloğlu, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov müşayiət edirdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]