Azərbaycanda turizm, mehmanxana və mehmanxana tipli obyektlərə lisenziyaların verilməsi elektronlaşdırılacaqdır
Bakı, 4 yanvar (AZƏRTAC). Azərbaycanda turizm, mehmanxana, mehmanxana tipli obyektlərə və turizm işləri üzrə fəaliyyətlə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərə lisenziyaların verilməsi elektronlaşdırılacaqdır.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, hazırda bu istiqamətdə işlər aparılır. Turizm, mehmanxana fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün lisenziyaların verilməsinin elektronlaşdırılması ölkədə “Elektron hökumət”in qurulması istiqamətində görülən tədbirlərdən biridir.
Turizm, mehmanxana fəaliyyəti ilə məşğul olmaq istəyənlər hazırda yazılı şəkildə Mədəniyyət və Turizm Nazirliyinə müraciət edirlər. Nazirlik bu müraciəti araşdırır və daha sonra lisenziya ilə bağlı müvafiq qərar qəbul edir.
Lisenziyaların verilməsi elektronlaşdırıldıqdan sonra isə müraciət elektron formada qəbul ediləcəkdir. Müraciətlərə qanunvericilikdə müəyyən edilmiş vaxt ərzində cavab veriləcəkdir.
Hazırda Azərbaycanda 504 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Bunlardan 315-nin lisenziyası vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]
Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib
- 27.09.2026 [23:20]
Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib
- 27.09.2026 [23:16]