Azərbaycanda mətnşünaslıq elmini öyrənmək üçün yeni mənbə
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şəriflinin “Əsərləri”nin II cildi nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitaba iki tədqiqat işi daxildir. Bunlardan biri müəllifin “Mətnşünaslığın əsasları” monoqrafiyasıdır. Monoqrafiyada Əlyazmalar İnstitutunda mühafizə olunan çoxsaylı türkdilli, farsdilli və ərəbdilli yazılı abidələr əsasında Azərbaycanda mətnşünaslıq elminin yaranması və inkişaf yolları araşdırılır.
Kitaba daxil olan ikinci araşdırma XIX əsrin görkəmli Azərbaycan maarifçisi Əbdülqəni Nuxəvi Xalisəqarızadənin “Farsi təkəllüm risaləsi” (“Farsca danışıq kitabı”) əsəridir. Kamandar Şərifli araşdırmasında qeyd edir ki, bu əsər təkcə iki nəfər arasında gedən sual-cavabdan ibarət deyil, eyni zamanda, Azərbaycan mədəniyyəti tarixini öyrənmək baxımından dəyərli bir əsərdir.
“Farsi təkəllüm risaləsi”nin ərəb qrafikası ilə tam mətni də kitaba daxil edilib.
Nəşrin elmi redaktoru akademik Teymur Kərimlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]