AZƏRBAYCANDA “MAZ” AVTOMOBİLLƏRİNİN SATIŞINI GƏNCƏ AVTOMOBİL ZAVODU HƏYATA KEÇİRƏCƏKDİR
Gəncə, 18 fevral (AZƏRTAC). Belarusun Minsk avtomobil zavodu ilə əldə olunmuş razılaşmaya əsasən, 2009-cu ildən “MAZ” markalı avtomobillərin satışını Azərbaycanda yalnız Gəncə avtomobil zavodu həyata keçirəcəkdir.
Zavodun direktoru Xanlar Fətiyev demişdir ki, 2009-cu ilədək Gəncə avtomobil zavodu yalnız “Belarus” traktorları üzərində bu hüquqa malik idi. Lakin marketinq araşdırmaları zamanı məlum olmuşdur ki, keçən il müxtəlif dilerlər vasitəsilə Azərbaycanda 450-yə yaxın “MAZ” avtomobili satılmışdır. Halbuki il ərzində Gəncə zavodu cəmi 79 ədəd avtomobil yığmışdır.
Bütün bu ehtiyacı nəzərə alan hər iki müəssisə istər Belarusda, istərsə də Gəncədə yığılan avtomobillərin Azərbaycanda satışının yalnız Gəncə avtomobil zavodunun aparması barədə razılığa gəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [15:30]
Mərkəzi Bankın kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
- 09.05.2026 [10:10]