Mərkəzi Bankın kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Mərkəzi Bankın rəhbərliyi və kollektivi Ümummilli Lider, görkəmli dövlət xadimi və dahi siyasətçi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiram ifadə olunub və məzarı üzərinə gül dəstələri qoyulub.